Gi-nin əsərləri
XƏZƏR DƏNİZİNİN SƏVİYYƏSİNİN QISA MÜDDƏTLİ DƏYİŞMƏLƏRİNİN SEDİMENTASİYA VƏ ORQANİK MADDƏNİN TOPLANMASINDA ROLU (KÜR ÇAYININ DELTASI TİMSALINDA)
(Əliyeva E.H., Hüseynov D.A., Krunenberg S.B., Boyels I., Hoogendoorn R., Babazadə A.D.) #35 (2007)
Xülasə
Xəzər dənizi səviyyəsinin on illər ərzində əmələ gəlmiş qısamüddətli dəyişmələri Kür çayı deltasının morfologiyasında və buradakı çöküntütoplama şəraitində mühüm rol oynayır ki, bu da müəyyən mühitdə kobud və xırda dənəli çöküntü materiallarının paylanması,eləcə də üzvü maddələrin toplanması qanunauyğunluqlarını şərtləndirir.
Dəniz səviyəsinin qalxması daha distal fasiyaların və maksimal miqdarda üzvü maddələrin toplandığı zonaların quruya doğru və əksinə yerdəyişməsi ilə müşayiət olunmasına, dəniz səviyyəsinin enməsi isə üzvü maddələrin azalmasına və daha kobud dənəli çöküntülərin toplanmasına gətirib çıxarır.
BIR DAHA AZƏRBAYCANIN STRATIQRAFIYA KODEKSI HAQQINDA (AZƏRBAYCANIN YURA ÇÖKÜNTÜLƏRİNİN UNİFİKASİYA EDİLMİŞ REGİONAL STRATİQRAFİYA SXEMLƏRİNİN TƏRTİBİ TİMSALINDA)
(V.B.Agayev, R.Q.Babayev) #35 (2007)
Xülasə
Azərbaycanın yura çöküntülərinin yerli stratiqrafiya sxemləri müəyyən struktur-fasial zonaları ücün hazırlanır. Adətən yerli sxemin əsas stratiqrafiya bölgüləri litostratiqrafiya bölgüləridir: seriya, lay dəstəsi, qat və üzvi massivlər.
Stratiqrafiya bölgülərinin regional sxemləri iri regionlar, məs. Azərbaycanın alt, orta və üst Yura çöküntüləri üçün tərtib olunur, paleocoğrafi, paleontoloji və tektonik qurulmalarda əsas sxemlərdir.
Regional stratiqrafiya sxemlərinin əsas bölgüləri horizont və ya regional mərtəbə, yerli (lokal) zona (lona),coğrafi adlı laylar və ya faunalı və floralı laylardır. Azərbaycan ərazisinin geoloji tarixinin təbii mərhələlərini şərh edir və bölgüləri həcmcə BSŞ-nın müvafiq bölgülərinə uyğun gəlir.
QUYU ŞƏBƏKƏSİNİN MÜXTƏLİF SIXLIQLARINDA DAĞ SÜXURLARININ RELAKSASİYASININ LAYIN QAZVERİMİNƏ TƏSİRİ
(S.E.Tağıyeva) #33 (2005)
Xülasə
Tükənmə rejimində işlənilən qaz yataqlarında quyu şəbəkəsinin müxtəlif sıxlıqlarında dağ süxurlarının relaksasiyasının layın qazveriminə təsirinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, quyular şəbəkəsi daha sıx olan halda relaksasiya uğramayan yataqlara nisbətən relaksasiyalı yataqlarda qazverimi həm çox olur və həm də daha sürətlə artır. Eyni zamanda göstərilmişdir ki, relaksasiyalı yataqların işlənmə müddəti süxurları relaksasiyaya uğramayan yataqlarının işlənmə müdəttindən az olur. Özü də, quyular arasında məsəfə çoxaldıqca bu fərq azalır.
QEYRİ XƏTTİ DEFORMASİYAYA UĞRAMIŞ SÜXURLARIN XƏTTİ FİZİKİ-MEXANİKİ XASSƏLƏRİ HAQQINDA
(N.M.Şirinov) #33 (2005)
Xülasə
Qeyri klassik xəttiləşdirilmiş nəzəriyyə əsasında gərginlikli süxurların izotrop yaxınlaşmada xətti fiziki-mexanik xassələrini hesablamaq üçün sadə analitik düsturlar verilmişdir. Bir sıra mantiya ekloqitləri üçün hər tərəfli sıxılma halında konkret nəticələr alınmışdır.