Neft və qaz
XXI əsrdə Azərbaycanın Neft və Qazı
© Dadaşov F.H
XXI əsrin vacib tarixi hadisələri arasında xüsusi rolunun tədqiq olunması və ilkin enerji resurslarının müxtəlif tiplərinin istifadəsi qeyd edilir. Əgər XX əsrdə istifadə edilmiş enerjinin 70-80%-i əzələ qüvvəsinə düşürdüsə , XV-əsrdə- meşələrin, erkən XX əsrdə-kömürün, sonralar isə XX əsrin sonunda ilkin enerjinin müxtəlif növləri olan kömürün, neftin, qazın və nüvənin payına düşməklə demək olar ki, bunlar bərabər proporsiyalarda istifadə olunurdu. Bu gün biz mövcud olan tendensiyadan kömürün istehlakının azalmasını, neftin və nüvə enerjisinin az istehlakının, qaz və alternativ enerji tiplərinin (günəş, külək, daşqın, geotermik güc) istehlakının artmasını proqnozlaşdıra bilərik.
Azərbaycan ilkin (əsas) enerji istehlakı strukturunun formalaşmasında dünyada əhəmiyyətli rol oynamışdır. Belə ki, palçıq vulkanlarının sayına və karbohidrogen qazının atmosferə buraxılma həcminə görə, hər kvadrat metr sahəyə düşən neft hasilatının miqdarı ,dünyada analoqu olmayan təbii muzey hesab olunur.
X əsrdə Azərbaycanın neft və qaz hasilatı tarixi də maksimum 3 mərhələ ilə qeyd edilir: I-əsrin əvvəli, II-1940-cı illər və III-1970-ci illər. Əsrin əvvəlində Azərbaycanda 10 milyon ton neft istehsal olundu. Baxmayaraq ki, bu cari istehsalat normaları ilə müqayisədə həddən artıq yüksək rəqəm deyildir ancaq hal hazırda O, dünyada istehsal olunan neftin ümumi miqdarının yarısını təşkil edir. 2-ci mərhələ ərzində , Azərbaycan neftinin istifadəsi. II Dünya Müharibəsinin ön cəbhələrində Avropa qitəsində faşizmə son qoydu. 3-cü neft və qaz bumu dənizdə məhsuldar laylarda neft yataqlarının və qaz kondensatı ehtiyyatlarının tapılması ilə bağlı idi.
XXI əsrin əvvəli Azərbaycanda neft və qaz hasilatının yeni əhəmiyyətli artımı ilə qeyd edilir. XX əsrdə Azərbaycanda 1.5 milyard ton neft və 500 milyard m3 qaz istehsal edilmişdir. İşlənmiş, perspektivli və müəyyən olunmuş ehtiyatlar da daxil olmaqla , qazın 2336 milyard m3 və kommersiya qazının 181milyard m3-i ADNŞ-ə (SOCAR) məxsusdur. Bu qaz ehtiyatları ərazi boyu və istehsal bölməsində təbii olaraq paylanır. Ən geniş qaz yığımı Balaxanının aşağı hissəsində və məhsuldar qatın daha aşağı hissəsində məhdudlaşır. Yataqların qaz tərkibinin sonrakı artımı və həll olunmuş neft yataqlarından qaz qapaqlı neft yataqlarına keçməsi, məhsuldar qatın çökmə zonası istiqamətindəki ərazidə, öz geoloji inkişaf dövründə mənfi təsirlərdən keçərək və enmə zonasında qazəmələgələn yataqlara keçməsi ilə müşahidə olunur.
Əsas qaz ehtiyyatları öz mövcudluğuna görə sonuncuya borcludur. Ehtiyat paylaşdırmanın bu müntəzəmliyi məhsuldar qatların qaz məzmunlu xəritəsində və daha dəqiq desək Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Zığ, Qumdaşı, Bahar və Duvannı. Kənizdağ, Səngəçal-Duvannı, Bulla-dəniz yataqları eləcədə Qərbi Abşeron –Atəşgahda VIII üfüqün yataqları, Lökbatan, Buta-Quşxana, Quşxana və Qaradağ yataqlarında yaxşı izlənilir. Neftdən neft-qaza və qaz kondensat əmələ gələn yataqlardan strukturların azalmasına tərəf göstərilən bütün materiallar nümunə kimi verilir.
