Gi-nin əsərləri
KERN NÜMUNƏLƏRİ ÜZRƏ APARILMIŞ EKSPERİMENTAL TƏDQİQAT NƏTİCƏLƏRİNƏ ƏSASƏN KOLLEKTORLARDA DEFORMASİYA PROSESLƏRİNİN ÇOX AKTORLU QİYMƏTLƏNDİRİLMƏSİ
(M.T.Abasov, A.Ə.İmanov, Q.İ.Calalov) #32 (2005)
Xülasə
Məqalədə yüksək termobarik şəraitdə Cənub-Xəzər çökəkliyi neft və qaz çənlərinin kollektor süxurlarının süzülmə-tutum xəssələrinin eksperimental öyrənilməsinin nəticələri verilmişdir.
Məhsuldar layın işlənilmə prosesini modelləşdirən sxem üzrə kollektor süxurlarının məsaməlik və keçiricilik əmsallarına lay təzyiqinin dəyişməsinin təsiri öyrənilmişdir.
DƏRİN YATAQLAR ŞƏRAİTİNDƏ KARBOHİDROGEN SİSTEMLƏRİNİN FAZA ÇEVRİLMƏLƏRİNİN TERMODİNAMİKİ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN EKSPERİMENTAL TƏDQİQİ
(Abasov M.T., Abbasov Z.Y., Fətəliyev V.M., Həmidov N.N.) #32 (2005)
Xülasə
Yüksək təzyiq şəraitində və onun krikondenbardan daha yüksək qiymətlərində çoxkomponentli qazkondensat sistemləri eksperimental tədqiq edilmiş və bu onların faza vəziyyətində ilk dəfə olaraq yeni təzahür aşkar etməyə və retroqrad hadisələri haqqında təsəvvürlərin genişlənməsinə, onların fiziki mahiyyətinin açılmasına imkan vermişdir.
EHTİYATI ÇƏTİN ÇIXARILABİLƏN YATAQLARIN İŞLƏNİLMƏSİ HAQQINDA
(Abasov M.T., Bagirov B.Ə., Nəzərova S.Ə., Salmanov Ə.M.) #32 (2005)
Xülasə
İşdə xüsusi yaradilmiş metodika əsasında Azərbaycanın ehtiyatı çətinçıxarılabilən yataqları ayrılmlş, onların üç qrupda təsnifatı əsaslandırılmış, hər bir qrup üzrə neftverməni proqnozlaşdıran modellər tərtib olunmuş, alınmiş modellərin interpritasiyası verilmiş, neftverməni artıran üsulların tətbiqindən alınan əlavə neft hasilatı hesablanmış, tətbiq olunacaq üsullar əsasında ehtiyatların maksimum və minimum artım səviyyələri müəyyən olunmuşdur.
NEFT YATAĞLARININ İŞLƏNMƏ MUDDƏTİNDƏ KOLLEKTOR-SÜXURLARINUN İSLANMASİ
(M.T.Abasov, R.Y.Əliyarov, Yu.M.Kondruşkin, R.A.Musayev, A.F.Həşimov, V.N.Lunina, R.T.Mustafayev, A.Ə.Adıgözəlova, Ə.Ş.Gasımov) #32 (2005)
Xülasə
Məqalədə mədən-geofiziki məlumatların və xüsusi laboratoriya şəraitində aparılmış eksperimentlərin analizi göstərir ki, Azərbaycanın uzun müddət işlənmədə olan bəzi yataqlarının kollektorlarının müəyyən şəraitdə hidrofoblaşması ola bilər. Bununla bərabər suxur və flyidlərin fiziki-geoloji parametlərinin məlumatlarına əsasən effektiv təyin etmə metodları işlənmişdir, eyni zamanda quyu-elektrometriya məlumatlarından istifadə etmənlə bu göstəricilərin neftlədoyma əmsalının və qalıq neft ehtiyatının dəqiq qiymətləndirilməsi üsulu təklif olunur ki, Azərbaycanın bir sıra yataqlarında sınaqdan keçirilmişdir.