Dövlət proqramları
AZƏRBAYCANIN FİLİZ YATAQLARINDA TƏBİƏTƏ ZİYAN VURMADAN METALLARIN ÇIXARILMA TEXNOLOGIYASININ TƏDQİQİ, İŞLƏNMƏSİ VƏ TƏTBİQİNƏ DAİR TƏDBİRLƏR PROQRAMI
Azərbaycan Respublikasının Nazirlər Kabineti
SƏRƏNCAM No. 22s
Baki şəhəri, 23 yanvar 2008-ci il
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. “Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənməsi və tətbiqinə dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
A. Rasi-zadə
Sərəncamı yüklə
CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNİN AZƏRBAYCAN HİSSƏSİNİN KARBOHİDROGEN POTENSİALININ VƏ GEODİNAMİKASININ ÖYRƏNİLMƏSİNƏ DAİR 2007-2014-CÜ İLLƏR ÜÇÜN TƏDBİRLƏR PROQRAMI
Qərar №98
Bakı şəhəri, 18 iyun 2007-ci il
1. “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyatı dövlət təşkilatları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
3. Tədbirlər Proqramının maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsində Azərbaycan Milli Elmlər Akademiyası üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
A. Rasi-zadə
AZƏRBAYCAN RESPUBLIKASINDA NADİR GEOLOJİ OBYEKTLƏRİN QORUNMASI VƏ DAVAMLI İSTİFADƏSİNƏ DAİR 2009-2012-Cİ İLLƏR ÜZRƏ TƏDBİRLƏR PLANI
QƏRAR No. 299s
Baki şəhəri, 22 avqust 2008-ci il
1. “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
A. Rasi-zadə
AZƏRBAYCAN RESPUBLİKASINDA RADON TƏHLÜKƏSININ TƏDİQQİ VƏ AZALDILMASI ÜZRƏ 2014-2018-CI İLLƏR ÜÇÜN TƏDBİRLƏR PROQRAMI
Azərbaycan Respublikası Nazirlər Kabineti
“Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramını”nın təsdiq edilməsi haqqında
SƏRƏNCAM No.236 s
Bakı şəhəri, 31 iyul 2014-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119 -cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Mili Elmlər Akademiyasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
- “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”təsdiq edilsin (əlavə olunur ).
2.Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
3.Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
A. Rasi-zadə