Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Tətbiqi və nəzəri geologiyanın qısa kursu. II cild

Tətbiqi və nəzəri geologiyanın qısa kursu. II cild

(Elmi redaktor: Akademik Akif A. Əlizadə) Bakı, Nafta-Press, 2022, 256 s.

Kitabda lakonik formada geologiya elminin müxtəlif sahələrini əhatə edən yığcam məlumatlar verilir.

Təqdim olunan kitab dərs vəsaiti qismində, magistrlər, doktorant­lar və gənc mütəxəssislər üçün tətbiqi və nəzəri geologiyanın qısa təlimi kimi nəzərdə tutulmuşdur. Kitab həm də sorğu xarakterlidir.

Yer fizikasının qısa nəzəri kursu

Yer fizikasının qısa nəzəri kursu

(F.Ə.Qədirov, R.T.Səfərov, A.H.Zamanova, A.Ş.Muxtarov) Bakı, Nafta-Press, 2022, 188 s.

Dərs­ vəsaiti Yer Fi­zi­ka­sı­nın əsas­la­rı­nı öy­rən­mək üçün nə­zər­də tu­tul­muş­dur. Ki­tab­da qı­sa şə­kil­də Yer Fi­zi­ka­sı­nın əsas fun­da­men­tal an­la­yış­la­rı, Gü­nəş sis­te­mi qa­nu­na­uy­ğun­luq­la­rı, seys­mo­lo­gi­ya və də­rin­lik qu­ru­lu­şu, Ye­rin fi­zi­ki sa­hə­lə­ri­nin xü­su­siy­yət­lə­ri və geo­di­na­mik pro­ses­lər şərh edi­lir. Nəş­rin ha­zır­lan­ma­sın­da mü­əl­lif­lə­rin Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin “Seys­mo­lo­gi­ya və Yer tə­ki­nin fi­zi­ka­sı” ka­fed­ra­sı­nın Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tun­da­kı filialın­da ba­ka­lavr və ma­gistr­lə­rə oxu­duq­la­rı mü­ha­zi­rə­lə­rin ma­te­ria­lın­dan is­ti­fa­də edil­miş­dir.

Dərs vəsaiti geologiya və geofizika təhsili alan tələbələr, xüsusən də “Yer və Planetlər fizikası” ixtisasları üzrə təhsil alan tələbə və magistrlər üçün faydalı olacaqdır.

Zəlzələ haqqında nələri bilmək lazımdır! (ikinci nəşr)

Zəlzələ haqqında nələri bilmək lazımdır! (ikinci nəşr)

(B.M. Pənahi, S.B. Axundova) Bakı, "Nafta-Press", 2023

Azərbaycan geologiya elminin korifeyləri

Azərbaycan geologiya elminin korifeyləri

(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Nafta-Press” nəşriyyatı, 2016, 315 s. ISBN 978-9952-437-61-4

Kitabda Azərbaycanın geologiya elminin inkişafında mütərəqqi rol oynamış, geoloji elmi məktəb yaratmış, dünya geologiyasına elmi töhfə­lər vermiş geoloq alimlərin – AMEA-nın həqiqi üzvlərinin həyat və yara­dıcılığı haqqında onların tələbələrinin və davamçılarının xatirələri verilmişdir.