Ana Səhifə / Fəaliyyət / Yeni geoloji-geofiziki tədqiqatlar əsasinda Cənubi Xəzər çökəkliyinin hövzə analizi

Avtoreferatlar

Yeni geoloji-geofiziki tədqiqatlar əsasinda Cənubi Xəzər çökəkliyinin hövzə analizi

İddiaçı: Nazim Rəsmi oğlu Abdullayev

İxtisas: 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”

Elm sahəsi: Yer elmləri


Mövzunun aktuallığı və işlənmə dərəcəsi.

Hal-ha­zır­da və ya­xın gə­lə­cək­də Xə­zər re­gio­nu, xü­su­sən də Azər­bay­ca­nın Cə­nu­bi Xə­zər höv­zə­si (CXH) əsas neft və qaz mən­bə­lə­ri he­sab olu­nur. Höv­zə­nin po­ten­sia­lı Ba­kı-Tbi­li­si-Cey­han bo­ru kə­mə­ri, Azə­ri-Çı­raq-Gü­nəş­li, Şah­də­niz ki­mi iri­miq­yas­lı la­yi­hə­lər sa­yə­sin­də re­al­la­şır. Bu­nun­la be­lə, CXH-nin di­na­mik kar­bo­hid­ro­gen sis­te­mi hə­lə də az öy­rə­nil­miş­dir və onun da­ha də­rin­dən öy­rə­nil­mə­si gə­lə­cək­də bö­yük sə­mə­rə­si­ni ve­rə­cək­dir. Bö­yük də­rin­lik­lər­də ya­tan çö­kün­tü­lər əhə­miy­yət­li sir­lə­ri özün­də sax­la­yır. Bu çö­kün­tü­lə­rin neft və qaz tər­ki­bi az öy­rə­nil­miş­dir. CXH höv­zə­si for­ma­laş­ma və tə­ka­mül ta­ri­xi­nə gö­rə son də­rə­cə uni­kal he­sab olu­nur. O, dün­ya­nın çox­say­lı çö­kün­tü höv­zə­lə­ri ara­sın­da xü­su­si yer tu­tur. CXH və ona bi­ti­şik re­gi­on­la­rın təd­qi­qi və dün­ya­nın di­gər höv­zə­lə­ri ilə mü­qa­yi­sə­si höv­zə­lə­rin çö­kün­tü­lər­lə dol­ma­sın­da nü­mu­nə­lə­rin ta­pıl­ma­sı­nın və bu amil­lə­rin da­ğə­mə­lə­gəl­mə pro­se­si və ero­zi­ya ilə əla­qə­si­nin nə qə­dər va­cib ol­du­ğu­nu gös­tə­rir. Qay­da­la­rın is­tis­na­la­rı­nı an­la­maq üçün qay­da­la­rın öz­lə­ri­ni və qa­nu­na­uy­ğun­luq­la­rı­nı ay­dın şə­kil­də ba­şa düş­mək la­zım­dır.

