Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

NEFT VƏ QAZ ÇIXARMADA TERMODİNAMİKANIN TƏTBİQİ MƏSƏLƏLƏRİ

NEFT VƏ QAZ ÇIXARMADA TERMODİNAMİKANIN TƏTBİQİ MƏSƏLƏLƏRİ

(M.T.Abasov, Z.Y.Abbasov, V.M.Fətəliyev, N.N.Həmidov, G.H.Məmmədova ) Bakı, 2013, "Nafta-pressi", 226 s., (rus dilində)

Kitabada qazkondensat yataqlarının istismarı zamanı karbohidrogen sistemlərinin faza münasibatlərinin xüsusiyyətlərinin nəzəri, və eksperimental üsullarla tədqiqinə dair yeni tədqiqat materialları təqdim olunmuşdur. Çoxkomponentli sistemlərədə baş verən retroqrad hadisəsinin fiziki mahiyyətinin və təzahür mexanizminin yeni elmi şərhi, kondensasiya prosesinin mikrorüşeymlər zonasının tədqiqi və onun qazkondensat yataqlarının işlənilmə göstəricilərinə təsirinin kəmiyyətcə qiymətləndirilməsi, qazkondensat sisteminin kondensasiya təzyiqinin qaz-maye və termobarik şərait nəzərə alınmaqla tədqiqi və onun mahiyyətinə yeni elmi yanaşma, kondensatın müxtəlif tərkibli qazlarla buxarlandırılmasına qazların həllolma qabiliyyətinin, məsasaməli mühitin və digər amillərin təsirinin tədqiqi və bu üsulun səmərəliliyinin artırılması kimi məsələlər monoqrafiyada şərh olunur (monoqrafiya rus dilində yazılmışdır). 

Kitab elmi, mühəndis-texniki işçilər və neft, qaz yataqlarının işlənməsi problemləri ilə məşğul olan tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Kitab 226 səfhədən, 77 şəkildən və 52 cədvəldən ibarətdir.

KÜR ÇÖKƏKLİYİ GÖLLƏRİNİN EKOHİDROLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN TƏNZİMLƏNMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ

KÜR ÇÖKƏKLİYİ GÖLLƏRİNİN EKOHİDROLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN TƏNZİMLƏNMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ

(V.A.MƏMMƏDOV) Bakı, 2011, "Nafta-Press" , 340 s.




Kitabda Kür çökəkliyi göllərinin antropogen təsirlə dəyişməsi və yaranmış ekocoğ­rafi problemlərin həlli yolları araşdırılır. Hidroloji, hidrokimyəvi və hidro­bioloji yönümlü çoxillik məlumatların təhlili göstərir ki, Kür, Araz və onların qol­larında axımın tənzimlən­məsi ilə göllə­rin təbii rejimi pozulmuşdur. Nəticədə onla­rın miqdarı, sahə və su həcmi azal­mış, minerallaşma və çirklənmə dərəcələri isə artmışdır. Bu dəyişmələrin qanunauy­ğun­luqları və parametrləri göstərilir. Kons­truk­tiv üsullardan istifadə olunaraq regionun böyük göllərinin ekoloji tarazlığının bərpası yolları və ehtiyatlarından səmərəli istifadə imkanları araşdırılır.

Hidrologiya, ekologiya, hidrobiologiya, hidrokimya və hidrotexnika sahəsin­də çalı­şan mütəxəssislər üçün nəzərdə tutulub.

"QUYULARDA GEOFİZİKİ TƏDQİQATLAR"DAN PRAKTİKİ İŞLƏR TOPLUSU

"QUYULARDA GEOFİZİKİ TƏDQİQATLAR"DAN PRAKTİKİ İŞLƏR TOPLUSU

(X.F.MƏLİKOV, N.V.PAŞAYEV) Bakı, 2012, "ADNA-nın mətbəəsi" , 105 s.



Neft-qaz sənayesində elmi-texniki tərəqqinin əsas elementlərindən biri quyularda geofiziki tədqiqatlar (QGT) üsullarının yeni modifikasiyalarının işlənməsi və təkmilləşdirilməsidir. Quyu kəsilişində olan layların fiziki xüsusiyyətlərinin dərinlikdən asılı olaraq öyrənilməsinə QGT deyilir. Adətən, istifadə olunan fiziki sahədən asılı olaraq, kəsilişdə olan layların xüsusi müqavimətini, radioaktivliyini, elastik dalğaların yayılma sürəti və s.öyrənilir. Başqa bir qrup üsullarla həndəsi parametrlər öyrənilir: quyunun diametri və mailliyi, layların yatma bucağı və s. Beləliklə, QGT vasitəsilə yatağın geoloji quruluşunu, qazımanın və layların istismarının müxtəlif məsələlərini həll etmək mümkün olur.

Yuxarıda qeyd olunanlar hazırlanmış praktiki işlər toplusunun strukturunu təşkil edir. Laboratoriya işlər toplusunda məqsəd quyularda fiziki kəmiyyətlərin ölçülmə prinsiplərini tələbələrə öyrətmək, QGT-nin texnologiyası ilə onları tanış etmək, mühazirələrdə verilən bilikləri dərinləşdirmək, bununla da tələbələrə istehsalat üçün praktiki iş bacarığı aşılamaqdır.

Vəsaitdə verilən laboratoriya işlərinin hər birinin nəzəri əsasları və yerinə yetirilmə metodikası verilmişdir. Vəsaitdə hər bir işin xarakterinə uyğun ədəbiyyat siyahısı verilmişdir ki, tələbə tapşırığı müstəqil yerinə yetirmək üçün ondan faydalana bilər.

Praktiki işlər toplusu bakalavr pilləsində geologiya və geofizika mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

 

 

AZƏRBAYCAN ƏRAZISINDƏ SEYSMOPROQNOZ MÜŞAHIDƏLƏR

AZƏRBAYCAN ƏRAZISINDƏ SEYSMOPROQNOZ MÜŞAHIDƏLƏR

Bakı, 2012, "Nafta-Press" , 640 s. (Kataloqda məqalələr azərbaycan, rus və ingilis dilində verilmişdir)




Kataloqda AMEA RSXM-də 2011-ci ildə Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənmişdir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin  parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofizki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatların qısa xülasəsindən ibarətdir. Kataloqda Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda 07-12 oktyabr 2012-ci il tarixində keçirilən V Beynəlxalq konfransın materiallarından ibarət elmi məqalələr verilmişdir. Kataloq elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və zəlzələyə davamlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik, geokimyaçı və antiseysmik mütəxəssislər üçün nəzərdə tutulmuşdur.