Məhsuldar qatın qaz doyma dərəcəsinin təbii dəyişməsi geokimyəvi və termodinamik xüsusiyyətləri ilə yaxşı əlaqəlidir. Xəritələr qatların enməsi istiqamətində məhsuldar (qərbi künc) və qırmızı süxur (şərqi künc) qatlarında depozitlərə görə metanın karbohidrogen qaz tərkibinin göstəricisinin faizinin artması müxtəlifliyinə görə qurulur. Cənub Xəzər çökəkliyinin şərqi və qərbi künclərinə görə ağır karbohidrogenin ümumi miqdarının məzmununun dəyişməsi fərqlidir. Birinci halda qatların enməsi istiqamətində metan homoloğunun tərkibi artır, ikinci halda isə o azalır. Burada həmdə Türkmənistanın qırmızı qatına xas olan məhsuldar qatlarında neft və qaz kondensat əmələ gələn yataqların bölünməsinin geoloji, geokimyəvi və termodinamik xüsusiyyətləri barədə qısa məlumat verilmişdir. Müxtəlif qaz əmələ gətirən flüid karbohidrogen nisbəti ilə Xəzər dənizinin cənub çökəkliyinin bütün su akvatoriyası çərçivəsində bu müntəzəmlikləri ekstrapolyasiya etmək üçün imkan verilmiş və müxtəlif qazəmələgətirən və flüid karbohidrogen nisbəti ilə nəzərdə tutulan zonalar göstərilmişdir. Cənubi Xəzər çökəkliyinin şərqində qaz kondensatında və qaz əmələgələn yataqlarda qaz şəkilli karbohidrogenin üstünlük təşkil edən zonada toplanması eyniləşdirilir. Geniş və orta həcmli yataqların mövcudluğu burada qabaqcadan xəbər verilir.
Bu zonanın spesifik xüsusiyyəti bizim fikrimizcə burada mövcud olan o sahələrdir ki, qazın böyük miqdarına əlavə olaraq həmçinin, qaz kondensatının və neftin formasında karbohidrogen flüidinin müvafiq miqdarını özündə saxlaya bilər. Aydındır ki, adətən neftdən qaz yataqlarına keçid ağır karbohidrogenin ümumi miqdarının faizində metan konsentratının artımı və azalması ilə müşayiət edilir. Bu çökəkliyin şərqi küncündə müşahidə edilir. Bundan fərqli olaraq çökəkliyin qərb küncündə artıq yuxarıda qeyd edildiyi kimi metan konsentratının artımı və onun ağır homoloquna məhsuldar qatların enmə zonası istiqamətində rast gəlinir. Başqa məlumat ilə birlikdə karbohidrat izotopu daxil olmaqla bu fakt bizə imkan verir ki, tanıdığımız enmə zonası neft və qaz , qazşəkilli karbohidrogen və flüidlərdən əmələ gələn mərkəzi yerdir. Buna görə də qaz kondensat əmələ gətirən flüidlərin mövcudluğu bizim də proqnozlaşdırdığımız kimi geniş neft kantlarının və xüsusi neft üfüqlərinin formasında neft ehtiyyatlarını özündə saxlayacaq.
Kondensatın və neftin artımı qaz ehtiyatlarının artımı ilə müşahidə edilir.
Yuxarıda qeyd olunan iki zona tərkibində əsasən neft və qaz qapaqlarında həll olunmuş qaz olan neft yataqlarının paylanması zonaları ilə qərbdən, şərqdən və şimaldan əhatə olunub.
Xəzər dənizinin Azərbaycan sektorunun cənubunda, Türkmənistan sektorunun şərqində, qazın böyük miqdarı da daxil olmaqla neft yataqlarının müxtəlif paylanması şübhə doğurur.
Yuxarıda göstərilən Azərbaycanın neft və qaz ehtiyyatları əsasən müəyyən çətinliklər ilə əlaqəli olan istismar sahələrdə məhdudlaşdırıldı. Hər halda mövcud olan məlumata və XXI əsrin proqnozlaşdırılmasına görə, dünyada karbohidrogen istehsalı öz inkişafını tələb etmək imkanı verir.
