Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNİN (CXÇ) NEFTLİ-QAZLI YATAQLARINDA LAYLARIN PETROFİZİKİ XÜSUSİYYƏTLƏRİNİN VƏ DOYUM XARAKTERİNİN GEOFİZİKİ PARAMETRLƏRƏ TƏSİRİNƏ DAİR

CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNİN (CXÇ) NEFTLİ-QAZLI YATAQLARINDA LAYLARIN PETROFİZİKİ XÜSUSİYYƏTLƏRİNİN VƏ DOYUM XARAKTERİNİN GEOFİZİKİ PARAMETRLƏRƏ TƏSİRİNƏ DAİR

(X.F.Məlikov) #33 (2005)

Xülasə

 
Məqalədə istifadə edilmiş yanaşma kollektorlarda mineraloji qeyri-bircinsl­i­liyin, doyumluluğun və bəzi petrofiziki xassələrin təsirini kəmiyyətcə təyin etməyə imkan verir. Yanaşmanın mahiyyəti geofiziki və geoloji verilənlərin funksional fasiləsiz çevrilmələr vasitəsilə inteqrasiyasına əsaslanır.
AZƏRBAYCANDA PALÇIQ VULKANI BREKÇİYASI SÜXURLARININ MİNERALOGİYASININ ÖYRƏNİLMƏSİNƏ DAİR

AZƏRBAYCANDA PALÇIQ VULKANI BREKÇİYASI SÜXURLARININ MİNERALOGİYASININ ÖYRƏNİLMƏSİNƏ DAİR

(Ə.M. Məhərov) #33 (2005)

Xülasə
 
 
Məqalədə Azərbaycanın palçıq vulkanlarının püskürmə materiallarının litoloji-mineraloji öyrənilməsinə baxılmışdır. Sulfid minerallarına (pirit, markazit və s.) aid məlumatlar araşdırılmışdır. Palçıq vulkanlarında tapılmış müxtəlif formaları geoloji-geokimyəvi xüsüsiyyətləri müəyyənləşdirilmişdir.
VERGİQOYMANI NƏZƏRƏ ALMAQLA ÜÇÜNCÜ NÖVBƏLİ ÜSULLARIN UZUN MÜDDƏT İŞLƏNƏN YATAQLARIN OBYEKTLƏRİ ÜZRƏ SƏMƏRƏLİ TƏTBİQİ

VERGİQOYMANI NƏZƏRƏ ALMAQLA ÜÇÜNCÜ NÖVBƏLİ ÜSULLARIN UZUN MÜDDƏT İŞLƏNƏN YATAQLARIN OBYEKTLƏRİ ÜZRƏ SƏMƏRƏLİ TƏTBİQİ

(S.İ.Quliyev) #33 (2005)

Xülasə
 
 
Məqalədə Neftqazçıxarma müəssisələrində vergiqoyma, onun hazırki vəziyyəti, problemlər və islahatlar, dünya şirkətləri tərəfindən uzun müddət istismarda olan yataqların güzəştli vergiqoymanın tətbiqinin nəticələrinin təhlili aparılmışdır. Dünya təcrübəsini və yerli NQÇ müəssisələrinin xüsusiyyətlərini nəzərə alaraq, uzun müddət istismarda olan və neftin həcmini artıran metodların istifadəsi ilə obyektlər üzrə investisiyaların optimal paylanmasının və vergiqoymanın iqtisadi-riyazi modeli təklif olunmuşdur.
YÜKSƏK TERMOBARİK ŞƏRAİTDƏ SÜXURLARIN KOLLEKTOR XÜSUSİYYƏTLƏRİNİN EKSPERİMENTAL TƏDQİQİNİN MÜASİR VƏZİYYƏTİ

YÜKSƏK TERMOBARİK ŞƏRAİTDƏ SÜXURLARIN KOLLEKTOR XÜSUSİYYƏTLƏRİNİN EKSPERİMENTAL TƏDQİQİNİN MÜASİR VƏZİYYƏTİ

(J.V.Qorşkova) #33 (2005)

Xülasə
 
 
İşdə yüksək termobarik şəraitdə süxurların süzülmə-tutum parametrlərinin laborator-eksperimental təyininin tədqiqi sahəsində mövcud işlərin icmalı gətirilmişdir.
Bu parametrlərin proqnozlaşdırılması-onların neft-qaz yataqlarının işlənilməsində və ehtiyatlarının hesablanmasında istifadəsinin aktuallığını ön plana çəkir.