Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Azərbaycanın geologiyası, III cild. Maqmatizm. Bərk faydalı qazıntılar. Hidrogeologiya. Mühəndisi geologiya

Azərbaycanın geologiyası, III cild. Maqmatizm. Bərk faydalı qazıntılar. Hidrogeologiya. Mühəndisi geologiya

(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Elm” nəşriyyatı, 2015, 382 s.

Azərbaycan dilində ilk dəfə tərtib edilmiş bu monoqrafiyada respublikamızın gör­kəm­li alim və mütəxəssislərinin maqmatizm, bərk faydalı qazıntılar, hidrogeologiya və mü­hən­disi geologiya sahələrində mövcud olan çoxillik tədqiqatlarının nəticələri yığcam şəkildə öz əksini tapmışdır.

Monoqrafiyada Azərbaycan Respublikası ərazisində yayılmış maqmatik sü­xur­la­rın maddi tərkibinə və maqmatizmin təkamülü aspektlərinə dair məlumatlar verilmiş, qara, əlvan və nəcib metalların və qeyri-metal faydalı qazıntıların yataqları və təzahür­ləri müasir tələblər səviyyəsində səciyyələndirilmiş, hidrogeoloji tədqiqatların nəticələri əks etdirilmiş və mühəndisi-geoloji şəraitlər qiymətləndirilmişdir.


Kitabdan geologiyanın müxtəlif istiqamətlərinin mütəxəssisləri, istehsalat­da çalı­şan geoloqlar, həmçinin doktorantlar, ali məktəblərin magistr və bakalavrları, eləcə də ölkəmizin təbii sərvətləri ilə maraqlananlar faydalana bilərlər.

Azərbaycanın geologiyası, I cild. Stratiqrafiya. Litologiya. Tektonika

Azərbaycanın geologiyası, I cild. Stratiqrafiya. Litologiya. Tektonika

(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Elm” nəşriyyatı, 2015, 532 s.

Azərbaycan dilində ilk dəfə tərtib edilmiş bu monoqrafiyada respublikamızın gör­kəmli alim və mütəxəssislərinin stratiqrafiya, litologiya və tektonika sahələrində möv­cud olan çoxillik tədqiqatlarının nəticələri yığcam şəkildə öz əksini tapmışdır.


Monoqrafiyada Azərbaycan ərazisinin struktur-fasial zonaları üzrə devon-dör­dün­cü dövr çöküntülərində bütün mərtəbələrin əsas kəsilişlərinin təsviri və litoloji-paleo­ntoloji səciyyələndirilməsi verilmiş, həmin çöküntülərin mükəmməlləşdirilmiş re­gional stratiqrafik sxemləri təsvir edilmişdir. Litologiyanın çöküntütoplanma hövzələrin­dəki şərait və qidalandırıcı mənbələr ilə əlaqəsinə xüsusi diqqət yetirilmiş və tədqiq edilən çöküntülərdə faydalı qazıntı yataqlarının yerləşməsi barədə məlumat verilmiş­dir. Litosfer plitələri tektonikası çərçivəsində irsən keçmiş və yeni problem məsələləri­nin həlli, yer qabığının formalaşmasının ümumi və fərdi qanunauyğunluqları, müasir tektonik və seysmik aktivliyin amilləri təsvir və izah edilmişdir.


Kitabdan geologiyanın müxtəlif sahələrinin mütəxəssisləri, həmçinin doktorant­lar, ali məktəblərin magistr və bakalavrları faydalana bilərlər.

Azərbaycan alt paleogen çöküntülərində biotların stratiqrafiki və paleocoğrafi paylanma qanunauyğunluqları

Azərbaycan alt paleogen çöküntülərində biotların stratiqrafiki və paleocoğrafi paylanma qanunauyğunluqları

(M.A.Bağmanov) Bakı, “Red N line” MMC, 2017, səh 176.

Alt Pg çöküntüləri Azərbaycanın əsas struktur kompleksləriningeoloji quruluşunda geniş inkişaf edir. Hövzələr regionlarda istiqamətlərinidəyişib inkişaf etmişlər, çöküntülər regionlararası və daxilində kəskin litoloji dəyişikliyə məruz qalmış, lütes və priabon əsrlərində vulkan materialları ilə mürəkkəbləşmişdir.


Hövzələrdə ekzogenez inkişaf tarixi müxtəlif olmuş, tərəqqi edən fauna keyfiyyət və kəmiyyətcə köklü sürətdə fərqlənir.


Dənizlərin lateral və sublateral sahələrinin yerdəyişmələri, dərinliklərin qeyri sabitliyi və çökən süxurların xarakteri faunanın laterial və kəsiliş üzrə paylanmasına ciddi nəzarət edir. Ayrı-ayrı regionlarda ayrılan birliklərin (cəmi 15 birlik) strukturu və növ tərkibi fərqlənir.


Azərbaycan alt paleogen faunası cənub əyalətinə məxsusdur.


Alt paleogen faunası kaça (üst paleosen) və ipr (alt eosen) hövzələrində normaldan bir qədər az olan şəraitdə və normal duzlu lütes və paradaş hövzələrində inkişaf etmişlər.


Nummulitlər və assilinlər Cənub-Aralıq dənizi əyalətinə məxsusdur; assilinlər boreal təsirli şəraitdə inkişaf etmirlər, xırda nummulitlər nadir hallarda az boreal təsirli şəraitə adaptasiya olunurlar; nummulitidlər uzun müddətli əlverişli şəraitdə inkişaf edirlər. Kükürd birləşmələri ilə az zəhərlənən şəraitə uyğunlaşa bilirlər.


Sumqayıt və koun laydəstələrinin mərtəbə bölgüsü ilk dəfə tərtib olunur.


Sumqayıt laydəstəsi, alt kounun alt hissəsi Kiçik Qafqazda inkişaf edən qaradərə, ketus və borjom laydəstələri ilə müqayisə olunur.


Kitab paleontoloq-stratiqraflar, geoloqlar, dissertantlar, apirant və magistrlər üçün nəzərdə tutulur.

Əhəd Ələkbər oğlu Yaqubov (Mətn): biobiblioqrafik göstərici

Əhəd Ələkbər oğlu Yaqubov (Mətn): biobiblioqrafik göstərici

(Redaktor: N.İ.Novruzova) Bakı: Elm, 2018, 150 s. ISBN 978-9952-514-49-0

Bu biobiblioqrafik göstərici Əhəd Ələkbər oğlu Yaqubovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biobiblioqrafiyasını əks etdirir.


Biobiblioqrafik göstərici geologiya və geofizika sahəsi üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.