Xəzərdə vəd edilən yataqlar 700-1000m dərinlikdə yerləşir. Hal-hazırda ADNŞ (SOCAR) dərinliyi 150-200 m-dən çox olmayan quyular qazır, halbuki dünya daha da yüksək dərinliklərdə qazma təcrübəsinə malikdir. Məsələn Braziliya neft şirkəti “PetroBraz” Atlantik okeanında dərinliyi 1420m, 1709m və 1853m olan quyular qazmışdır. Bəzi alimlər hesab edirlər ki XXI əsrin başlanğıcında dünyada neft və qaz istehsalı özünün pik səviyyəsinə çatacaq və məşhur neft-qaz əmələgələn sahələrdə aşağı düşməyə başlayacaq. Bu məlumat Texas Universitetindən olan Riçard A.Startmanın və A.S.Al-Jarrisin təqdimatından qəbul edilmiş materiala əsaslanan Neft Geoloqlarının Amerikan Assosiasiyası tərəfindən buraxılmış “Explorer” qəzetində David Brown tərəfindən nəşr edildi. Oxşar nəticələr neft və qaz sənayesində beynəlxalq ekspertlər olan Alian Perrodon, Jean Laherrer və Kolin Kampbel tərəfindən nəşr edilmiş qrafikada aşkar olundu. Beləliklə XXI əsrdə karbohidrogen istehsalının azalması və yataqların tükənməsi hal hazırda Rusiya ABŞ, Fars körfəzində və s istismar olunan yataqlarda proqnozlaşdırılır. Bu fonda o aşkar olurki, Azərbaycan, Xəzər regionunun geniş enerji potensialının istifadəsi xüsusilə həyatın tələbatıdır. Tədqiqat sürəti və ilkin karbohidrogen ehtiyyatlarının inkişafı 3 qövs xətlə təsvir edilmişdir. 1) qədim neft və qazəmələgələn regionların mövcudluğu. 2) orta şəraitli regionlar. 3) yeni kəşf olunmuş yataqlar. Cənubi Xəzər çökəkliyinin qərb və şərq hissələrində neft və qaz yataqları uzun illər ərzində istifadə olunmuşdur, amma hələ də bu su hövzəsində yüzlərlə qazılmamış struktur qalmışdır ki, bu da 2ci qövs xətti Azərbaycanın perspektivli dəniz strukturuna daha adekvatdır. Bu qövs xəttinə əsasən proqnozlaşdırılan karbohidrogen yataqları 80 il ərzində yəni XXI əsrin sonuna yaxın inkişaf edə bilər .Aydın məsələdir ki, bu məqsəd üçün həm maliyyə , həm də texniki dəstək çox vacibdir. XXI əsr neft sənayesinin yüksək texnoloji inkişafı və əlverişli şəraitlə, bu yataqların istismarı şərtləri 50-60 ilə qədər azaldıla bilər.
Azərbaycanın karbohidrogen yanacağı və xammal ehtiyyaclarının istehsalını və ehtiyyatlarının kiçik hissəsini nəzərə alaraq, onun başqa ölkələrə satışı ilə bağlı ilk yerdə Türkiyə və Avropa olmaqla ciddi problemlər ortaya çıxır. Bu xüsusən neft və qaz ötürücülərinin müvafiq daşınma sisteminin sıxılmasını tələb edir.
Mezozoyda neft varmi?
© İ.S.Quliyev, A.A.Feyzullayev, M.A.Əfəndiyeva
“Vse o nefti” kitabından
Belə məlumdur ki, Azərbaycanda neftçıxarmanın 80% -dən çoxu alt pliosen çöküntülərdən gəlir. (P.T). Keçən əsrin ikinci yarısından başlayaraq, Mezozoy çöküntüləri tədqiqatçıların diqqətini cəlb etmişdir. Halbuki, Azərbaycanda Mezazoy neftinin kəşfiyyat axtarış planlı işlərin axırıncısı 50-55 il bundan qabaq keçirilmişdir. Bu dövr ərzində mezazoyda ümumimetraj 950m olmaqla 300-ə yaxın quyu qazılmışdır. Qazımanın belə həcmdə olmasına baxmayaraq, sənaye neftqaz yataqlarının kəşfiyyat-axtarış quyusu məhz Siyəzənin monoklinal həddində Şuraabad (Quba rayonu Xəzəryanı) və (Orta Kür çökəkliyi) Zərdab, Muradxanlı sahəsində quraşdırılmışdır. 1971-ci ildə Muradxanlı sahəsində aşkara çıxan üst təbaşirin vulkonogenli süxurlarında toplanan neftqaz xüsusi maraq cəlb edir.
Bütün aşkara çıxan yataqların işlənilməsi dövründə mezazoy çöküntülərindən 4,0 mln. ton neft çıxarılmışdır. Kəşfiyyat –axtarış işlərinin effektliliyinin az olması səbəblərindən biri də mezozoy çöküntüləri quruluşunun kifayət qədər öyrənilməməsidir.
Aparılan işin effektliliyinin az olmasına baxmayaraq Azərbaycanın mezazoy çöküntülərinin potensial imkanları və neftqazlılığın perspektivləri tam yüksək qiymətləndirilir. Bu quyunun sınaq qazıması zamanı neftqazın müəyyən edilməsi və çoxlu neftqazın üzə çıxması ilə qeyd edilərək təsdiqlənir. Aşkara çıxan neft və qaz Yurada olduğu kimi (Quba rayonu, Xəzəryanı) həm də təbaşir çöküntülərilə əlaqəlidir (Xəzəryanı Quba rayonu, Şimali-Qobustan və Kür çökəkliyi).
Yura çöküntülü neftqazın çıxışı Xəzəryanı Quba rayonunun Xınalıq kəndinə yaxın Tfan antiklinor qurşağında, Afurca kəndinin Atəşgah antiklinal özəyində və b. sahələrdə qeyd edilmişdir. Ondan başqa Bəyimdağ, Təkçay, Kəşçay, Ataçay, Afurca, Xudat, Yalama sahələrində quyu qazıma zamanı bu çöküntülərdən neft qaz çıxışları qeydə alınmışdır.
