Ana Səhifə / Haqqımızda / Gi-nin əsərləri

Gi-nin əsərləri

QAZNEFT QALDIRICISININ TEXNOLOJİ PARAMETRLƏRİNİN HESABLANMA METODİKASİNA DAİR

QAZNEFT QALDIRICISININ TEXNOLOJİ PARAMETRLƏRİNİN HESABLANMA METODİKASİNA DAİR

(M.T.Abasov, Z.Y.Abbasov, A.A.Əl-Salehi) #36 (2008)

Xülasə
 
Məqalədə quyuağzı parametrlərə əsasən fontan üsulu ilə işləyən neft quyusunda quyudibi təzyiqini təyin etmək üçün yeni hesablama üsulu verilmişdir. Burada fazaların nisbi hərəkətini nəzərə alan parametrin təyin olunmasına prinsipcə yeni yanaşmanın istifadə olunması nəticəsində quyuda təzyiqin hesablanma dəqiqliyi nəzərə çarpacaq dərəcədə artmışdır.
QUYULARIN QUYUDİBİ ZONASININ MAYE KARBOHİDROGENLƏRLƏ İŞLƏNİLMƏSİ PROSESİNƏ NİSBİ FAZA KEÇİRİCİLİYİ FUNKSİYALARININ TƏSİRİNİN ARAŞDIRILMASI

QUYULARIN QUYUDİBİ ZONASININ MAYE KARBOHİDROGENLƏRLƏ İŞLƏNİLMƏSİ PROSESİNƏ NİSBİ FAZA KEÇİRİCİLİYİ FUNKSİYALARININ TƏSİRİNİN ARAŞDIRILMASI

(X.A. Feyzullayev) #35 (2007)

Xülasə
 
Müəyyən edilmişdir ki, baş minerallarda və filiz tiplərində element-qarışıqların konsentrasiya və miqdari nisbət göstəriciləri regiondakı kolçedan yataqlarında mineraləmələgəlmə mühitinin fiziki-kimyəvi şəraitlərinin qiymətləndirilməsi üçün geokimyəvi meyar kimi istifadə edilə bilər. Tədqiq olunan yataqların birgə mövcud olan sulfid minerallarında kolçedan-polimetal filizləşməsinin mineraləmələgəlmə temperaturunun qiymətləndirilməsi üçün kadmium geotermometri, mis-pirrotin filizləşməsi üçün isə pirit-pirrotin, pirit-xalkopirit və xalkopirit-pirrotin mineral cütlüklərində kobaltın paylanma əmsalına əsaslanan geotermometrlərdən istifadə edilməsi daha etibarlı nəticələr verir.
CƏNUBİ XƏZƏR HÖVZƏSİNDƏ KARBOHİDROGENLƏRİN SAXLANMA ŞƏRAİTİ

CƏNUBİ XƏZƏR HÖVZƏSİNDƏ KARBOHİDROGENLƏRİN SAXLANMA ŞƏRAİTİ

(Ə.Ə.Feyzullayev, M.F.Tağıyev) #35 (2007)

Xülasə
 
Məqalədə bu günə qədər yerinə yetirilmlş, bu və yaxud digər dərəcədə Cənubi Xəzər hövzəsində (CXH) karbohidrogenlərin (KH) saxlanma şəraitinin xüsusiyyətlərinə həsr edilmiş pərakəndə tədqiqatlar ümumiləşdirilmişdir. KH yığımlarının dağılmasının kəmiyyət və key­fiyyət xarakterini müəyyən edən əsas faktorları mexaniki, fiziki, kimyəvi və biokimyəvi proseslər kompleksi kimi təsnif etmək olar. Bu faktorların  proseslərin hər birinin CXH-də KH-in saxlanmasına təsiri ayrı-ayrılıqda baxılmışdır. Neft yığımlarının ən intensiv dağılması, tekto­nik yarılmalar və palçıq vulkanizminin inkişafı ilə şərtlənən, fəal flüid dinamikası zonalarında qeyd olunur. KH yığımlarında qaz faktorunun dərinlik üzrə artması müəyyən edilərək, yığımla­rının saxlanma dərəcəsinin artdığına dəlalət etdiyi müəyyən edilmişdir. CXH-də güclü deqaza­siya ən çox qalxım və eroziyaya məruz qalmış strukturlar üçün xarakterikdir. Aparılmış tədqi-qatlar CXH-də neftlərin hipergen, həm geokimyəvi, həm də biokimyəvi, dəyişikliklərinin 2 km dərinliyə qədər müşahidə edildiyini iddia etməyə imkan verir. CXH-də neft yataqlarının təqribən 70 %-inin bu və ya digər dərəcədə neftlərin oksidləşməsi və biodeqradasiyası zonasında yerləş­məsi təyin edilmişdir; bunlar əsasən hövzənin cinahında yerləşən yataqlardır. Lay temperaturu­nın səlis metodik qaydalara əsasən ölçmələri və və bu ədədlərin ekstrapolyasiyası müəyyən ehtimal ilə CXH-də maye KH-in mövcudluğunun kritik dərinliyini qiymətləndirməyə imkan vermişdir. Bu səviyyə, temperaturun 175-200°S kritik qiymətinə cavab verən, 11,5-13,5 km dərinlik intervalina uyğun gəlir.
NADİR ELEMENTLƏR – ŞƏRQİ QAFQAZIN KOLÇEDAN YATAQLARI FİLİZLƏRİNİN ƏMƏLƏGƏLMƏSİNİN FİZİKİ-KİMYƏVİ ŞƏRAİTLƏRİNİN GEOKİMYƏVİ MEYARI KİMİ

NADİR ELEMENTLƏR – ŞƏRQİ QAFQAZIN KOLÇEDAN YATAQLARI FİLİZLƏRİNİN ƏMƏLƏGƏLMƏSİNİN FİZİKİ-KİMYƏVİ ŞƏRAİTLƏRİNİN GEOKİMYƏVİ MEYARI KİMİ

(N.Ə.Novruzov) #35 (2007)