Monoqrafiya və kitablar

Ekosistem xidmətləri və hidroenerji: Şərq Tərəfdaşlığı ölkələrinin çay hövzələrində Avropanın pilot alətlərinin tətbiqi
(Vaqif Məmmədov, Elçin Sultanov, Saleh Əliyev, Elnur Səfərov) 2021, Bakı, 52 səh.
Bu məqalə “Ekosistem xidmətləri və hidroenerji: Şərq Tərəfdaşlığı ölkələrinin çay hövzələrində Avropanın pilot alətlərinin tətbiqi”ekosistem və onların xidmətlərinin xəritələşdirilməsi və qiymətləndirilməsi üzrə Avropa təcrübəsinə, xüsusən mövcud ekosistemlər və ekosistem xidmətlərinin tipologiyasına, xəritələşdirmə alətlərinə və qiymətləndirmə metodlarına ümumi bir baxış təqdim edir. Şərq Tərəfdaşlığı ölkələrinin: çay hövzələrinin timsalında, hidroenerjinin təsiri altında ekosistemlərin və onların xidmətlərinin dəyərlərini və zərərlərini təyin etmək üçün, xəritələşdirmə və qiymətləndirmə alətlərinin pilot tədbiqi istifadə edilmişdir. Tövsiyələr hidroenerji proqramları və layihələrinin inteqrasiya təsirini nəzərə almaq üçün Strateji Ekoloji Qiymətləndirmə və Ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurlarında ekosistemlərin və onların xidmətlərinin xəritələşdirilməsi və qiymətləndirilməsinin həyata keçirilməsi üçün idi.
Bu nəşr Avropa Birliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İçindəkilər Beynəlxalq “Eko-TİRAS” Çay Qorumaçıları Birliyinin və ortaqlarının məsuliyyətidir və mütləq Avropa Birliyinin fikirlərini əks etdirməlidir.

Azərbaycan elmi: Gələcəyə baxış. Seçilmiş məruzələr, çıxışlar, məqalələr, müsahibələr. 2 cilddə. I cild
(Əlizadə Ak.A.) Bakı: Elm, 2022, 424 səh. ISBN 978-9952-556-25-4
Kitabda görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin seçilmiş məruzə, çıxış, məqalə və müsahibələri toplanıb. Orijinal dildə təqdim olunan materiallar 2000-2021-ci illəri əhatə edir və Azərbaycan Respublikasında fundamental elmin inkişafının geniş spektrdə aktual və problemli məsələlərinə dair müəllifin mövqeyini hərtərəfli açıqlayır. Uzun illər AMEA-nın aparıcı akademik institutlarından birinə rəhbərlik edən Ak.A.Əlizadənin əvvəlki illərdəki elmi-təşkilati fəaliyyətinin bəzi məqamlarına da toxunulub.

Azərbaycan elmi: Gələcəyə baxış. Seçilmiş məruzələr, çıxışlar, məqalələr, müsahibələr. 2 cilddə. II cild
(Əlizadə Ak.A.) Bakı: Elm, 2022, 328 səh. ISBN 978-9952-556-26-1
Kitabın I cildində görkəmli alim-geoloq və elm təşkilatçısı akademik Akif Əlizadənin 2000-2021-ci illəri əhatə edən elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən seçilmiş məruzə, çıxış və müsahibələri toplanıb.
Oxucuya təqdim olunan kitabın II cildində alimin elmi və elmi-təşkilati fəaliyyətinin müəyyən məqamlarına toxunan jurnal və qəzet məqalələri öz əksini tapıb.

Tətbiqi və nəzəri geologiyanın qısa kursu. I cild
(Elmi redaktor: Akademik Akif A. Əlizadə) Bakı, Nafta-Press, 2022, 223 s.
Kitabda lakonik formada geologiya elminin müxtəlif sahələrini əhatə edən yığcam məlumatlar verilir.
Təqdim olunan kitab dərs vəsaiti qismində, magistrlər, doktorantlar və gənc mütəxəssislər üçün tətbiqi və nəzəri geologiyanın qısa təlimi kimi nəzərdə tutulmuşdur. Kitab həm də sorğu xarakterlidir.