Təbaşir çöküntülü neftqazın yer səthinə çıxışı Şimali Qobustan (Yeni Həştərxanka, Həştərxanka, Hilmili və b) Quba rayonunun Xəzəryanı (Giləzi ,Kosa, Kəşçay, Siyəzən moniklinalı, Pirəbədil kəndinə yaxın Zağlı və b) sahələrində qeydə alınmışdır.
Bu sahələrdə - Yalama, Şuraabad, Bəyimdağ-Təkçay, Sitalçay, Çədisu, Şəədan, Əmirxanlı və b. (Quba r. Xəzəryanı), Həştərxanka, Tuva, Angexaran və b. (Şimali Qobustan), Beyləqan, Şuraabad, Sor-sor və b (Orta Kür çökəkliyi) qazıma və quyunun sınağı zamanı təbaşir çöküntülərindən neftqaz çıxışları aşkar edilmişdir.
Neftqazın təbii çıxışları olduğu kimi, eləcə də quyuda karbonatlı çatlılı əhəngli süxurlarla əlaqəli mergellər, qumlar, qumdaşları yura və təbaşir yaşlıdır. Yura kəsilişində titanlı qatların karbonatlı süxurları və eləcə də toar, aalen, bay, bat qatlarının alevrolitləri və qumdaşları neftqazlılığın imkanlı kollektorlarıdır.
Təbaşir kəsilişində terrigen süxurları (qum, qumdaşı, alevrolitlər) valajinli, barremli, aptslı, alblı, senomanlı, maastrixtli və datlı laylar neftqazlılığın imkanlı kollektorlarıdır.
Qubanın Xəzəryanı, Şamaxı, Qobustan rayonunda və Orta Kür çökəkliyi mezozoy çöküntüləri üçün əsas perspektivdir. Xəzəryanı Quba rayonunda (bay və bat qatları, qumlar, qumdaşları) karbonat terrigenli çöküntülər və həmçinin Qusar-Dəvəçi sahəsində alt və üst təbaşirin karbonat çatlılı süxurlar, yığılmış mulda, Siyəzən monoklinalı və Beşbarmaq-Tengin antiklinoru və orta yura çöküntüləri neftqazlılığın perspektividir.
Şimali Qobustanın (Həştərxan, Hilmili və b.) cənub hissəsində alt və üst təbaşirin karbonat süxurları, qum və qumdaşları ; Mərkəzi Qobustanın (3,5 km) əlverişli dərinliyə çatan mezazoy səthi, Nardaran –Axtarma, Şıxzairli Yuvandağ və b. sahələri Şamaxı-Qobustan rayonunda neftqazlılığa meyilli perspektivdir.
Yevlax, Ağcabədi həddi boyunca əyilmə, harda ki, karbonat çatlılı süxurların artan gücü mərkəz istiqamətində əyilməsi üst təbaşir çöküntüləri üçün əsas perspektivdir. Şuraabad sahəsində çöküntülərdən alınan neft axını bu süxurların potensial imkanlarını təsdiq edir. Ondan başqa Orta Kür çökəkliyində vulkanogenli çıxıntıların örtülü sulaşmış hissələrində üst təbaşirin vulkanogenli süxurlara təsiri maraq yaradır.
Neftin və onun sənaye tullantılarının (toplantısının) yaranışı, həyatı və məhvi
Faydalı üzvü maddələrin yenidən işlənərək dəyişilməsi nəticəsində neft (yayılmış, yaxud mikroneft) əmələ gəlir. O iri həcmli daş süxurlarında səpələnib yerləşmişdir. O hər hansı gücün təsirilə nisbətən kiçik məkanlarda qatılaşaraq yatağı dağıdır, yaranır və yaşayır. Belə izah olunur, regional yayılmış neftin çox böyük həcmdə yığcam tələlərdə miqrasiya olunaraq qatılaşması üçün gipoter sırası mövcuddur. Onlardan biri üstdəki lay yükünün təsiri altında kiçik həcmli süxurla əlaqəlidir. Buna bənzər effekt qubkadan sıxılmış sudur. Sıxlaşma zamanı gildən böyük həcmdə su ayrılır, hansı ki gildə yaranan mikroneft süxurlar adlanan – kollektorlar, yüksək xassəli süzülmə əmsallı süxurları yuyur. Hesablamalar göstərir ki, tələdəki neftin toplanma miqyasını bacarıqla izah edən belə əməliyyatlar daha inandırıcı və düzgündür.
Sıxılmış qazın təsiri ilə əlaqəli başqa mexanizm. Sıxılmış qazlar yüksək həll olunma gücünə malikdir və böyük həcmli nefti uzun məsafəyə yerləşdirməyə qadirdir.
