Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

GEOLOJİ İŞLƏRİN YERİNƏ YETİRİLMƏSİ ZAMANI KARBOHİDROGEN QAZLARININ İZOTOP TƏRKİBİNİN İNTERPRETASİYASININ MÜXTƏLİF METODLARININ ANALİZİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

GEOLOJİ İŞLƏRİN YERİNƏ YETİRİLMƏSİ ZAMANI KARBOHİDROGEN QAZLARININ İZOTOP TƏRKİBİNİN İNTERPRETASİYASININ MÜXTƏLİF METODLARININ ANALİZİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

(A.V. Poletayev) #33 (2005)

Xülasə
 
 
Yuxarıda qeyd olunduğu kimi, mövjud geoloji metodikalar (izotop tərkibinin sahə, dərinlik və stratiqrafik kəsiliş üzrə dəyişməsi) izotop tərkibini müxtəlif geoloji şəraitdən asılı olaraq interpretasiya etməyə imkan verir. A.Jeyms və M. Şoyel və digərlərinin metodikalarından istifadə etməklə, geokimyəvi metodikalar qazların izotop tərkibini karbohidrogen qazlarının əmələ gəlmə və miqrasiyası proseslərinin öyrənilməsi məqsədilə interpretasiya etməyə imkan verir. İzotop məlumatlarının interpretasiyasına mövcud geokimyəvi yanaşmaları təhlil edərək belə bir nətimcəyə gəlmək olar ki, M. Şoell və A. Jeysonun 1983-cü ildə təklif etdiyi metodika ən universal metodikadır.
BAKI ŞƏHƏRİ ƏRAZİSİNİN VƏ ŞƏHƏR AQLOMERASİYASININ HİDROGEOLOJİ VƏ MÜHƏNDİSİ-GEOLOJİ ŞƏRAİTİNİN PROBLEMLƏRİ

BAKI ŞƏHƏRİ ƏRAZİSİNİN VƏ ŞƏHƏR AQLOMERASİYASININ HİDROGEOLOJİ VƏ MÜHƏNDİSİ-GEOLOJİ ŞƏRAİTİNİN PROBLEMLƏRİ

(Ş.İ.Paşayeva) #33 (2005)

Xülasə
 
 
Məqalədə çoxillik məlumatların analizinə əsaslanaraq, Bakı amfiteatrının hidrogeoloji şəraitin dəyişməsi nəticəsində suffoziya-oturma, binaların zirzəmilərinin su ilə dolması və bünövrələrin zəifləməsi, infeksion xəstəlik mənbələri və s. neqativ halların baş verməsi haqqında məlumat verilir.
ACINOHUR RAYONUNUN MEZOZOY VƏ KAYNOZOY ERALARINDA PALEOCOĞRAFİ İNKİŞAF MƏRHƏLƏLƏRİ HAQQINDA YENİ MƏLUMATLAR

ACINOHUR RAYONUNUN MEZOZOY VƏ KAYNOZOY ERALARINDA PALEOCOĞRAFİ İNKİŞAF MƏRHƏLƏLƏRİ HAQQINDA YENİ MƏLUMATLAR

(Məmmədova S.Ə.) #33 (2005)

Xülasə
 
 
Məqalədə, Acınohur rayonunda aparılmış axtarış-kəşfiyyat, geoloji-geofiziki tədqiqat işlərinin nəticələrinin və “Azərbaycan paleocoğrafi atlası”nda təqdim olunan xəritələrin analizi əsasında, rayonun paleocografi inkişafında beş mərhələ ayrılmışdır.
ABŞERON ARXİPELAQINDA NEFTLİ-QAZLI STRUKTURLARIN PAYLANMA XÜSUSİYYƏTLƏRİ HAQQINDA YENİ MƏLUMATLAR

ABŞERON ARXİPELAQINDA NEFTLİ-QAZLI STRUKTURLARIN PAYLANMA XÜSUSİYYƏTLƏRİ HAQQINDA YENİ MƏLUMATLAR

(E.J.Məmmədov) #33 (2005)


Xülasə
 
 
Məqalədə Cənubi Xəzər çökəkliyinin Abşeron arxipelaqı ərazisində ilkin və son tədqiqatlara istinadən aşkar edilən neftli-qazlı strukturların antiklinal zonalar üzrə yerləşməsi, sahənin geoloji quruluşu, litofasiyal tərkibinin bəzi xüsusiyyətləri araşdırılır.