Ana Səhifə / Haqqımızda / Monoqrafiya və kitablar

Monoqrafiya və kitablar

Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 3-cü kitab. Geodinamik tədqiqatlar və monitorinq

Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikası. 3-cü kitab. Geodinamik tədqiqatlar və monitorinq

“Nafta-Press” nəşriyyatı, 2015

Monoqrafiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2007-ci il tarixli 98 saylı Qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun rəhbərliyi ilə respublikanın bir sıra elmi və tədris mərkəzlərinin alimləri və mütə­xəssisləri tərəfindən «Cənubi Xəzər Çökəkliyinin Azərbay­can hissəsinin karbohidro­gen potensialinin və geodinamikasının öyrənilmə­sinə dair  2007-2014-cü illər üçün Tədbirlər Proqramı» mövzusunda həyata keçirilmiş elmi-tədqiqat layihəsinin 3-cü bölməsinin materialları əsasında hazırlanmışdır.


Əsas diqqət, yeni nəzəri yanaşmalar və əldə edilmiş ən son geoloji-geo­fiziki məlumatlar bazasında, Azərbaycanda geodinamik monitorinq şəbəkəsinin yaradılması və təkmilləşdi­rilməsi (o cümlədən, seysmoloji və digər fiziki stan­si­ya­­ların avadanlıq­larının və onla­rın ayrı-ayrı hissələrinin moderniləşdirilməsi), müasir deformasiya pro­seslərinin nəzəri model­ləri­nin hazırlanması, etalon obyektlərdə karbohidrogen ehtiyat­larının axtarışı və is­tehsalı metodla­rına təbii və texnogen faktorların qarışıqlı təsiri geodinamikasının modellərinin hazır­lanması, Böyük Qafqazın cənub yamacının geo­dinamik poliqonunun (Ba­la­kən-Qəbələ) yaradılması, yeraltı və yerüstü suların hidro­kim­yəvi parametrlərinin öyrəl­iməsi, sualtı və sahil tikililərində, ko­munika­siya infra­struk­turalarında, o cüm­lə­dən neft kəmərlərində təhlükəli mühən­dis-geoloji pro­seslər və onların qiymət­ləndirilməsi məsələlərinin tədqiqinə verilmişdir.

Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası

Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası

(Ş.Ə.Babayev, T.N.Kəngərli, A.B.Məmmədov) Bakı, “Nafta-Press”, 2017, 966 səh.

Kitabda çöküntüləri Naxçıvan MR ərazisində yayılmış Paleozoy, Mezozoy və Kaynozoyun bü­tün sistem və mərtəbələri Beynəlxalq Stratiqrafik Cədvələ uyğun olaraq təsvir edilmiş, həmçinin müxtəlif illərin elmi-tematik və geoloji-planaalma işləri nəticəsində ayrılmış yerli stratiqrafik vahid­lərin təsviri və faunistik səciyyələndirilməsi aparılmış, müxtəlif yaşlı litoloji-stratiqrafik komp­leks­lərin dayaq kəsilişləri verilmişdir. Əlavə olaraq, müxtəlif tədqiqatçılar tərəfindən toplanmış və yaşı təyin edilmiş zəngin fauna nümunələri müvafiq paleontoloji cədvəllərdə öz əksini tapmışdır.


Naxçıvan MR-in stratiqrafiyasını ilk dəfə olaraq Azərbaycan dilində müfəssəl işıqlandıran bu əsər elmi-tədqiqat müəssisələrində və istehsalatda çalışan aidiyyatı mütəxəssislər üçün lazımi məlu­mat bazası olmaqla, regionda aparılacaq gələcək tədqiqatlarda geniş istifadə oluna bilər. Kitabdan həm­çinin ali məktəblərin geoloji profilli fakültələrinin bakalavr və magistrantları dərslik kimi faydalana bilərlər.


Kitabın sonunda ingilis dilində verilmiş geniş icmal beynəlxalq geoloji ictimaiyyətin Naxçıvan MR ərazisi­nin yerli stratiqrafik bölgüsü ilə yaxından tanış olmasına və ətraf regionların stratiqrafik bölgüsü ilə uyğunlaş­dı­rılmasına imkan yaradacaqdır.