Flüidlərin yerdəyişməsi yolu ilə həll olunan neft adətən dağılmış sahələrdə baş verir. Təzyiqin enməsi və kəsiklərin oriyentasiyası yerdəyişmənin (miqrasiyanın) istiqamətini təyin edir. Lakin flüidlər bir laydan o biri laya yer dəyişərək və bir layın xəttində də neft sərbəst fazada yerdəyişə bilər, bu dəyişiklik inandırıcı deyil. Neft yuyula bilən yerdə kifayət qədər boşluq olmalıdır ki, neft qarışmasın. Yuxarıda qeyd olunduğu kimi süxurlar - harda ki, neft qarışıb, toplanıb və ayrılır bunlar kollektor adlanır. Əgər daha dəqiq formalaşdırsaq – bu dağ süxurlarının hər hansı keçiriciliyi, yer qabığının üst hissəsində qravitasiya gücünün təsiri və yaxud təzyiq qradiyenti təsiri altında təbii flüidlərin hərəkətinin mümkünlüyü mövcuddur.
Yer qabığında mütəmadi olaraq dinamik hərəkətlər baş verdiyi səbəbdən bu proseslərin təsiri altında, neft toplanmadan belə daim qatılacaq, çünki buna təkcə kollektor kifayət deyil.
Yataqların yaranmasında başqa zəruri şərait qeyrikeçirici süxurlarda kollektor laylarının kəsilişi və yaxud başqa sözlə desək təkərlər zəruridir. Bu özünəməxsus ekran formalaşması flüidlərin (layarası) toplanması hərəkətinə mane olur. Adətən bunlar gil, daş tozu, gips, tez bərkiyən əhəng və mergellərdir. Lakin bu şərait qane edici deyil. Tərkibi keçirici süxurlar və təkərlərdən olan (qumdaşları, əhənglər, gillər, duzlar) lay sistemi əyriliyi olmazsa, heç vaxt böyük həcmdə nefti özündə saxlamaz.
Onun yığılması üçün (yaxud akkumulyasiyası) layın xüsusi forması – tələnin mövcudluğu zəruridir ki, ora tökülən neft tərpənməz qalsın; yalnız burda milyon illər ərzində tədricən neft qazın yığılması baş verir. Tələlər öz formasına görə müxtəlif ola bilər. Əgər lay tələ həddində neft və yaxud qazla dolmuşsa, artıq bu tək-tək yığılmadır.
Tələnin həddində bir neçə yataqdan neft qaz yatağı əmələ gəlir. Həqiqətən, hər belə tək-tək yığılan ailəvi yataqlar xüsusi neftqaztoplanma sahəsi əmələ gətirir. Belə sahələrdən bir neçəsi böyük strukturlu element - yer qabığına neftliqazlı sahələrdə, axırıncı bir neçəsi isə neftliqazlı əyalətlərdə birləşir. Yayılmış neftin miqrasiyası və tələdə toplanmasından az vaxt keçməyib. Dağəmələgətirən proseslər amansızcasına hövzə çöküntülərinin şəklini dəyişir, tələlərin dağılması, layqırılması, əzilmələr baş verir. Heç vaxt yataqlar sistemi olmayan yerdə, əzilmiş, qırılmış lay və süxurlar əmələ gəlir. Bu, yataqların mexaniki dağılmasıdır. Beləliklə neft yataqları bütövlükdə və yaxud hissələrlə öz mövcudluğunu itirir. Belə isə bəs ondan asılı olan neft nə vəziyyətdədir; Sistemli bərabərsizlikdə olduğu kimi neftin tərkibi istər xarici istərsə də daxili faktorların təsiri ilə mütəmadi olaraq dəyişir.
Neftin daxili dəyişməsinin hərəkət gücü karbohidrogenlərin entropiyası sistemidir, hansı ki, termodinamikanın ikinci qanunauyğunluğuilə istənilən karbohidrogen qarışığı öz tərkibi ilə qarşılıqlı birləşməyə yönələrək, minimum sərbəst enerjini təmin edir. Aromatik karbohidrogenlər, qətranlar, yağlar neftdə maksimum sərbəst enerjiyə sahibdir, sərbəst enerjinin kiçik həcmli metan karbohidrogenləridir.
İstiqamətləndirilmiş dəyişiklik zamanında istənilən neft uyğun olaraq həcmcə böyük karbohidrogenlərlə sərbəst enerji minimal həcmli karbohidrogenlərə keçəcək. Temperaturun artması ilə bu proses daha da güclənir.