Son üç onil­lik­də Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Neft Şir­kə­ti (ARDNŞ), o cüm­lə­dən Cə­nu­bi Xə­zər höv­zə­si (CXH) ak­va­to­ri­ya­sın­da fəa­liy­yət gös­tə­rən bir çox xa­ri­ci neft şir­kət­lə­ri bö­yük həcm­də fak­ti­ki ma­te­ri­al top­la­ya­raq on­la­rı şərh edib­lər. Yük­sək key­fiy­yət­li 2 öl­çü­lü və 3 öl­çü­lü seys­mik mə­lu­mat­la­rın, ha­be­lə kəş­fiy­yat qaz­ma iş­lə­ri za­ma­nı top­lan­mış mə­lu­mat­la­rın re­gio­nal mə­lu­mat ba­za­sı ya­ra­dı­lıb. Bu, höv­zə­nin tə­ka­mü­lü­nün da­ha ay­dın va­hid şək­li­ni for­ma­laş­dır­ma­ğa im­kan ve­rir. Bu müd­dət ər­zin­də çox­lu təc­rü­bə top­lan­mış, ax­ta­rış-kəş­fiy­yat təc­rü­bə­sin­də ye­ni ya­naş­ma­lar və tex­no­lo­gi­ya­lar tət­biq edil­miş­dir. Höv­zə­nin öy­rə­nil­mə­sin­də (ba­sin analy­sis-höv­zə ana­li­zi) ya­naş­ma­lar­dan bi­ri də qeyd olu­nan­la­ra əsas­la­nan komp­leks ya­naş­ma­dır: seys­mik, seys­mo­lo­ji və geo­lo­ji mə­lu­mat­la­rın ümu­mi­ləş­di­ril­mə­si üz­rə; höv­zə mo­del­ləş­dir­mə­si üz­rə; sis­tem­li tə­fək­kür­dən is­ti­fa­də et­mək­lə möv­cud ədə­biy­ya­tın sin­te­zi və təh­li­li üz­rə. 20 il­dən ar­tıq müd­dət­də Bri­tish Pet­ro­le­um (BP) şir­kə­tin­də ça­lı­şan mü­əl­lif ye­ni seys­mik mə­lu­mat­la­rın ema­lı və in­terp­re­ta­si­ya­sı, elə­cə də on­la­rın CXH üçün bir çox möv­cud seys­mik, ka­ro­taj və kern mə­lu­mat­la­rı ilə əla­qə­si­nə əsas­la­nan bir çox re­gio­nal təd­qi­qat­la­ra rəh­bər­lik et­miş­dir. Mü­əl­lif müx­tə­lif el­mi ins­ti­tut­lar­la bir­lik­də CXH-nin tə­ka­mü­lü ilə bağ­lı təd­qi­qat­lar apar­mış­dır. Mü­əl­lif geo­loq­lar qru­pu ilə bir­lik­də ilk də­fə ola­raq MQ (məh­sul­dar qat) sü­xur­la­rı­nın müt­ləq ya­şı­nı he­sab­la­mış­dır. Bu iş­lə­rin nə­ti­cə­lə­ri mü­əl­li­fin son 10 il­də apar­dı­ğı el­mi araş­dır­ma­la­rın əsa­sı­nı təş­kil edir.


Tə­ka­mül nə­zə­riy­yə­si­nin sin­te­zi­nin həm CXH-nə, həm də dün­ya­nın 1000-dən ar­tıq di­gər çö­kün­tü höv­zə­lə­ri üçün tət­bi­qi höv­zə­lə­rin çö­kün­tü ör­tü­yü­nün for­ma­laş­ma­sı, çö­kün­tü­top­lan­ma­nın in­ki­şa­fı və höv­zə ti­pi­nin və qa­bıq ti­pi­nin mü­əy­yən edil­mə­si qa­nu­na­uy­ğun­luq­la­rı­nı mü­əy­yən et­mə­yə im­kan ve­rir. Xü­su­si­lə, sin­tez əsa­sın­da qu­rul­muş höv­zə tə­ka­mü­lü­nün geo­di­na­mik mo­de­li CXH-nin bə­zi xü­su­siy­yət­lə­ri­ni: höv­zə­nin qey­ri-bə­ra­bər dol­ma­sı­nı, o cüm­lə­dən höv­zə­ni çö­kün­tü­lər­lə dol­du­ran çay sis­tem­lə­rin­də­ki müx­tə­lif­lik­lər; məh­sul­dar qa­tın (MQ), həm­çi­nin yu­xa­rı plio­sen və pleys­to­sen­də top­lan­ma­sı za­ma­nı bu çay sis­tem­lə­rin­dən höv­zə­yə çö­kün­tü ma­te­ria­lı­nın da­xil ol­ma­sı­nın də­yiş­mə­si­ni izah et­mə­yə im­kan ve­rir. Dün­ya­nın di­gər çö­kün­tü höv­zə­lə­ri ilə mü­qa­yi­sə­də CXH-nin ano­ma­li­ya­sı­nın mü­əy­yən edil­mə­si höv­zə ana­li­zi el­mi­nin qar­şı­sın­da du­ran prob­lem­lə­ri an­la­maq üçün son də­rə­cə ak­tu­al mə­sə­lə­dir. CXH-nin neft­qaz­lı­lı­ğı­nın xü­su­si xa­rak­te­ri bu ano­ma­li­ya ilə bir­ba­şa bağ­lı­dır.

