Atlaslar və xəritələr
Mərkəzi Avrasiyanın geoekoloji və palinspastiji litoloji-paleocoğrafi xəritələrinin atlası (2002)
- İcraçı:
Qazaxıstan Respublikası
Rusiya Federasiyası
Çin Xalq Respublikası
Özbəkistan Respublikası
Qırğızıstan Respublikası
Azərbaycan Respublikası
Türkmənistan Respublikası
Tacikistan Respublikası.
- Nəşr olunduğu il: 2002
- Tom:1
İZAHAT VƏRƏQİ
Təqdim olunan nəşr TİS-in bir hissəsidir, o öz növbəsində Mərkəzi Avrasiyanın geoloji və palinspastiji və litoloji –paleocoğrafi xəritələrinin Atlasına əsaslanıb. Bu atlas aşağıda göstərilən 8 ölkənin geoloji idarələri tərəfindən 1997-2007ci illərdə tərtib edilib. Qazaxıstan, Rusiya, Çin, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Azərbaycan.
Azərbaycanın məhsuldar qatının rezervuarlarının atlası (2000)
- İcraçı: AMEA Geologiya İnstitutu.
- Nəşr olunduğu il: 2000
- Tom: 1
İZAHAT VƏRƏQİ
Regionlar üzrə paylanan aşağı Pliosenin məhsuldar qatı (MQ) Azərbaycanın əsas neftqaz yatağıdır. Azərbaycanda çıxan neftin 95%-dən çoxu bu yatağın payına düşür ki, bu da əlverişli rezervuarların mövcudluğunun göstəricisidir. Elmi işçilər MQ qazılan quyuların aktiv zonalarında çoxlu sayda litoloji-mineraloji tədqiqatlar aparıblar.Geologiya İnstitutu Xarici neft kompaniyalar ilə birlikdə bir sıra yüksək keyfiyyətli şlifləri və bəzi çöküntü süxur tiplərinin litoloji petroqrafik xüsusiyyətlərini tədqiq edib. Eyni zamanda rentgennodifraktometdə və elektrik mikroskopunda çoxlu sayda tədqiqatlar aparıblar (gilli mineralların təyini). Bu MQ rezervuarının keyfiyyəti haqqında və onun məkanda xüsusiyyətinin dəyişkənliyi haqqında bizim biliklərimizin kifayət qədər artmasına imkan yaradır.
Azərbaycanın neft-qazlı lay kompleksinin stratiqrafik atlası (1998)
- İcraçı: Geologiya İnstitutu və First Exchange Corporation
- Nəşr olunduğu il: 1998
- Tom:3
İZAHAT VƏRƏQİ
Azərbaycan dünya miqyasında çoxlu neft-qaz yataqları ilə tanınan unikal regiondur. Bu yataqlar Kaynazoy mərhələsinə aiddir. Eyni zamanda Azərbaycanın Kaynazoy çöküntülərinin stratiqrafiyası Cənubi-Xəzər çökəkliyinin qərbi strukturası da daxil olmaqla hələ də yaxşı öyrənilməyib.Bu da öz növbəsində Kaynazoy kompleksinin bu sahəsində neft və qazın tərkibinin qiymətləndirilməsinə öz təsirini göstərir.
Azərbaycanın əsas sərvəti olan neft-qaz məhsuldar qatın müxtəlif regionlarda yayılması nəticəsində müxtəlif stratiqrafik üsullar ilə tədqiq olunur. Onları bir biri ilə tutuşdurmaq çox çətindir. Eyni problemlər Maykop Çokran Diatom və s çöküntülərdə tədqiq olunur.
Azərbaycan neftinin geokimyəvi atlası (1998)
- İcraçı: AMEA Geologiya İnstitutu və First Exchange Corporation
- Nəşr olunduğu il: 1998
- Tom:2
İZAHAT VƏRƏQİ
Hal –hazırda 9 quruda və dənizdə yerləşən neft və qaz sahələrindəki təqribən 80 yataqlar Azərbaycanda identifikasiya olunub və işlənilib. Neft çıxarılması qipsometrik (bir neçə metrdən 6000 m-dək) və stratiqrafik ( Təbaşir-Yuxarı Pliosen) intervallarda aparılır.Neftqazlı horizont üçün yatım dərinliyinin termobarik şəraiti 280-1500 C temperatur göstəricisi və 0,3-80 MPa təzyiqi ilə xarakterizə oluna bilir.