Belə proseslərə yalnız neftayırma zavodlarının laboratoriya şəraitində nəzarət etmək olar. Temperaturun yüksəlməsi zamanı mürəkkəb birləşmələrin dağılması ilə sadə birləşmələrin əmələ gəlməsi baş verir. Yerin dərinliyində əmələ gəlmiş neft layı tədricən daha aşağı, aşağı temperatur sahələrində yüklənir. 2000 –dən artıq normal hidrostatik təzyiq olduqda neft çox qala bilməyərək maye karbohidrogendən qaza çevrilir. Təcrübi nöqteyi nəzərdən çox vacib olan dərinlik həddində neftin saxlanılması müəyyən olunan böyük dərinlikdə nefti müəyyən edir. Bu haqqında danışdıqlarımız – dünyanın bütün hövzələri üçün ümumi şərtdir. Düzdür bunların arasında çox nadir olanları , dərinliyi 10 km və daha çox neft saxlayanları da var (Meksika körfəzindəki Tibor yataqları) bu haqda sonra danışacağıq.
Belə ki neft yataqlarının dağılmasına səbəb olan neftin çox dərinliyə yüklənməsi faktorlardan biri, onun yuxarıya qalxmasıdır. Başqa tam ziddiyyətli faktorlardan biri isə yeraltı sular və mikroorqanizmlərin də orda kəskin dağıdıcı təsiri az deyil. Bu iki proses infiltrasiyalı suyun laya keçməsi baş verdiyi zaman daha intensiv keçir. Bakteriyaların bütünlüklə karbohidrogenləri, yaxud əvvəlcə metan və onun müxtəlif cür növləri, sonra aromatlı və naftenli hissələrlə, məhv etməsinin mahiyyəti mikroorqanizmlərin nefti parçalamasından ibarətdir.
Nəticədə neft yüngül komponentlərini itirərək onda qətranın tərkibi artır, asfaltenlər, getero birləşmələr artaraq onu daha da ağırlaşdırır. Mikroorqanizmlərlə qarşılıqlı təsirdə olduğu kimi, neftin su ilə yuyulması və oksidləşməsi də həmin istiqamətdə onu dəyişdirir. Su ilə yuyulma daha tez həll olan karbohidrogenlərin neftdən ayrılmasına gətirib çıxarır. Bütünlükdə yüngül karbohidrogenlər ağırlardan daha yaxşı həll olur. Bu üsulla iki əks istiqamətli tektonik hərəkətlər dərinliyə yüklənmə, sonra isə üzü yuxarı səthə doğru, əvvəl neft yataqlarını əmələ gətirir, sonra isə məhv edir. Neft çox şıltaq maddədir, onun keyfiyyətini saxlamaq üçün (kommersiya məqsədi ilə) zəruri olan xüsusi şərait: mülayim təzyiq və temperatur, kislorod və su səthindən təcrid olunmalıdır. Əks təqdirdə neft asfaltenli –smalalı və yaxud buna bənzər maddəyə, qaza çevrilir. Neft parçalanmasının torpaqda izləri daha çoxdur. Olduqca dəyişilmiş ağır neft və bitumların ən böyük ehtiyatları Kanada, Venesuela və Rusiyada bir yerə toplanmışdır. Onların işlənilməsi xüsusi texnologiyalardan istifadə etməklə böyük kapital qoyuluşu tələb edir.
Neft və ekologiya
© İ.S.Quliyev, A.A.Feyzullayev, M.A.Əfəndiyeva.
“Vse o nefti” kitabından
“Vse o nefti” kitabından
Orta əsrlərdən etibarən özünün neft sərvətləri ilə məşhur olan Azərbaycan təəssüf ki, nəinki öz sərvətlərinin sahibi ola bilmədi, həm də ekoloji fəlakətin sərhəddinə çatmışdı. Əvvəl çar Rusiyası və onun icazəsi ilə müxtəlif xarici firmalar, daha sonra 70-ildən artıq SSRİ-tərkibində respublikanın neft sərvətlərinin vəhşicəsinə istismarı ətraf mühitə düzəlməz ziyan vurmuşdur. Hal-hazırda neft mədənlərinin çox böyük sahələri yerin dərin qatlarından çıxan və neft ilə örtülmüşdür. Yüz hektarlarla torpaq yararsız hala düşüb, neftçıxartma sahələrində radioaktivlik və qazlılığın səviyyəsi artıb.
Ətraf mühitin çirklənməsi prosesi neft biznesinin bütün mərhələlərində neftin kəşfiyyatı, istismarı, saxlanılması və emalında gedir.
Azərbaycanın neft sənayesinin inkişafının ilkin dövrlərində neft sənayeçilərinin anlamazlıqları nəticəsində kəşfiyyat , qazma və istismar ancaq texniki məsələ kimi təsəvvür edilirdi. Bununla əlaqədar kəşfiyyat ərazilərində neft fontanları tez-tez və gözlənilmədən baş verirdi. Güclü qaz ifrazlı fontanlar gündə 20-25 t neft verərək yarğan boyu üzüaşağı çay kimi axırdı.
