Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

BÖYÜK QAFQAZIN CƏNUB YAMACININ KOLÇEDAN YATAQLARINDA QATIŞIQ ELEMENTLƏRİN TOPLANMA XÜSUSİYYƏTLƏRİ

BÖYÜK QAFQAZIN CƏNUB YAMACININ KOLÇEDAN YATAQLARINDA QATIŞIQ ELEMENTLƏRİN TOPLANMA XÜSUSİYYƏTLƏRİ

(N.Ə.Novruzov) #36 (2008)

Xülasə

 
Müəyyən edilmişdir ki, regionun kolçedan yataqları filizlərinin nadir xalkofil elementləri konsentrasiya klarklarının ölçüsünə görə iki qrupa bölünür: geniş yayılmış geokimyəvi analoqlarına nisbətən daha böyük konsentrasiya klarkına malik olanlar (Cd, Bi, Se, Te) və bu göstəricinin cüzi ölçüsü ilə səciyyələnən nadir elementlər (In, Tl, Ga, Ge). Damarcıq-möhtəvi filizlərində və sulfidləşməyə məruz qalmış süxurlarda sulfid kütləsində filizəmələgətirən komponentlərə nisbətən qatışıq elementlər daha çox toplanmışdır.
MEZOZOYDA TETİSİN QAFQAZ KONTİNENTAL KƏNARININ AZƏRBAYCAN SEQMENTİNİN GEODİNAMİK TƏKAMÜLÜ

MEZOZOYDA TETİSİN QAFQAZ KONTİNENTAL KƏNARININ AZƏRBAYCAN SEQMENTİNİN GEODİNAMİK TƏKAMÜLÜ

(M.A.Mustafayev) #36 (2008)

Xülasə
 
 
İşdə Mezotetisin Kiçik Qafqaz okean hövzəsinin kontinental kənarlarının mezozoy vulkanik komplekslərinin struktur, petrogeokimyəvi və geodinamik xüsusiyyətlərinə baxılmışdır. Müəyyən olunmuşdur ki, Azərbaycanın kənar-kontinental vulkanizmi və plutonizmi Mezotetisin yaranması və yox olması ərzində erkən yuradan gec təbaşirə kimi təkamül etmişdir. Bu vaxt ərzində müxtəlif formasiyalı və seriyalı vulkanik assosiasiyalar əmələ gəlmiş, onların həcmi və tərkibi isə xeyli dərəcədə sıxılma və gərilmə endogen rejimlərin dinamikası və xarakteri ilə təyin olunmuşdur. Endogen rejimlərin ardıcıl olaraq bir-birilə əvəz olunması strukturəmələgəlmə, petroloji-geodinamik xüsusiyyətlərilə fərqlənən maqmatik süxur assosiasiyalarının və müxtəlif genetik tipli filiz yataqlarının formalaşması ilə ifadə olunmuşdur. Mezozoy maqmatik fəaliyyətdə zonallıq müəyyən edilmişdir. Şimal, Cənub və Mərkəzi olmaqla üç vulkan zonası (qurşağı) ayrılmış və sübut olunmuşdur, onların hər birinin özünəməxsus geodinamik re­jim, maqmatizm və metallogeniya ilə səciyyələnməsi vurğulanmışdır. Ayrılmış vulkanik qurşaqlara mezozoyda okean/kontinent qovuşma zonası olmaqla okean və subokean hövzələri, adalar qövsü, rift strukturları, regional yarılmaları, tikiş və seysmofokal zonaları özündə birləşdirən qərbi-sakit okean tipli fəal kontinental kənarın fraqmenti kimi baxılmışdır. Seysmofokal səth üzərində mezozoy maqmatizminin böyük hissəsi formalaşmış və əsasən adalar qövsü geodinamik şəraitdə baş vermişdir. Məhz ona görə də sonda mezozoy maqmatik komplekslərinin subduksiyaüstü vulkanizmin əlamətləri ilə xarakterizə olunması qənaətinə gəlinmişdir.
SİNERGETİK EFFEKTLİ MƏHLULLARIN KAPİLLYAR SIXIŞDIRMAYA TƏSİRİ

SİNERGETİK EFFEKTLİ MƏHLULLARIN KAPİLLYAR SIXIŞDIRMAYA TƏSİRİ

(R.Ə.Musayev, F.H.Kərimova, Ş.M.Əliyeva) #36 (2008)

Xülasə
 
 
Məqalədə əmtəə və aralıq zavod kimyəvi maddələri əsasında aşkar edilmiş müxtəlif fiziki-kimyəvi xassəli və sinergetik effektli məhlullarının karbohidrogenli mayelərin düz və əks axımlı kapillyar sıxışdırma mexanizminə təsirləri tədqiq edilmişdir. İstifadə olunmuş maddələrin ayrılıqda və onların qarışıq məhlullarının səthi-gərilmə və islanma bucaqları qiymətlərinə məhlul qatılığının təsiri də öyrənilmişdir.
AZƏRBAYCAN ƏRAZİSINDƏ ZƏLZƏLƏLƏRİN MAKSİMUM MAQNİTUD VƏ İNTENSİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.

AZƏRBAYCAN ƏRAZİSINDƏ ZƏLZƏLƏLƏRİN MAKSİMUM MAQNİTUD VƏ İNTENSİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ.

(F.Ə.Qədirov, Q.C.Yetirmişli, A.H.Qədirov) #36 (2008)