Monoqrafiya və kitablar
Problemlər həll edildikcə yeni problemlər meydana çıxır və bu da insan təbiətinin sönməyən tədqiqat marağından irəli gəlir. Problemlər yığıldıqca vaxtaşırı bu problemləri toplamaq, onların məğzini araşdırmaq və bununla elmin gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac duyulur.
Təqdim edilən bu kitabda XX əsrin sonu XXI əsrin əvvəllərində geologiya elmindəki mövcud müasir problemlər nəzərdən keçirilir. Kitabda Yerin əmələgəlməsi, daxili quruluşu, qitələrin yaranması, Yerdəki həyatın mənşəi, Dünya okeanının mənşəi və yaşı, stratiqrafiya, litologiya və paleontologiyanın müasir problemləri, üzvi aləmin qlobal qırılmaları və yeniləşmələri və onların kosmik və ya Yerdəki səbəbləri, geodinamikanın müasir problemləri, dərinlik proseslərinin enerji mənbələri, maqmatik süxurların əsas tiplərinin mənşəi problemi, metamorfizm haqqında təlimin müasir problemləri, dəniz geologiyasının müasir problemləri, mineral xammal kompleksinin müasir ekoloji problemləri və s. nəzərdən keçirilir.
Müəllifin fikrinə görə bu problemlərlə tanışlıq gənc nəslimizin geologiya elminə marağını daha da artırar və bu da son nəticədə ölkəmizin iqtisadi qüdrətinin daha da yüksəlməsinə səbəb olar.
Kitabdan tələbələr, bakalavrlar, magistrlər, doktorantlar, istehsalatda işləyən geoloqlar və elmi işçilər faydalana bilərlər.
PALÇIQ VULKANLARI HAQQINDA NƏ BİLİRİK?
Ad.A. Əliyev, İ.S. Quliyev, Ə.Ə. Feyzullayev) Bakı, 2012, "Qoliaf qroup" QSC, 206 s. (azərbaycan, rus və ingilis dilində)
Palçıq vulkanları təbiətin çox maraqh, unikal və sirli hadisəsi olaraq, dimyanm bir çox ölkəhrində inlişar tapmışdır. Palçıq vıdkanizmi problemi geologiya elminin mühüm tədqiqat istiqamətıdir və vıtlkanların öyrənilməsi, başhca olaraq, yerin dərin qatlarında neft-qaz yığımlarının axtarışı ilə əlaqədardır. Azərbaycanın əräzisi palçıq vulkanizminin inkişaf etdiyi klassik regiondur və heç də təsadüf deyil ki, Azərbaycan palçıq vulkanları diyarı saydtr. Bıırada həm quruda, həm də Xəzərin akvatoriyasmda 300-dən çox müxtəlif növ palçıq vulkanları və iəzahürləri mövcuddur. Onlar Azərbaycan alimləri tərəfindən hərtərəfli öyrənilir və alınan nəticələr monoqrafık elmi əsərlərdə, çoxsayh məqahlərdə öz əksini tapır. Müəlliflərin çapa hazırladığı kitabda Azərbaycanın və digər xarici ölkələrin palçıq vulkanları haqqında sadə dildə məlumat verilir. Məsələn, onların əmələ gəlməsi, səciyyəvi xüsusiyyətləri, təsnifatı, sahəboyu paylanma qanunauyğunluqları, fəaliyyəti, püskürmələri, neft-qaz yalaqları seysmikliklə əlaqəsi və maqmatik vıdkanlarla müqayisə olımaraq, geniş oxııcu kiitiəsi iiçün maraq doğuran bir çox məsəhhr, о cumhdən vulkan palçıqlarının müalicəvi əhəmiyyəti, püskürmə məhsıdlarından istifadəsi, vıdkanların qorunması, onların ekotıırizmə cəlb ohmması və s. açıqlanmışdır. Kitab olduqca aydın və başa düşülən formada yazılıb, palçıq vulkanizminin fundamental və tdcrübi aspektlərinin geniş sahnlnrini lazımınca işıqlandırır. Hesab etmək olar ki, bu əsər oxucıdar tərəfindən maraqla qarşdanacaq.
NEFT HAQQINDA NƏ BİLİRİK?
(İ.S. Quliyev, Ə.Ə. Feyzullayev, M.Ə. Efendiyeva) Bakı, 2012, "Qoliaf qroup" QSC, 286 s. (azərbaycan, rus və ingilis dilində)
Kitabda ümumi şəkildə neftin üzvi maddədən əmələ gəlməsi və karbohidrogenlərə çevrilməsi, onların miqrasiyası və yataqların formalaşmasından tutmuş, axtarış, hasilat, daşınma və emalına, eləcə də dünya birliyinin inkişafındakı rolıma qədər bütün aspektləri təsvir olunur. Azərbaycanın neft sənayesinin tarixinə xüsusi bölmə həsr edilmiş, bu sahədə baş vermis ən mühüm hadisələr haqqında məlumat verilmiş, Azərbaycanın ilk neft sənayeçiləri barədə qısa bioqrafik arayışlar təqdim edilmişdir.
Kitab bu problem ətrafında məlumatı olmayan, yaxud az məlumatı olan geniş oxucu kütləsinə ünvanlanır.
GEOLOGİYA İNSTİTUTU AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN 20 İLİ ƏRZİNDƏ
(Ak.A. Əlizadə) Bakı, Nafta-Press, 2011, 112 səh.
Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra Geologiya İnstitutunun alim-geoloqları əvvəllər mövcud olan beynəlxalq elmi əlaqələri daha sıx şəkildə qoruyub saxlamağa çalışmışlar. Bu isə, şübhəsiz, Azərbaycan geologiya elminin əsas məqsədinə - dünya elm birliyinə inteqrasiyasına cavab verir.