Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Akademik Ələşrəf Əlizadə

Akademik Ələşrəf Əlizadə

(Akif Əliyev) Bakı, Elm, 2015, 119 səh. ISBN 978-9952-495-72-0

Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən olan, geologiya elminin korifeylərindən biri, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, İ.M.Qubkin adına mükafatın laureatı, Türkmənistanın Əməkdar elmi xadimi, dünya şöhrətli görkəmli alim, pedaqoq, elm təşkilatçısı və ictimai xadim Ələşrəf Əbdülhüseyn oğlu Əlizadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verilir.


Geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Azərbaycan Respublikasının geoloji irsi.

Azərbaycan Respublikasının geoloji irsi.

(T.N. Kəngərli, Ş.Ə. Babayev) Bakı, Nafta-press, 2015, 222 səh.

Təqdim edilən işin məqsədi – ictimaiyyətin diqqətini Azərbaycan Respublikasının geoloji irsinin badir stratiqrafik-paleontoloji, tektonik, petroloji-mineraloji və hidroloji-hidrogeoloji obyekrlərinə cəlb etmək və əhəmiyyətini izah etməkdir. Çünki insanlar çox vaxt bu obyektlərin ölkəmizin geoloji tarixinin dərk edilməsi, onun təbii rəngarəngliyinin və ekoloji tarazlığının qorunmasının zəruriliyinə kifayət qədər əhəmiyyət vermirlər.


Belə obyektlərin zədələnməsinin və məhv olmasının qarşısını almaq, onları mühafizə etmək qarşıda duran ən mühüm problemlərdən biridir.


Bu kitab - Azərbaycan Respublikasının konkret geoloji abidələri barədəqısa icmal vermək üçün ilk cəhd olub, həm geoloji ictimaiyyət və həmçinin cansız təbiətin qorunması üzrə mütəxəssislər, diyarşünaslar, turistlər, tələbələr, şagirdlər və əhalinin geniş təbəqələri üçün əhəmiyyətə malikdir.

Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 1-ci kitab. Cənubi Xəzər çökəkliyinin  yeni geoloji-geofiziki modeli

Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 1-ci kitab. Cənubi Xəzər çökəkliyinin yeni geoloji-geofiziki modeli

“Nafta-Press” nəşriyyatı, 2015

Monoqrafiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2007-ci il tarixli 98 saylı Qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun rəhbərliyi ilə respublikanın bir sıra elmi və tədris mərkəzlərinin alimləri və mütəxəssisləri tərəfindən «Cənubi Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialinin və geo­dinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı» mövzu­sunda həyata keçirilmiş elmi-tədqiqat layihəsinin 1-ci bölməsinin materialları əsasında hazırlanmışdır.


Əsas diqqət, qravimaqnit və elektrik kəşfiyyatı mə­lumatlarının yenidən emalına, ayrı-ayrı geofiziki metodlar arasında məlumatların uzlaşdırılmasına, yüksək termobarik şəraitdə laborator - fiziki təcrübələrin (kernlər üz­rə) hazır­lanmasına, seysmik materiallar üzrə dərin qatların interval sürətlərinin də­qiq­ləş­dirilməsinə, seysmik anizotropiyanın tətbiqi və geoloji modelin ha­zır­lan­masına, tərtib edilmiş kəsilişlərin regional stra­tifikasiyasına, müxtəlif me­tod­­lara uyğun kəsilişlərin uzlaşdırılmasına və va­hid geoloji modelin se­çil­məsinə yönəldilmişdir. Funksional asılılıqları ifadə edən alqoritm və proq­ramlar hazır­lanmışdır. Konsolidə edilmiş yer qabığının, qra­nit və bazalt təbəqələrinin, Mo­xo səthinin seçilməsi və qranit təbəqəsinin yayılma sərhədinin mü­əy­­yən edilmişdir. Mövcud geoloji-geofiziki məlumat­ların müasir texnologiyaların tət­biqi ilə yenidən işlənilməsi, interpretasi­yası (üçölçülü interpre­tasiya mo­delinin yaradılması) və ümumiləşdirilməsi aparılmışdır. Fundamentdən yuxarı çökmə qatın – mezokaynozoyun ayrı-ayrı sə­­viyyələri izlənilmiş, müxtəlif xarakterli geoloji və seysmoloji kəsilişlərin, struktur, qa­lınlıq, pale­o­geoloji, seysmotektonik, seysmo­fasial və s. xəritələrin və sxemləri tərtib edilmiş və seysmostrati­qrafik tədqiqatlar əsasında region üzrə qeyri-antiklinal tipli neft-qaz tələləri müəyyənləş­dirilmişdir. Mezokaynazoy dövrü paleocoğ­rafi­ya­sının şərhi verilmişdir. Yüksək termobarik şəraitdə aparılan laboratoriya təcrübələri nə­ti­cələrinin emal texnologiyaları hazırlanmış, seysmoloji və geodinamiki tədqiqatlarda tətbiq edilmişdir. Kəsilişlər və sahələr üzrə neft-qaz əmələgəlmə və toplanma zo­na­la­rı müəy­yən edilmişdir. CXÇ sərhəddinin qonşu əyalət­lərlə (Böyük Qafqaz, Terek-Xəzər kənar gö­mül­mə zonası və s.) uzlaşdırılması aparılmışdır. Neft-qazlılığın dərinlik üzrə petro­f­i­ziki meyarları təyin edilmişdir. CXÇ-nin müasir struk­turlarının əmələ gəlməsi və inkişaf tarixinin şər­hi verilmişdir. CXÇ hövzəsinin inkişafı və neft-qaz əmələgəlmə modelini imi­ta­siya edən «Basin Modelling» tədqiqatları həyata keçirilmişdir.

Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 2-ci kitab. Karbohidrogen potensialının qiymətləndirilməsi

Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 2-ci kitab. Karbohidrogen potensialının qiymətləndirilməsi

“Nafta-Press” nəşriyyatı, 2015

Monoqrafiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2007-ci il tarixli 98 saylı Qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun rəhbərliyi ilə respublikanın bir sıra elmi və tədris mərkəzlərinin alimləri və mütə­xəssisləri tərəfindən «Cənubi Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohid­rogen potensialinin və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı» mövzusunda həyata keçirilmiş elmi-tədqiqat layihəsinin 2-ci bölməsinin materialları əsasında hazırlanmışdır.


Əsas diqqət, karbohidrogenlərin ilkin potensial resurslarının müəyyən edilməsinə və sahələr üzrə paylanmasının tə­yi­ninə, resursların təsnifatının verilməsinə və çətin çıxarıla bilən karbohidrogen ehtiyatlarının Cənubi-Xəzər hövzəsi üzrə paylanma­sının öyrənilməsinə yönəldilmişdir.