 

Təd­qi­qa­tın ob­yek­ti və pred­me­ti.

Təd­qi­qa­tın ob­yek­ti sa­yı­lan CXH höv­zə­si - dün­ya­nın çö­kün­tü höv­zə­lə­ri­nin tə­ka­mül pro­ses­lə­ri­ni an­la­maq üçün uni­kal “la­bo­ra­to­ri­ya”dır. Təd­qi­qa­tın pred­me­ti – CXH-nin və onun neft­qaz­lı­lı­ğı­nın geo­lo­ji tə­ka­mü­lü­dür.

 

İşin məq­sə­d və vəzifələri.


Höv­zə ana­li­zi və höv­zə mo­del­ləş­dir­mə me­to­du ilə mü­əy­yən edil­miş CXH-nin çö­kün­tü ör­tü­yü­nün in­ki­şaf et­mə qa­nu­na­uy­ğun­luq­la­rı­nın mü­əy­yən edil­mə­si ha­be­lə CXH-nin re­gio­nun və dün­ya­nın     di­gər çö­kün­tü höv­zə­lə­ri ilə mü­qa­yi­sə­si on­la­rın məh­sul­dar­lı­ğın­dan, ya­şın­dan və qa­bı­ğın nö­vün­dən ası­lı ola­raq çö­kün­tü höv­zə­lə­ri­nin in­ki­şaf və çök­mə qa­nu­na­uy­ğun­luq­la­rı­nın mü­əy­yən edil­mə­si.


Müa­sir geo­lo­ji-geo­fi­zi­ki mə­lu­mat­lar və müa­sir me­tod­lar əsa­sın­da CXH-də neft-qaz po­ten­sia­lı­nın və kəş­fiy­yat risk­lə­ri­nin proq­noz­laş­dı­rıl­ma­sı.

 

Vəzifələr.

  1. CXH və ona ya­xın höv­zə­lə­rin çö­kün­tü ör­tü­yü­nün tə­ka­mül pro­se­si­nin re­gio­nal seys­mik ya­rıq­lar­dan, izo­pax xə­ri­tə­lər­dən və höv­zə mo­del­ləş­di­ril­mə­sin­dən, o cüm­lə­dən qu­yu­lar üz­rə bi­röl­çü­lü dal­ma əy­ri­lə­ri­nə, tem­pe­ra­tur mə­lu­mat­la­rı və qra­vi­maq­nit mo­del­ləş­di­ril­mə nə­ti­cə­lə­ri­nə əsa­sən öy­rə­nil­mə­si.
  2. Ra­dio­met­rik üsul­la CXH-nin plio­sen məh­sul­dar qa­tı­nın müt­ləq ya­şı­nın he­sab­lan­ma­sı və əv­vəl­lər qə­bul edil­miş yaş mo­de­lin­dən fərq­lə­nən CXH-nin yaş mo­de­li­nin ya­ra­dıl­ma me­to­do­lo­gi­ya­sı.
  3. Bü­tün höv­zə və re­gi­on­lar üz­rə çö­kün­tü­nün miq­da­rı­nın, həc­mi­nin və çök­mə sü­rə­ti­nin qiy­mət­lən­di­ril­mə­si.
  4. Dre­naj sis­tem­lə­ri va­si­tə­si­lə CXH-də çö­kün­tü axı­nı­nın tə­ka­mü­lü­nün təs­vi­ri, kay­no­zoy era­sın­da höv­zə di­var­la­rı­nın de­nu­da­si­ya də­rə­cə­lə­ri­nin öy­rə­nil­mə­si və Xə­zər də­ni­zi­nə axan çay sis­tem­lə­ri­nin mor­fo­lo­gi­ya­sı­nın mü­qa­yi­sə­li təh­li­li. Kay­no­zoy­da ero­zi­ya sü­rət­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­si və CXH-nin ano­mal çö­kün­tü­top­lan­ma­sı­nın iza­hı.
  5. CXH və dün­ya­nın di­gər çö­kün­tü höv­zə­lə­ri­nin çö­kün­tü ör­tü­yü tə­ka­mü­lü­nün mü­qa­yi­sə­si. Höv­zə­lə­rin xü­su­siy­yət­lə­ri, elə­cə də Pa­re­to pay­lan­ma­sı qa­nu­nu­na gö­rə Ye­rin çö­kün­tü qa­bı­ğı­nın həcm­lə­ri ara­sın­da­kı fərq­lə­ri mü­əy­yən et­mək. Geo­lo­ji sis­tem­lər üçün də­rə­cə qa­nu­nu (Po­wer­Law) əhə­miy­yə­ti­nin iza­hı.
  6. Yu­ra­da höv­zə­nin for­ma­laş­ma­sın­dan bu gü­nə qə­dər pli­tə nə­zə­riy­yə­si nöq­te­yi-nə­zə­rin­dən CXH və ya­xın re­gi­on­la­rın tek­to­nik tə­ka­mü­lü­nün təd­qi­qi.

