Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

BAKI ARXİPELAQININ XVALIN ÇÖKÜNTƏLƏRİNİN KƏSİLİŞİNDƏ LEPTOCYTHERE PLICATOTUBERCULATA LONASININ AYRILMASI

BAKI ARXİPELAQININ XVALIN ÇÖKÜNTƏLƏRİNİN KƏSİLİŞİNDƏ LEPTOCYTHERE PLICATOTUBERCULATA LONASININ AYRILMASI

(Ü.T.Süleymanov) #33 (2005)

Xülasə
 
 
Bakı arxipelaqı ərazisində Xvalın çöküntələrinin tədqiqatı və tərkibindəki ostrakoda, həmçinin molyuska faunası Xvalın çöküntülərinin yaşının dəqiqləşdiril­məsinə və Leptocythere plicatotuberculata lonasının ayrılmasına imkan yaratmışdır. Ostrakoda faunasının ayrılması əsasında alınmış nəticələr Bakı arxipelaqının Xvalın çöküntülərinin stratiqrafik bölğüsünün əsasını təşkil etmişdir.
NEFT VƏ QAZ YATAQLARININ İŞLƏNMƏ PROSESİ ZAMANI KOLLEKTOR SÜXURLARININ HƏCM XASSƏLƏRİ VƏ GEOFİZİKİ PARAMETRLƏRİNİN DƏYİŞİLMƏSİ

NEFT VƏ QAZ YATAQLARININ İŞLƏNMƏ PROSESİ ZAMANI KOLLEKTOR SÜXURLARININ HƏCM XASSƏLƏRİ VƏ GEOFİZİKİ PARAMETRLƏRİNİN DƏYİŞİLMƏSİ

(R.A.Ramazanov) #33 (2005)

Xülasə
 
 
Məqalədə Bulla-dəniz və Bahar dərin yataqları nümunəsində işlənmə prosesi zamanı həcm xassələri və geofiziki parametrlərin dəyişilməsinin öyrənilməsi və qiymətləndirilməsi tədqiqatlarının nəticələri göstərilmişdir. Kollektor süxurlarının məsamə sıxılma qabiliyyəti nəzərə alınmaqla tədqiqata cəlb olunmuş parametrlərin dəyişilməsinin proqnoz qiymətləndirilməsi nəticələri ilə faktiki məlumatlarının müqayisəsi göstərilmişdir. Araşdırılan yataqlar üzrə geofiziki məlumatlara əsasən alınmış nisbi məsaməliliyin effektiv təzyiqdən asılılığı eksperimental məlumatlarla müqayisə olunmuşdur.
DÜNYA BAZARINDA NEFTİN QİYMƏTİNİN ARTMASI SƏBƏBLƏRİ HAQQINDA

DÜNYA BAZARINDA NEFTİN QİYMƏTİNİN ARTMASI SƏBƏBLƏRİ HAQQINDA

(R.E.Rəhimov) #33 (2005)

Xülasə
 
 
Son bir neçə il ərzində dünya bazarında neftin qiymətinin artması və ona olan tələbatın yüksək olması səbəbindən bu artıma nəzarətin mümkünsüzlüyü müşahidə edilir. Belə vəziyyət dünya iqtisadiyyatının inkişafını ləngidir. Vəziyyətdən çıxmaq üçün və hadisələrin gələcək mümkün inkişafını müəyyən etmək üçün problemin daha dərindən araşdırılması tələb olunur. Bunun üçün hazırki vəziyyətin yaranması səbəbləri, neft ehtiyatlarının məhdudluğu və dünya bazarının neftdən asılılığının gələcək üçün həddən artıq təhlükəli olması nöqteyi-nəzərindən araşdırılmalıdır.
ANOMAL QRAVİTASİYA SAHƏLƏRİNDƏ XƏZƏR DƏNİZİNİN YER QABIĞI DƏRİNLİK YARIQLARININ AYRILMASI

ANOMAL QRAVİTASİYA SAHƏLƏRİNDƏ XƏZƏR DƏNİZİNİN YER QABIĞI DƏRİNLİK YARIQLARININ AYRILMASI

(Y.V. Poletayeva) #33 (2005)


Xülasə
 
 
Məqələdə qravitasiya sahəsi anomaliyalarına görə dərinlik yarıqlarının müəyyən edilməsi metodikasının tətbiq olunmasından bəhs olunur.
Anarılan tədqiqatlar nəticəsində anomaliyaların əsas tipləri üzrə yarıqlar sisteminin paylanmasi sxemləri qurulmuş və bu sxemlər əsasında məlum olan və güman edilən yarıqlar təsdiq edilmiş, müəyyən edilmiş və dəqiqləşdirilmişdir. Bundan başqa əvvəllər məlum olmayan yarıqlar, o cümlədən həlqəvi yariqlar da ayrılmışdir.