Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Azərbaycanın geologiyası, I cild. Stratiqrafiya. Litologiya. Tektonika

Azərbaycanın geologiyası, I cild. Stratiqrafiya. Litologiya. Tektonika

(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Elm” nəşriyyatı, 2015, 532 s.

Azərbaycan dilində ilk dəfə tərtib edilmiş bu monoqrafiyada respublikamızın gör­kəmli alim və mütəxəssislərinin stratiqrafiya, litologiya və tektonika sahələrində möv­cud olan çoxillik tədqiqatlarının nəticələri yığcam şəkildə öz əksini tapmışdır.


Monoqrafiyada Azərbaycan ərazisinin struktur-fasial zonaları üzrə devon-dör­dün­cü dövr çöküntülərində bütün mərtəbələrin əsas kəsilişlərinin təsviri və litoloji-paleo­ntoloji səciyyələndirilməsi verilmiş, həmin çöküntülərin mükəmməlləşdirilmiş re­gional stratiqrafik sxemləri təsvir edilmişdir. Litologiyanın çöküntütoplanma hövzələrin­dəki şərait və qidalandırıcı mənbələr ilə əlaqəsinə xüsusi diqqət yetirilmiş və tədqiq edilən çöküntülərdə faydalı qazıntı yataqlarının yerləşməsi barədə məlumat verilmiş­dir. Litosfer plitələri tektonikası çərçivəsində irsən keçmiş və yeni problem məsələləri­nin həlli, yer qabığının formalaşmasının ümumi və fərdi qanunauyğunluqları, müasir tektonik və seysmik aktivliyin amilləri təsvir və izah edilmişdir.


Kitabdan geologiyanın müxtəlif sahələrinin mütəxəssisləri, həmçinin doktorant­lar, ali məktəblərin magistr və bakalavrları faydalana bilərlər.

GEOLOJİ TARİXİMİZƏ NƏZƏR

GEOLOJİ TARİXİMİZƏ NƏZƏR

(H. Mahmudov) Bakı, "Elm", 2013, 144 s.

Geologiya bəşəriyyətin yaratdığı çoxşaxəli və ən maraqlı elm sahələrindən biridir. Onun petroqrafiya, mineralogiya, geokimya kristalloqrafiya, tarixi geologiya, stratiqrafiya, paleontologiya, neft geologiyası, ekolojı geokimya. litologiya. geofizika, tektonika. vulkanologiya və s. müxtəlif sahələri mövcuddur. Geologiyanın tarixi dedikdə, bu elmlərin yaranma və inkişaf tarixi nəzərdə tutulur. Bunlarla yanaşı günəş qalaktikasını, yer planetini, habelə yer təkində və səthində gedən müxtəlif geoloji prosesləri, onların baş vermə səbəblərini öyrənmək də olduqca  vacibdir və bunlar geologiyanın tarixi nöqteyə nəzərindən böyük əhəmiyyət kəsb edir.

Geniş oxucu kütləsi üçün yazılmış bu elmi-kütləvi kitabda yerin əmələ gəlməsi, yer üzərində. habelə onun müxtəlif təbəqələrində gedən geoloji proseslər, o cümlədən vulkanlar, zəlzələlər. sürüşmələr. onların yaranma səbələri, törətdikləri fəsadlar barədə çox zəngin və maraqlı tarixi məlumatlar verilir. Dağların, düzənliklərin yaranması Azərbaycan ərazisini müxtəlif dövlərdə dənizlərin fəth etməsi, habelə bir çox təbiət hadisləri, faydalə qazıntılar, onların əmələ gəlmə səbəbləri və istifadə sahələri barədə də kitabda ətraflı söhbət gedir. Bütün bu qeyd olunların üzərindəgeologiyanın tarixi baxımndan müəyyən araşdırmalar aparılır. oxuculara ətraflı və dəyərli məlumatlar verilir. Maraqlı və oxumaqlı dildə yazılan bu əsərdən ali məktəb tələbləri də istifadə edə bilərlər.     
ÜZVİ MADDƏNİN, NEFTLƏRİN VƏ QAZLARIN TƏDQİQİNİN MÜASİR ÜSULLARI

ÜZVİ MADDƏNİN, NEFTLƏRİN VƏ QAZLARIN TƏDQİQİNİN MÜASİR ÜSULLARI

(Ə.Ə. Feyzullayev, S.V. Abbasova) Bakı, Nafta-Press, 2013, 224 s.

Dərs vəsaiti üzvi maddə, neft və qazın ən müasir tədqiqat üsullarına həsr olunmuşdur ki, bunlar da dünya elmi praktikasında çökmə süxurların karbohidrogen potensialının qiymətləndirilməsində, karbohidrogen yataqlarının generasiyası, miqrasiyası, formalaşma və saxlanılmasının şərait və mexanizminin və onların axtarış meyarlarının öyrənilməsində geniş istifadə olunurlar. Vəsaitin birinci hissəsində hər üsulun nəzəri əsaslarının təsviri, onun əhəmiyyəti və onun vasitəsilə həll olunan məsələlər verilir. Ikinci hissədə bu üsulların Cənubi Xəzər hövzəsi karbohidrogen sistemlərinin öyrənilməsində tətbiq nümunələri göstərilmişdir.

Kifayət qədər şəkillərlə təchiz edilmiş vəsait üç dildə yazılmışdır: azərbaycan, rus və ingilis.

Dərs vəsaiti neft və qaz sahəsində təhsil alan tələbələrə, doktorantlara, habelə pedaqoq və mütəxəssislərə tövsiyyə olunur.
YERALTI SULARIN KƏŞFİYYATI VƏ İSTİSMAR EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

YERALTI SULARIN KƏŞFİYYATI VƏ İSTİSMAR EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

(A.B.Ələkbərov) Bakı, 2014, "Nafta-pressi" , 180 s.

Kitabda, Azərbaycan dilində ilk dəfə olaraq yeraltı su yataqlarında axtarış və kəşfiyyat işlərinin aparılması, yeraltı suların istismar ehtiyatlarının qiymətləndirilməsi metodikası şərh olunur. Təbiətdə rast gəlinən müxtəlif növ yeraltı su yataqlarında hidrogeoloji tədqiqatların və ehtiyatların qiymətləndirilməsinin fərqli xüsusiyyətləri, hidrogeoloji terminologiya və hüquqi məsələlər, yeraltı suların keyfiyyət standartları və normativləri, istismar ehtiyatlarının təsnifatı, sanitar-mühafizə zonalarının yaradılması və bir çox digər elmi-nəzəri və praktiki məsələlər kitabda öz əksini tapmışdır.

Kitab hidrogeoloqlar, su təchizatı mütəxəssisləri, ekoloqlar, elmi işçilər, tələbələr üçün nəzərdə tutulmuşdur.