Ana Səhifə / Haqqımızda / Elmin kütləvi təbliği

Elmin kütləvi təbliği

“Van” köklü sözlərin geoloji etimologiyası

“Van” köklü sözlərin geoloji etimologiyası

Qədim dövrlərdən məlumdur ki, müəyyən regionların adları və bəzi insan məskənləriböyük şəxsiyyətlərin fikirlərinə uyğun olaraq bir sıra faydalı filiz yataqlarının adlarınavə yaxud da onların morfoloji xüsusiyyətlərinə görə verilibdir.

Belə ki, “van” köklü sözlərdən ibarət olan bəzi şəhər və regionlar vardır. Bu sözlər: Van gölü, Sevan, Şirvan, Yerevan, Naxçıvan və s.-dir.Bəs bu sözlərin əsas mənası geoloji baxımdan necə dəyərləndirilir?

Van sözü geoloji proseslər nəticəsində yaranan oval morfoloji xüsusiyyəti ilə səciyyələnən su ilə dolu çökmə mənasını daşıyır.

Van sözü rus dilində də işlənilir: vannaya, bannaya, banya – yəni su ilə dolu bir çökmə mənbəyi.

Geoloji xəritəyə nəzər yetirsək görərik ki, nisbətən yığcam bir sahədə 3 göl yerləşir:

Van gölü – Türkiyədə,

Urmiyə və ya Rəzayə gölü – İranda,

Sevangölü – QərbiAzərbaycanda.

Bu səbəbdən Van gölüfarsdilindəYek – yəni Birinci Van.

Urmiyəisə - Dü Van – İkinci Van,

Sevan – SəVan–üçüncü Van gölühesabolunabilər.

Şirvan – Kür çökəkliyinin cənub hissəsində qədim zamanda şirlərin yaşadığı yer adlanıbdır.

Yerevan şəhəri geoloji nöqteyi nəzərdən – iri dərin paleogen yaşlı çökəklikdə yerləşir və buna görə də onun adıİri-Vandır.

Bəs Naxçıvan sözünün mənası nədir?

Kökündə Van sözü olduğuna görə, onun da adı çökəklik morfologiyası ilə əlaqədar hesab edilir. Lakin, bu çökəklik oval formasında deyil, uzunsov Naxçıvan çökəkliyidir. O, Azərbaycan ərazisindən başlayaraq, şimal-qərb istiqamətdə davam edir və Ararat çökəkliyindən keçərək Türkiyə ərazisinə qədər uzanır. Bununda morfoloji xüsusiyyətiuzunsov vəziyyətdə olub, gəmi formasını xatırladır. Belə ki, “Naxçi” sözünü fars dilli lüğətlərdə “gəmikapitanı” ifadəsini “naxuda” sözü əvəz edir. Görünür Naxçıvan şəhərinin adı Naxudavan sözündən götürülübdür. Bu isə qədim zamanlarda bu şəhəri Naxçıvanın gəmiyəbənzər formada olan çökəkliyinin kapitanı kimi düşünmək olar.

Bu fikrin qəbul olunmasını təsdiqləyən deyim ifadələri də mövcuddur:

“Elmdə nəyi bilirsən və yaxud düşünürsənsə de, yaz, nəşr et. Lakin, unutma ki, əməyinə qiymət verən “zaman” olacaq. Biz də o dövr insanlarının dediklərinə qiymət versək, onların ifadələrinin əsl mənasını açıqlamış olarıq.

“Basarkeçər” sözünün xalq dilində mənasına gəldikdə isə bu region Kəlbəcər bölgəsində yaylaq deməkdir. Daha doğrusu, ozamanki Azərbaycan ərazisinin şimali-qərbində Şahdağın zirvəsini örtən buludlar hərəkət edərək yaylaq zonasını basıb keçirlər, Zəngəzur zirvəsinə doğru, yaylaq dövrü bitir və sürüləri aşağı endirmək vaxtı çatır.


AMEA-nın həqiqi üzvü
Arif İsmayılzadə

AMEA Təbiət Tarixi Muzeyinin direktoru "Yeni gün" verilişinin qonağı olub

AMEA Təbiət Tarixi Muzeyinin direktoru "Yeni gün" verilişinin qonağı olub

3 min illik möcüzə

3 min illik möcüzə

3 min illik möcüzə

90 xəstəliyə dərman olan və xərçəngin müalicəsində effektiv vasitə sayılan Azərbaycan zəfəranı keyfiyyətinə görə də dünyada öndədir

Palçıq vulkanının məhsulundan evdə sağlamlıq üçün necə istifadə etmək olar?

Palçıq vulkanının məhsulundan evdə sağlamlıq üçün necə istifadə etmək olar?