Əvvəlcədən hazırlanmış neft anbarları təqribən əlli min ton neft tutduqları üçün tez dolurdular, artıq neft axaraq ətraf sahələri batırırdılar. Yüzlərlə fəhlə neft axınının qarşısını saxlaya bilmirdi. Güclü fontanın qarşısını almaq çox çətin olurdu, bəzən 10-15 gündən də çox neft axaraq ətraf mühitə böyük ziyan vururdu. Quyular vasitəsi ilə qaz layları, əsasən də “qaz papaqları” açılanda 2-3 həftə davam edən güclü qaz fontanları vurması nəticəsində atmosferə külli miqdarda qaz atılırdı.
Çar Rusiyasının Dağ departamentinin “Dağ nəzarəti” adlı idarəsi Yerin dərinliklərini qorumaq funksiyası daşımalı idi, əslində bütün bunlar fiksiya idi və bu qanunlar ancaq kağızda idi və adətən yerinə yetirilmirdi.
Böyük ekaloji problemlər dəniz və okeanların çirklənməsi nəticəsində baş verirdi. Mövcud olan məlumatlara görə hər il dünya okeanına 10 milyon ton neft axır. Sputnik və aeroçəkilişlərdən nəzarət nəticəsində alınan məlumatlardan bilirik ki, dəniz və okeanların 1/3 hissəsinin səthi nazik əlvan örtük ilə örtülüb. Bu örtük nəticəsində suyun buxarlanması 60% aşağı enir. Bununla əlaqədar suyun səthi daha çox qızır, atmosfer ilə su səthi arasında qaz nisbəti artır ki, bu da dəniz və okeanlarda yaşayan balıq və digər canlılar üçün lazım olan su qatına daxil olan kislorodun azalmasına gətirib çıxardır. Su səthinə dağılmış 1litr neft məhsulu = 40 litr suyu kisloraddan məhrum edir, 1t neft isə =12 km2 okean səthini çirkləndirərək oradakı bütün canlıları məhv edə bilər.
Su səthinin çirklənməsinin səbəbləri çoxdur. Çox vaxt neft su səthinə sahilyanı şelflərdən, üzən və stasionar qazımada neft çıxarılması zamanı axır.Digər səbəb dəniz tankerlərində baş verən qəza və fəlakətlərdir. Əgər əsrin əvvəlində tankerlərin tutumu 5-10 min ton olduğu halda hal-hazırda yarım milyonlu tutumlular dəniz və okeanlarda hərəkət edirlər. Ötən əsrdə hər il 2 milyarddan az olmayaraq yanacaq əldə edilir və yandırılırdı ki, buna sərf olunan kislorod dünyada yaşayan bütün insanlara sərf olunan kisloraddan minlərlə dəfə çoxdur. Axır minilliklərdə atmosferdəki karbonun 9% artdığı, kislorodun isə bir neçə faiz azaldığı müşahidə olunub.
Axır illərdə dövlət rəhbərliyi ekologiya probleminə diqqəti artırıb.Neftmədən sahələrinin təmizliyinə başlanılıb, 2010-cu il isə “ekologiya ili” elan edilmişdir.
Neft sənayesinin belə uzun inkişaf tarixinə baxmayaraq, cəmiyyətin inkişafı (sivilizasiyası) ayrı-ayrılıqda götürülmüş məhsuldan daha çox neftdən asılı olaraq davam etməkdədir. Yeri təzədən dolmayan neftqaz ehtiyatlarının uzunmüddətli işlənilməsi və əhalinin daim artması qlobal ciddi konfliktin yaranmasına gətirib çıxarır. Bu konflikdin səbəbi gözlənilən resurs (ehtiyyat) çatışmamazlılığıdır.
Dünya, XIX əsrin axırlarında ehtiyatların hamıya çatmaması haqqında verilən məlumatın həyata keçməsi ərəfəsindədir. Hal-hazırki şəraitdə ölkə tamamilə neftdən təcrid olunmuş şəraitdə inkişaf edə bilməz.
Dayanılmaz prosesin qeyri-ənənəvi mənbələrdən alınan yanacaq ilə neft və qazı əvəz edəcəyini gözləyənlərin ümidləri hələlik doğrulmayıb. Neft sənayesinin uzun inkişaf tarixinə nəzər salaraq görərik ki, dünya ictimaiyyətinin hələ də ayrı-ayrılıqda götürülmüş daha çox məhsullardan neftdən asılıdır. Beləliklə, bu günə olan realizm göstərir ki resurs “aclığı” daha da artacaq. Bu problemin bir çətinliyidə ondan ibarətdir ki, neft qaz ehtiyyatları dünyada qeyri-bərabər paylanılıb. Onlara hamıdan çox ehtiyacı olanlara bu xammal çatmır. Başqa sözlə desək iqtisadi cəhətdən inkişaf etmiş ölkələr də ehtiyyatların qıtlığı müşahidə olunur ki, buna görə də onların nəzərləri digər ölkələrin ehtiyatlarına dikilib. Bu vəziyyət keçmişdəki müharibələrin əsas stimulyatoru olub və gələcəkdə də istisna olunmur.