 

Təd­qi­qat me­tod­la­rı və fak­ti­ki ma­te­ri­al.


Bu iş nə­zə­ri və me­to­do­lo­ji xa­rak­ter da­şı­yır.


İş müa­sir geo­lo­ji və geo­fi­zi­ki mə­lu­mat­la­rın nə­zər­dən ke­çi­ril­mə­si­nə və ümu­mi­ləş­di­ril­mə­si­nə, li­tos­fe­rin və CXH-nin çö­kün­tü ör­tü­yü­nün mo­del­ləş­di­ril­mə­si­nin in­teq­ra­si­ya­sı­na, ha­be­lə höv­zə­nin çö­kün­tü­lər­lə dol­ma­sı və on­la­rın de­nu­da­si­ya­sı pro­ses­lə­ri­nin kə­miy­yət­cə qiy­mət­lən­di­ril­mə­si­nə əsas­la­nır.


Həm­çi­nin dün­ya­nın 1000-dən çox əsas çö­kün­tü höv­zə­si­ni əha­tə edən mə­lu­mat ba­za­sı ya­ra­dıl­mış, dərc edil­miş mə­lu­mat­lar əsa­sın­da təd­qiq edil­miş və bu höv­zə­lə­rin hər bi­rin­də ya­ğın­tı­nın miq­da­rı he­sab­lan­mış­dır. Bu ve­ri­lən­lər ba­za­sı Earthbyte və CGG Tel­lus say­tın­dan höv­zə­nin ve­ri­lən­lər ba­za­sı­nı in­teq­ra­si­ya et­mək­lə ya­ra­dıl­mış­dır.


Cə­nu­bi Xə­zər höv­zə­si üz­rə fak­ti­ki ma­te­ria­lın əsa­sı­nı çox­lu say­da seys­mik ho­ri­zont­la­rın, o cüm­lə­dən pro­fil­lər­də olan seys­mik ma­te­ria­lın 20 sa­ni­yə­lik qey­di ilə xə­ri­tə­ləş­di­ril­mə­si təş­kil olun­muş­du. Mü­əl­lif, BP şir­kə­ti­nin geo­loq və geo­fi­zik qru­pu ilə bir­lik­də 2-öl­çü­lü pro­fil­lə­ri və 3-öl­çü­lü seys­mik çə­ki­liş mə­lu­mat­la­rı­nın ge­niş şə­bə­kə­sin­dən is­ti­fa­də edə­rək in­terp­re­ta­si­ya apar­mış­dı. İş­də Mər­kə­zi Asi­ya və Qaf­qaz re­gio­nu üz­rə re­gio­nal mə­lu­mat­lar­dan da (nəşr olun­muş xə­ri­tə­lər və pro­fil­lər) is­ti­fa­də edil­miş­dir.


Di­gər əsas xid­mə­ti CXH və Kür höv­zə­si­nin qu­yu­la­rın­dan əl­də edi­lən mə­lu­mat­lar (tem­pe­ra­tu­run öl­çül­mə­si və stra­tiq­ra­fik ör­tük­lər da­xil ol­maq­la) təş­kil edir.

