Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

BÖYÜK QAFQAZIN ŞƏRQ SEQMENTİNİN STRATİFORM KOLÇEDAN YATAQLARININ GEOKİMYASI

BÖYÜK QAFQAZIN ŞƏRQ SEQMENTİNİN STRATİFORM KOLÇEDAN YATAQLARININ GEOKİMYASI

(N.Ə.Novruzov) #41 (2016)

Xülasə

Monoqrafiyada Böyük Qafqazın Cənub yamacının kolçedan yataqlarında müəllifin çoxillik geokimyəvi tədqiqatlarının nəticələri işıqlandırılır. Çox böyük miqdarda analitik materialın interpretasiyası əsasında regionda kolçedandaşıyan əyalətin yataqlarının filizlərində, minerallarında və yerləşdirici süxurlarında nadir və nəcib metalların, digər element-qatışıqların paylanma qanunauyğunluqları müəyyən edilmişdir. Aşkarlanmış mineraloji-geokimyəvi zonallıq, indikator nisbətlərin göstəriciləri, komponentlər arasında qarşılıqlı əlaqələr və digər geokimyəvi parametrlər filizlərin formalaşmasının fiziki-kimyəvi şəraitlərinin, filiz maddəsinin mənbəyinin və mineraləmələgəlmənin mürəkkəb prosesində element-qatışıqların davranışının müəyyən edilməsində, regionun Alt-Orta Yura yaşlı çöküntülərində kolçedan yığımlarının axtarışında geokimyəvi indikatorlar qismində istifadə edilmişdir.

Kitab geokimyaçılar, mineraloqlar, geoloqlar və filiz yataqları ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

YERALTI SULARIN KƏŞFİYYATI VƏ İSTİSMAR EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

YERALTI SULARIN KƏŞFİYYATI VƏ İSTİSMAR EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

(A.B.Ələkbərov) #40 (2014)

Xülasə 


Kitabda, Azərbaycan dilində ilk dəfə olaraq yeraltı su yataqlarında axtarış və kəşfiyyat işlərinin aparılması, yeraltı suların istismar ehtiyatlarının qiymətləndirilməsi metodikası şərh olunur. Təbiətdə rast gəlinən müxtəlif növ yeraltı su yataqlarında hidrogeoloji tədqiqatların və ehtiyatların qiymətləndirilməsinin fərqli xüsusiyyətləri, hidrogeoloji terminologiya və hüquqi məsələlər, yeraltı suların keyfiyyət standartları və normativləri, istismar ehtiyatlarının təsnifatı, sanitar-mühafizə zonalarının yaradılması və bir çox digər elmi-nəzəri və praktiki məsələlər kitabda öz əksini tapmışdır.

Kitab hidrogeoloqlar, su təchizatı mütəxəssisləri, ekoloqlar, elmi işçilər, tələbələr üçün nəzərdə tutulmuşdur.

Kitabın üz qabığında Oğuz yeraltı su yatağında 140 l/san fəvvarəli quyunun şəkli verilmişdir
KOLLEKTORLARI DEFORMASİYA OLUNAN DƏRİNDƏ YERLƏŞƏN NEFT VƏ QAZ YATAQLARININ HİDRO-QAZDİNAMİKASI

KOLLEKTORLARI DEFORMASİYA OLUNAN DƏRİNDƏ YERLƏŞƏN NEFT VƏ QAZ YATAQLARININ HİDRO-QAZDİNAMİKASI

(M.T.Abasov, Q.İ.Calalov, T.M.İbrahimov, A.M.Məmmədov, V.S. Məmiyev) #39 (2012)


Xülasə 


Monografiyada bir sıra illər ərzində müəlliflərin kollektorları deformasiya olunan dərində yerləşən neft və qaz yataqlarının işlənilməsinin hidroqazdinami­kasının fundamental tətqiqatlarının nəticələri gətirilmişdir. Deformasiya olunan yataqlara həsr edilmiş elmi-tətqiqatl işlərinin dolğun analizi verilmişdir.

Süzülmə prosesslərinin riyazi modelləşdirilməsi və kollektorların süzülmə-tutum xarakteristikalarının təyini metodikalarının işlənilməsi sahəsində nəzəri və metodiki tətqiqatlar ümumiləşdirilmişdir.

Yataqların süzülmə-tutum parametrlərini kəmiyyət və keyfiyyətcə tətqiq etməyə imkan verən bir sıra hidrodinamik məsələlərin həlləri alınmışdır.

Monografiya neft və qaz yataqlarının işlənilməsi məsələləri ilə məşğul olan elmi və mühəndis-texniki işçilər və həmçinin doktorantlar və tələbələr üçün nəzərdə tutulmuşdur.
KÜR ÇÖKƏKLİYİ GÖLLƏRİNİN EKOHİDROLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN TƏNZİMLƏNMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ

KÜR ÇÖKƏKLİYİ GÖLLƏRİNİN EKOHİDROLOJİ PROBLEMLƏRİ VƏ ONLARIN TƏNZİMLƏNMƏSİNİN ƏSAS PRİNSİPLƏRİ

(V.A.Məmmədov) #38 (2011)

Xülasə 

 

Kitabda Kür çökəkliyi göllərinin antropogen təsirlə dəyişməsi və yaranmış ekocoğ­rafi problemlərin həlli yolları araşdırılır. Hidroloji, hidrokimyəvi və hidro­bioloji yönümlü çoxillik məlumatların təhlili göstərir ki, Kür, Araz və onların qol­larında axımın tənzimlən­məsi ilə göllə­rin təbii rejimi pozulmuşdur. Nəticədə onla­rın miqdarı, sahə və su həcmi azal­mış, minerallaşma və çirklənmə dərəcələri isə artmışdır. Bu dəyişmələrin qanunauy­ğun­luqları və parametrləri göstərilir. Kons­truk­tiv üsullardan istifadə olunaraq regionun böyük göllərinin ekoloji tarazlığının bərpası yolları və ehtiyatlarından səmərəli istifadə imkanları araşdırılır.

Hidrologiya, ekologiya, hidrobiologiya, hidrokimya və hidrotexnika sahəsin­də çalı­şan mütəxəssislər üçün nəzərdə tutulub.