Monoqrafiya və kitablar

Vulkanizm, filizəmələgəlmə və geodinamika
(Z.A. Vəliyev) Bakı: “Zəngəzurda çap evi”, 2019, 288 səh.
Kitabda vulkanik proseslərlə əlaqədar filiz əmələgəlmə problemlərinə və geodinamik inkişaf rejimlərinə baxılır. Müasir vulkanizmin təzahür etmə formaları, maqmatogen yataqların tipləri haqqında məlumatlat araşdırılır. Dəqiq olaraq, vulkanogen yataqlar, onların geoloji-struktur, fiziki-kimyəvi əmələgəlmə şəraitləri, filizəmələgəlmədə metasomatozun roluna baxılır. Ali məktəblərin tələbhələri və gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Akademik Əhəd Yaqubov Azərbaycanda palçıq vulkanizmi elminin banisidir
(Redaktor: akademik Ak.A. Əlizadə) Bakı: “Elm”, 2020, 200 s., ISBN 978-9952-514-55-2

Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı
(T.N.Kəngərli, O.A.Rzayev, Z.İ.Abadzadə) Bakı: “AFPoliqrAF”, 2020, 454 səh., ISBN 9778-9952-475-24-1
Kitab Naxçıvan MR ərazisində uzun illər aparəlan geoloji, geomorfoloji və hidrogeoloji elmi tədqiqatların, geoloji-planalma, geoloji-axtarış və geoloji-kəşfiyyat işlərinin nəticələrini ümumiləşdirilmiş şəkildə əks etdirən, cansız mühitə aid təbiət abidələri (geosaytlar) barədə məlumat verən, həmçinin diyarın geoloji öyrənilməsində böyük əməyi olan peşəkar alim və mütəxəssislərin fəaliyyət yolunu işıqlandıran əsərdir.
Kitab Naxçıvan diyarının geoloji irsi və onun öyrənilmə tarixi ilə maraqlanan mütəxəssislər, orta və ali təhsil müəssisələrinin tələbələri və geniş oxucu kütləsi üçün yığcam və dolğun məlumat bazası üslubunda tərtib edilmişdir.

“Elmin cazibəsi-2” kitabında Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərlinin AMEA Yer Elmləri Bölməsinin alimlərindən aldığı və ölkə mətbuatında dərc etdirdiyi müsahibələri. Elmi məqalələr, dünyanın məşhur simalarının ibrətli mülahizələri və digər materiallar yer alıb. Şübhə etmirik ki, elmin populyarlaşdırılması niyyətilə ərsəyə gətirilmiş bu nəşr hər kəsdə maraq doğuracaq.