Monoqrafiya və kitablar
Biblioqrafiyada əməkdar elm xadimi, prezident təqaüdçüsü, elm üzrə dövlət mükafatı laureat, görkəmli neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Abas Əli oğlu Əliyevin elmi, elmi-təşkilatçılıq. İctimai fəaliyyətinin əsas məqamları haqqında məlumat verilir. Tanınmış alimin neft geologiyası və geokimyası, palçıq vulkanizmi, geologiya elminin tarixi və elmi maarifləndirmə istiqamətlərində indiyədək gördüyü işlər, o cümlədən ilk dəfə aparılan tədqiqatlar və əldə olunan elmi nəticələr, çoxsaylı əməkdaşlıq müqavilələri çərçivəsində yerinə yetirilən yerli və beynəlxalq əhəmiyyətli elmi layihələr,nəşr etdirdiyi monoqrafiyalar, kitablar, elmi, elmi-populyar məqalələr və s. məsələlərə dair informasiyalar biblioqrafiyanın müvafiq bölümlərində öz əksini tapır.
Biblioqrafik əsas geologiya və digər sahələrdə fəaliyyət göstərən işçilər, habelə gənc mütəxəssislər, eyni zamanda elmin tarixi və alimin digər nəşrləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərlinin “Elmin cazibəsi” kitabının 3-cü cildundə İnstitutun Təbiət Tarixi Muzeyi və Geoloji-Mineroloji Muzeyinin fəaliyyəti haqqında məlumatlar oxunaqlı dillə təqdim edilir. Geniş müsahibə formatında hazırlanmış elmi mətnlər müəllifin orijinal fotoları, həmçinin arxiv şəkilləri ilə müşayiət olunur. Kitab alimlər, tələbələr, eləcə də geniş ictimaiyyət üçün nəzərdə tutulub.
Ekoloji geofizika
(V.M. Seyidov, Ç.S. Əliyev) Dərs vəsaiti, Bakı, ADNSU- nun nəşri.2023-cü il, 158 səh., 14 şəkil, 5 cədvəl, 13 adda ədəbiyyat
Dərs vəsaiti geofizikanın istiqamətlərindən biri olan “Ekoloji geofizika” fənninə həsr edilmişdir. Dərs vəsaitindən geofizika istiqamətində təhsil alan bakalavr, magistr və istehsalatda çalışan mütəxəssislər istifadə edə bilərlər.
Kitabça Azərbaycanda və ümumən dünyada rast gələn fenomen (nadir) geoloji hadisələrin icmalına həsr edilmişdir. Əhatə dairəsinin genişliyinə baxmayaraq, fenomen və fövqəladə təbiət hadisələrinin heç də hamısını kitabçaya daxil etmək mümkün olmamışdır və gələcəkdə bu istiqamətdə tədqiqatların davam etdirilməsi tövsiyyə olunur.
Müəllifin elmi maraq dairəsinə uyğun olaraq kitabçada neft – geoloji və təbiət hadisələrinə də yer verilmişdir.
Kitabça oxunaqlı – populyar dildə yazılsa da, elmi ciddilik prinsipi qorunub saxlanmışdır.