Azərbaycanın geologiyası, II cild. Neft və qaz. Qeyri-ənənəvi yanacaq-enerji resursları. Palçıq vulkanları. Yer fizikası

Azərbaycanın geologiyası, II cild. Neft və qaz. Qeyri-ənənəvi yanacaq-enerji resursları. Palçıq vulkanları. Yer fizikası

(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Eım” nəşriyyatı, 2015, 372 s.

Azərbaycan dilində ilk dəfə tərtib edilmiş bu monoqrafiyada respublikamızın gör­kəm­li alim və mütəxəssislərinin neft və qaz, palçıq vulkanizmi və yer fizikası sahə­lərin­də mövcud olan çoxillik tədqiqatlarının nəticələri yığcam şəkildə öz əksini tapmışdır.

Monoqrafiyada çöküntütoplanma prosesləri, çöküntü örtüyü süxurlarının və üzvi maddənin quruluşu və təkamülü, karbohidrogen flüidlərinin izotop-geokimyəvi xarak­teristikası, karbohidrogen yığımlarının formalaşma mexanizmi, рalçıq vulkanlarının əmələ gəlməsi, səciyyəvi xüsusiyyətləri, təsnifatı, paylanma qanunauyğunluqları, seys­mikliklə, neft-qazlılıqla əlaqəsi haqqında məlumat verilmişdir.


Azərbaycanın qeyri-ənənəvi yanacaq-enerji xammallarından olan yanar şist və təbii bitumların, həmçinin Cənubi Xəzərdəki qaz-hidratların əmələgəlmə şəraitləri və axtarış perspektivləri nəzərdən keçirilmişdir.


Azərbaycan ərazisində yer qabığının qravitasiya və maqnit sahələri, dərinlik quruluşu, ərazinin seysmikliyi kimi məsələlər işıqlandırılmış, geofiziki sahələrin (qravi­tasiya, geomaqnit, geotermik və radiometrik) tədqiqinin nəticəsi olan ən yeni xəritə və modellər öz əksini tapmışdır.


Kitabdan geologiyanın müxtəlif istiqamətlərinin mütəxəssisləri, həmçinin dokto­rant­lar, ali məktəblərin magistr və bakalavrları, eləcə də ölkəmizin təbii sərvətləri ilə maraqlananlar faydalana bilərlər.

Azərbaycanın geologiyası, III cild. Maqmatizm. Bərk faydalı qazıntılar. Hidrogeologiya. Mühəndisi geologiya

Azərbaycanın geologiyası, III cild. Maqmatizm. Bərk faydalı qazıntılar. Hidrogeologiya. Mühəndisi geologiya

(Baş redaktor: akademik Ak.A.Əlizadə) Bakı, “Elm” nəşriyyatı, 2015, 382 s.

Azərbaycan dilində ilk dəfə tərtib edilmiş bu monoqrafiyada respublikamızın gör­kəm­li alim və mütəxəssislərinin maqmatizm, bərk faydalı qazıntılar, hidrogeologiya və mü­hən­disi geologiya sahələrində mövcud olan çoxillik tədqiqatlarının nəticələri yığcam şəkildə öz əksini tapmışdır.

Monoqrafiyada Azərbaycan Respublikası ərazisində yayılmış maqmatik sü­xur­la­rın maddi tərkibinə və maqmatizmin təkamülü aspektlərinə dair məlumatlar verilmiş, qara, əlvan və nəcib metalların və qeyri-metal faydalı qazıntıların yataqları və təzahür­ləri müasir tələblər səviyyəsində səciyyələndirilmiş, hidrogeoloji tədqiqatların nəticələri əks etdirilmiş və mühəndisi-geoloji şəraitlər qiymətləndirilmişdir.


Kitabdan geologiyanın müxtəlif istiqamətlərinin mütəxəssisləri, istehsalat­da çalı­şan geoloqlar, həmçinin doktorantlar, ali məktəblərin magistr və bakalavrları, eləcə də ölkəmizin təbii sərvətləri ilə maraqlananlar faydalana bilərlər.