 

Mü­da­fiəyə çıxarılan əsas müd­dəa­lar.

  1. CXH və ona bi­ti­şik əra­zi­lə­rin for­ma­laş­ma­sı və in­ki­şa­fı­nın ite­ra­tiv di­na­mik mo­de­li.
  2. CXH-də sü­xur­la­rın ya­şı da nə­zə­rə alın­maq­la çö­kün­tü­top­lan­ma pro­ses­lə­ri­nin qa­nu­na­uy­ğun­luq­la­rı.
  3. Dün­ya­nın çö­kün­tü höv­zə­lə­ri­nin, neft-qaz po­ten­sia­lı da da­xil ol­maq­laq­la, sta­tis­tik pa­ra­metr­lə­ri­nin mü­qa­yi­sə­li təh­li­li­nin nə­ti­cə­lə­ri.
  4. Geo­lo­ji risk­lə­rin hər­tə­rəf­li təh­li­li və təs­ni­fa­tı əsa­sın­da CXH-nin neft-qaz po­ten­sia­lı­nın pers­pek­tiv­lə­ri

 

Təd­qi­qatın el­mi ye­ni­liyi.

  1. CXH-nin çö­kün­tü ör­tü­yü­nün or­ta qa­lın­lı­ğı­nın ano­mal qiy­mə­ti ilə dün­ya­da na­dir höv­zə­lər­dən bi­ri ol­ma­sı mü­əy­yən edil­miş­dir. Müx­tə­lif növ höv­zə­lər üçün çök­mə qa­lın­lı­ğı­nın höv­zə­lə­rin sa­hə­sin­dən ası­lı­lı­ğı çı­xa­rıl­mış­dır.
  2. İlk də­fə ola­raq höv­zə­nin müx­tə­lif his­sə­lə­rin­də sü­xur­la­rın or­ta qa­lın­lı­ğın­dan is­ti­fa­də et­mək­lə höv­zə­də­ki çö­kün­tü­lə­rin ef­fek­tiv həc­mi üz­rə çö­kün­tü­top­lan­ma sü­rə­ti he­sab­lan­mış­dır. CXH bor­tu­nun de­nu­da­si­ya me­xa­niz­mi öy­rə­nil­miş və çö­kün­tü­lər­lə yük­lə­nən CXH-nin çay sis­tem­lə­ri­nin hər bi­ri üçün çə­kün­tü­top­lan­ma sü­rə­ti ilə de­nu­da­si­ya sü­rə­ti ara­sın­da əla­qə qu­rul­muş­dur.
  3. CXH-də mü­şa­hi­də olu­nan dal­ma və çö­kün­tü­top­lan­ma xa­rak­te­ri sö­nən ter­mal dal­ma ilə qərq ol­muş oke­an tip­li qa­bıq­da se­di­men­ta­si­ya yük­lən­mə­si pro­se­si­nin nə­ti­cə­si ol­ma­sı gös­tə­ril­miş­dir.
  4. CXH Bö­yük Qaf­qaz höv­zə­si (BQH), Kür höv­zə­si (ha­be­lə Yev­lax-Ağ­ca­bə­di dep­re­si­ya­sı YAD də da­xil ol­maq­la) ki­mi Neo-Te­tis ar­xa qövs sər­hə­di bo­yun­ca əmə­lə gə­lən bir-bi­ri­nə ge­ne­tik ya­xın olan bir ne­çə höv­zə­dən bi­ri ol­ma­sı əsas­lan­dı­rıl­mış­dır. Pli­tə­lər tek­to­ni­ka­sı nə­zə­riy­yə­si ba­xı­mın­dan bu höv­zə­lə­rin tə­ka­mü­lü­nün təs­vi­ri ve­ril­miş­dir.
  5. İlk də­fə ola­raq plio­sen məh­sul­dar qa­tın (MQ) sü­xur­la­rı­nın müt­ləq ya­şı ət­raf­lı su­rət­də öl­çü­lüb və MQ-nin əv­vəl­lər dü­şü­nül­dü­yü ki­mi 6 mil­yon­dan 3,2 mil­yon ilə qə­dər de­yil, 4 mil­yon­dan 2,7 mil­yon ilə qə­dər çök­dü­yü gös­tə­ril­miş­dir.
  6. Kon­so­li­da­si­ya edil­miş qa­bı­ğın qa­lın­lı­ğı ilə CXH-nin çö­kün­tü ör­tü­yü­nün qa­lın­lı­ğı ara­sın­da kor­rel­ya­si­ya olun­muş­dur.
  7. Dün­ya­nın 1000-ə qə­dər neft­qaz­lı höv­zə­si (DNH) üçün dün­ya höv­zə­lə­ri­nin çö­kün­tü ör­tü­yü­nün həcm­lə­ri, çö­kün­tü­lə­rin qa­lın­lı­ğı və bu höv­zə­lər­də kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı­nın həc­mi ara­sın­da ası­lı­lıq he­sab­lan­mış­dır.
  8. Pa­re­to prin­si­pi­nə əsa­sən, dün­ya höv­zə­lə­rin­də və CXH-də qa­lıq eh­ti­yat­la­rı­nın dia­pa­zon­la­rı he­sab­lan­mış­dır.
  9. Mü­əl­lif tə­rə­fin­dən tək­lif olu­nan kəş­fiy­yat risk­lə­ri­nin me­to­do­lo­gi­ya­sı­na uy­ğun ola­raq Cə­nu­bi Xə­zər höv­zə­si­nin 15 neft ya­ta­ğı­nın hər bi­ri üçün geo­lo­ji risk də­rə­cə­lə­ri ve­ril­miş­dir.