Neftin bir çox dünya ölkələrinin siyasətinə təsiri, misal olaraq Kuveytdəki hadisələri, İraqda aparılan müharibəni göstərmək olar. Məşhur “Kim neftə sahibdir o, dünyaya sahibdir” aforizmi özünü təsdiq edir. Beləliklə, dünyanın dövlətlərin siyasi quruluşlarına görə bölünmədiyi daha çox aydın olur, müasir dünya əsasən 2 bloka bölünüb: birinci-neft və qaz ehtiyatlı ölkələr, ikinci bu ehtiyatlardan əsas istifadə edən ölkələr.
Azərbaycan orta əsrlərdə özünün çoxlu neftqazı ilə məşhur idi, keçən əsrin axırlarında və indiki əsrin əvvəlində dünya neft biznesində aparıcı yerlər tuturdu. Buna baxmayaraq, təəssüf ki, Azərbaycan heç vaxt öz sərvətlərinin tam ixtiyarlı sahibi olmamışdır. Azərbaycan suveren dövlət olanda elə bil ki, “qara qızılın” ecazkar qüvvəsinin də xalqın rifahı naminə istifadə etmək üçün əlverişli imkan yarandı. Əslində isə bu belə də asan deyildi. SSRİ dağıldıqdan sonra Azərbaycana neft sənayesinin inkişafı üçün lazım olan iri maliyyə resurslarının olmaması, dağılmış iqtisadiyyat qalmışdır.
Cənubi Xəzərin dərin hissələrindəki yataqların işlənilməsi üçün lazımi texnologiyaların olmaması bu vəziyyəti daha da çətinləşdirirdi. Bütün bunların nəticəsində Azərbaycan xarici investisiya və texnologiyaların cəlb edilməsinin labüdlüyü qarşısında qalaraq qərbi kompaniyalar ilə bizə məxsus olan ehtiyatları bölüşmək məcburiyyətində oldu ki, bu da öz növbəsində 100 ildən qabaqkı tarixin təkrarlanmasına gətirib çıxarıb. Ötən əsrin əvvəlində olduğu kimi Xəzər regionu, o cümlədən də Azərbaycan kəskin siyasi oyunların ortasına çevrilir. Burada iyirmidən artıq ölkələrin maraqlarını bir-birinə əks fikirlər ilə möhkəm düyün əmələ gətirmişdir. Ekspertlərin çoxunun rəyinə görə yeni yüzillikdə Xəzər regionu karbohidrogenlərin hasilatına görə dünya üzrə ön sıralara çıxa bilər. Lakin, bütün bunlar uzaq gələcəyə aiddir. Hal-hazırda isə Xəzər nefti bütün iqtisadi əhəmiyyəti ilə -qlobal siyasi məsələlərin həlli üçün bir alətdir.
Hal hazırda 30-dan artıq neft kompaniyaları BP, Exxon Mobil , Unical, Statoil, Chevron, Lukoil və bir sıra daha xırda kompaniyalar və Xəzər dənizində Azərbaycanın neft sərvətlərinin istismarında iştirak edirlər.
Xarici geoloqların sənədlərinə əsasən Xəzər regionunun dərinliklərində 40-200 milyard barel neft var. Müqayisə üçün, dünyada ən iri hesablanmış neft ehtiyyatı-260 milyard barel neft, Səudiyyə Ərəbistanındadır. Beləliklə müasir geosiyasətdə enerji ehtiyatlarının tendensiyası inkişafı dünyada yaxın perspektivdədir.
Bu tendensiyalar aşağıdakılardan ibarətdir.
1. Asanlıqla çıxardılan neft əsrləri qurtarır, neftin sonrakı tapıntısı və çıxarılması daha çətin geoloji şəraitdə gözlənilir; Dünya okeanının dərin suları zonasında, Arktika və Antraktidada.
2. Neft ehtiyatlarından fərqli olaraq onun çıxarılmasına çəkilən xərclər artacaq ki, bu da neftin qiymətinin durmadan artmasına gətirib çıxardacaq.
3. Dünya enerji balansında qazın rolunun artması müşahidə olunacaq, neft əsrini qaz əsri əvəz edəcək. BP, Exxon-Mobil, Shell kimi aparıcı neft kompaniyalarında çıxarılan qazın həcmi, ümumi çıxarılan karbohidrogenin həcmindən artıq 40% çoxdur.
4. Əvvəl-axır elmi-texniki proqres qeyri-ənənəvi enerji mənbələrindən istifadəyə gətirib çıxardacaq və neft korporasiyaları enerji korporasiyalara çevriləcək.