Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

ZƏLZƏLƏLƏRİN AZƏRBAYCANIN PALÇIQ VULKANİZMİNƏ TƏSİRI VƏ BƏZİ PARADOKSLAR

ZƏLZƏLƏLƏRİN AZƏRBAYCANIN PALÇIQ VULKANİZMİNƏ TƏSİRI VƏ BƏZİ PARADOKSLAR

(Ad.A.Əliyev, Ə.Ə.Bayramov) #36 (2008)


Xülasə
 
Məqalədə, son 20 ildə (1987 – 2007) Azərbaycanda baş vermiş zəlzələlər və qeyd olunmuş palçıq vulkanlarının püskürmələri haqda məlumatların müqayisəli analizi verilmişdir. Palçıq vulkanizmi fəaliyyəti ilə sesymik hadisələr arasında, xüsusən də zəlzələ ojaqlarının və vulkanların avtoxton və paravtoxton regional strukturlarda yerləşməsinin əvvəllər müəyyən edilmiş paragenetik əlaqəsi təsdiq olundu. Seysmik gərginliyin palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsinə təsir etməməsi səbəbləri də aşkar edilmişdir.
DEFORMASİYA OLUNAN MƏSAMƏLİ MÜHİTDƏ QAZLI MAYENİN QƏRARLAŞMAMIŞ SÜZÜLMƏSİ MƏSƏLƏSİNİN ƏDƏDİ HƏLLİ

DEFORMASİYA OLUNAN MƏSAMƏLİ MÜHİTDƏ QAZLI MAYENİN QƏRARLAŞMAMIŞ SÜZÜLMƏSİ MƏSƏLƏSİNİN ƏDƏDİ HƏLLİ

(Q.İ.Calalov , A.Ə.Əliyev) #36 (2008)

Xülasə
 
 
Məqalədə deformasiya olunan məsaməli mühitdə qazlı mayenin qərarlaşmamış axınını xarakterizə edən dəyişən əmsallı qeyri-xətti xüsusi törəməli diferensial tənlik­lər sisteminin verilmiş şərtlər daxilində şəbəkə üsulu vasitəsilə həll alqoritmi qurul­muş­dur. Layın keçiricilik və məsaməliyinin təzyiqdən asılı olaraq dəyişməsinin işlə­nilmə göstəricilərinə təsiri araşdırılmışdır.
PALÇIQ PİLPİLƏSİ YATAĞININ QALD-4 HORİZONTUNUN ŞİMAL-ŞƏRQ QANADININ I BLOKU TİMSALINDA SUVURMANIN TƏSİRİNİN DİNAMİKİ ANALİZİ

PALÇIQ PİLPİLƏSİ YATAĞININ QALD-4 HORİZONTUNUN ŞİMAL-ŞƏRQ QANADININ I BLOKU TİMSALINDA SUVURMANIN TƏSİRİNİN DİNAMİKİ ANALİZİ

(S.S.Bəşirov) #36 (2008)

Summary

 

In the given article the dynamic analysis of water influence on example of I block of horizon КаC-4 of the oil field “Palchiq Pilpilyasi” is considered. It is shown that on the basis of the analysis of technological parameters of development intensive water injection has led premature flooding of wells.It is shown that water injection should be conducted not only as reservoir pressure maintenance but it should be also taken into consideration the process of self- organization. Time series of parameters of development has been reconstructed on a monthly time step and interpretation of the received curves is carried out by means of Hurst method. The given method has allowed determining the characteristic periods of influence of water injection on an oil recovery, and also the periods of development caused by processes of self-organization. On the basis of the dynamic analysis of parameters of development there has been determined the expediency of realization of cyclic influence on oil field from the point of view of self-organization process.

DAŞKƏSƏN FİLİZ RAYONUNUN ZƏYLİK YATAĞI ALUNİTLƏRİNİN GENEZİSİNƏ DAİR (İZOTOP TƏDQİQATLARI MƏLUMATLARINA ƏSASƏN)

DAŞKƏSƏN FİLİZ RAYONUNUN ZƏYLİK YATAĞI ALUNİTLƏRİNİN GENEZİSİNƏ DAİR (İZOTOP TƏDQİQATLARI MƏLUMATLARINA ƏSASƏN)

(İ.A.Abdullayev, R.S.Cəfərova, O.C.Bağırbəyova) #36 (2008)

Xülasə
 
Kükürd elementinin izotop analizlərinə əsasən müəyyən edilmişdir ki, filiz maddəsinin (alunitin) mənbəyi onun yerləşdiyi almiünium silikat tərkibli tufogen süxurlardır.
Skarnlaşma zonasından həll edilib çıxarılan, giltorpaq və kalium ilə zənginləşən tufogen süxurlarda gedən metasomatik proseslərin məhsulları Zəylik alunit yatağını əmələ gətirmişdir. Sonuncu mütləq yaşı 141 mln il olmaqla kimerıc vaxtına aid edilir.