 

Təd­qi­qatın prak­ti­ki əhə­miy­yə­ti.


Çö­kün­tü höv­zə­lə­ri­nin mü­əy­yən edil­miş qa­nu­na­uy­ğun­luq­la­rı və xa­rak­te­ris­ti­ka­la­rı ilk də­fə ola­raq CXH da­xil ol­maq­la müx­tə­lif geo­lo­ji tip­li höv­zə­lər ara­sın­da əla­qə­ni an­la­ma­ğa im­kan ve­rir. Bu qa­nu­na­uy­ğun­luq­la­rın kö­mə­yi ilə höv­zə­nin öl­çü­lə­ri­ni mü­əy­yən edən seys­mik mə­lu­mat­lar ol­ma­dıq­da be­lə çö­kün­tü höv­zə­lə­ri­nin öl­çü­lə­ri­ni və mor­fo­lo­gi­ya­sı­nı aş­kar et­mək müm­kün­dür.


CXH-nin yük­lən­mə­si­nin qu­rul­muş ite­ra­tiv mo­del­lə­ri və höv­zə­də plio­sen çö­kün­tü­lə­ri­nin kor­rek­si­ya olun­muş müt­ləq ya­şı li­tos­fe­rin və çö­kün­tü ör­tü­yü­nün xa­rak­te­rik xü­su­siy­yət­lə­ri­ni aş­kar et­mək üçün is­ti­fa­də edi­lə bi­lər. On­lar həm­çi­nin CXH-nin mər­kə­zin­də da­ha də­qiq 3 öl­çü­lü is­ti­lik axı­nı mo­de­li­ni qur­maq üçün is­ti­fa­də edi­lə bi­lər ki, bu da kar­bo­hid­ro­gen­lə­rin əmə­lə gəl­mə­si və miq­ra­si­ya­sı pro­ses­lə­ri­ni     an­la­ma­ğa əsas ve­rir.


Qu­yu mə­lu­mat­la­rı­nın məh­dud ol­du­ğu höv­zə­də, höv­zə­nin tek­to­nik struk­tu­ru­nun və CXH-nin çö­kün­tü ör­tü­yü­nün qey­ri-bə­ra­bər­li­yi­nin təh­li­li­nin nə­ti­cə­lə­rin­dən lay­la­rın möv­cud­lu­ğu­nu və həc­mi­ni proq­noz­laş­dır­maq üçün is­ti­fa­də et­mək olar.

 

Avtoreferatı yüklə