Atlaslar və xəritələr
Azərbaycan mezozoy və kaynozoy çökmə süxurlarının kollektor xüsusiyyətləri Atlası. Hissə 2. Paleogen-Miosen
2006 (ingilis dilində)
Əlavə məlumat üçün institutun rəhbərliyi ilə əlaqə saxlamağınız xahiş olunur
Cənubi-Xəzər hövzəsi pliosenə qədər yatan lay sularının hidrokimyəvi atlası
2009 (ingilis dilində)
Əlavə məlumat üçün institutun rəhbərliyi ilə əlaqə saxlamağınız xahiş olunur
Dünya palçıq vulkanlarının atlası (2015)
Azərbaycan Milli Elmlər Akademiyası
Geologiya və Geofizika İnstitutu
Layihənin rəhbəri, baş redaktor:
akademik Ak.A. Əlizadə
Redaktor:
akademik A.C. İsmayılzadə
Müəlliflər:
Ad.A. Əliyev, İ.S. Quliyev, F.H. Dadashov, R.R. Rəhmanov
İcraçilar:
"Palçıq vulkanizmi" şöbəsninin əməkdaşları:
O.R. Abbasov, A.N. Məmmədova, R.V. Axundov, E.E. Baloğlanov, A.R. Hüseynov, Ə.R. Yaqubov
ISBN 978-9952-437-56-0
© "Nafta-Press" nəşriyyatı, 2015
Alp-Himalay, Sakit okean və Mərkəzi Asiya qırışıqlıq qurşaqlarında yerləşən dünyanın 42 ölkəsinin, Xəzər, Qara və Araliq dənizlərinin dərinsu zonalarının, həmçinin qitələrin passiv kənarlarınln palçıq vulkanlarınln fəaliyyəti təhlil edilib. Onların morfoloqiyası, struktur mövqeyi və püskürmə məhsullarının geokimyası təsvir olunub. Qlobal miqyasda palçıq vulkanizminin 15-20 km və daha çox qalınlıqda, kəsilişdə mütləq paleogen-miosen çöküntülərinin iştirak etdiyi mollas kompleksli kaynozoy çökəkliklərinə xas olan geodinamik şərait və termodinamik proseslərlə əlagəsi əvvəllər elmi nəticələrdə öz təsdiqini tapmışdır. Tədqiq olunan (2500-dən çox) dünya palçıq vulkanları, Azərbaycan timsalında oxşar təsnifat böıgüsünə uyğun olaraq, bir-birilə mənşəyə görə qarşılıqlı ələqəsi olan vulkan və vulkan təzahürlərinə ayrılmışdır.
Litosfer plitlələrin toqquşma (konvergent) hüdudunda, akkresiya prizmaların əmələgəlmə sahələri, dərinsu hövzələri və zəif tektonik gərilmə zonalarında məlum olan palçıq vulkanizmi vilayətləri ilə yanaşı, Makkenzi, Missisipi, Orinoko, Nil, Niger və b. çayların qədim gətirmə konusları ayrılmışdır. Palçıq vulkanlarının əvvəllər müəyyən olunan eosen-miosen və pliosen çöküntülərində karbohidrogen əmələgəlmə zonaları ilə, onların əsasən diapir strukturlarda yerləşməsi və vulkan fəaliyyətinin seysmikliklə paragenetik ələqəsi təsdiq edilmişdir.
MÜNDƏRİCAT
MÜQƏDDİMƏ
PALÇIQ VULKANİZMİ - UNİKAL TƏBİƏT HADİSƏSDİR
PALÇIQ VULKANLARININ ÖYRƏNİLMƏSİNİN TARİXİ İCMALI
ŞƏRTİ İŞARƏLƏR
AZƏRBAYCANIN PALÇIQ VULKANLARI
AZƏRBAYCAN VƏ CƏNUBİ XƏZƏR AKVATORİYASI - DÜNYANIN PALÇIQ VULKANLARININ MAKSİMAL TOPLANDIĞI REGİONDUR
- Palçıq vulkanizminin inkişaf zonalarının səciyyəvi xüsusiyyətləri
- Palçıq vulkanlarının əmələgəlmə şəraiti
- Palçıq vulkanlarının püskürmələri və onların bəzi xüsusiyyətləri
- Palçıq vulkanlarının fəaliyyətinə seysmikliyin təsiri
- Palçıq vulkanlarının fəaliyyəti məhsullarının geokimyası
- Qaz, su. neftlərin izotop səciyyəsi və palçıq vulkanlarının flüidlərinin mənbələri
- Palçıq vulkanizmi və dərin çökçüş çöküntülərin neft-qazlılığının proqnozu
PALÇIQ VULKANLARININ YAYILDIĞI RAYONLAR
Xəzəryanı-Quba rayonu
Şamaxı-Qobustan rayonu
Abşeron rayonu
Aşağı Kür rayonu
Bakı arxipelaqı rayonu
Cənubi Xəzərin dərinsu hissəsi
ƏLAVƏLƏR
Azərbaycan və Cənubi Xəzər akvatoriyasının palçıq vulkanlarının toponimləri
Aerofotoşəkillər
Palçıq vulkanları - Dövlət tərəfindən qorunan tabii abidələr
YUNESKO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilən Lökbatan palçıq vulkanı
1810-2014-cü illərdə qeyd edilmiş palçıq vulkanı püskürmələrinin xronologiyası və səciyyəsi
Vulkan palçığı - tabii müalicəvi preparatdır
XARİCİ ÖLKƏLƏRİN PALÇIQ VULKANLARI
ŞƏRQ YARIMKÜRƏSİ
Kadis kğfəzi, onun İspanya, Mərakeş və Portuqaliya kənarları
Qərbi Aralıq dənizi (Alboran dənizinin İspaniya və Mərakeş kənarları)
Mərkəzi Aralıq dənizi (Kalabriya qövsü)
Şərqi Aralıq dənizi (Yunanıstan, Liviya və Tükiəninsahilyanı kənarları)
İtaliya
Albaniya
Misir
Rumıniya
Qara dəniz
Ukrayna
Rusiya
Gürcüstan
Türkmənistan
İran
Pakistan
Hindistan
Çin
Yaponiya
Myanman
İndoneziya və Papua - Yeni Qvineya
Malayziya, Bruney və Filippin
Yeni Zelandiya
Nigeriya
Cənubi Afrika Respublikası və Namibiya
QƏRB YARIMKÜRƏSİ
Kanada
ABŞ
Meksika
Kosta-Rika və Nikaraqua
Panama
Kolumbiya
Venesuela
Trinidad və Tobaqo
Barbados və Kiçik Antil kənarı
Ekvador
Peru
Antarktida
PALÇIQ VULKANLARININ TƏDQİQATI DAVAM EDİR