Ana Səhifə / Fəaliyyət / Böyük Qafqazın cənub yamacının Duruca zonasının qara şistlərinin filizliliyinin geokimyəvi modeli və proqnoz-axtariş kriteriləri

Avtoreferatlar

Böyük Qafqazın cənub yamacının Duruca zonasının qara şistlərinin filizliliyinin geokimyəvi modeli və proqnoz-axtariş kriteriləri

İddiaçı: Tellər Süleyman qızı Qədirova

İxtisas: 2503.01 – Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları

Elm sahəsi: Yer elmləri


Möv­zu­nun ak­tu­al­lı­ğı və iş­lən­mə də­rə­cə­si.


Kim­yə­vi ele­ment­lə­rin ge­niş spekt­ri ilə sə­ciy­yə­lə­nən qa­ra şist­lə­rin nə­cib, əl­van, ra­di­o­ak­tiv me­tal­la­rı, həm­çi­nin na­dir və na­dir tor­paq ele­ment­lə­ri­ni top­la­ma po­ten­sia­lı­nın araş­dı­rıl­ma­sı on­la­rın ye­ni, qey­ri-ənə­nə­vi eh­ti­yat­la­rı­nın aş­kar edil­mə­sin­də mü­hüm rol oy­na­yır.


Dün­ya­nın bir sı­ra re­gi­on­la­rın­da qeyd olu­nan ele­ment­lə­rin qa­ra şist­lər içə­ri­sin­də yer­ləş­miş və zən­gin eh­ti­yat­la­ra ma­lik olan ya­taq­la­rı aş­kar edil­miş­dir. Bu ba­xım­dan Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cı­nın qa­ra şist for­ma­si­ya­sı­nın or­ta yu­ra yaş­lı sü­xur­la­rı­nın ge­niş ya­yıl­dı­ğı və apa­rıl­mış ax­ta­rış iş­lə­ri nə­ti­cə­sin­də qı­zıl, mo­lib­den və bir sı­ra di­gər me­tal­la­rın yük­sək kon­sent­ra­si­ya­la­rı­nın qeyd edil­di­yi Du­ru­ca struk­tur-for­ma­si­ya zo­na­sı diq­qə­ti xü­su­si­lə cəlb edir.


Təd­qi­qat zo­na­sı­nın fi­liz və qey­ri-fi­liz mi­ne­ral­la­rı­nın qa­tı­şıq ele­ment­lə­ri­nin rast­gəl­mə for­ma­la­rı­nın araş­dı­rıl­ma­sı, fi­liz­lə­rin əmə­lə­gəl­mə şə­rai­ti­nin öy­rə­nil­mə­si, fi­liz­top­lan­ma­ya tə­sir edən fak­tor­la­rın mü­əy­yən­ləş­di­ril­mə­si, zo­na­nın sul­fid­lə­rin­də kü­kür­dün izo­top tər­ki­bi­nin ana­li­zi­nə əsa­sən fi­liz mən­bə­lə­ri­nin araş­dı­rıl­ma­sı, sü­xur­lar­da baş kom­po­nent­lə­rin ano­mal sa­hə­lə­ri­nin aş­kar edil­mə­si xü­su­si əhə­miy­yət kəsb edir.

 

Təd­qi­qa­tın ob­yek­ti və pred­me­ti.


Təd­qi­qat ob­yek­ti olan Du­ru­ca struk­tur-for­ma­si­ya zo­na­sı uzan­ma is­ti­qa­mə­ti bo­yun­ca şi­mal­dan Za­qa­ta­la-Qov­dağ zo­na­sın­dan Qay­nar qı­rıl­ma­sı ilə, cə­nub­dan isə Vən­dam zo­na­sın­dan Zən­gi qı­rıl­ma­sı ilə ay­rı­lır. Çox­say­lı müx­tə­lif öl­çü­lü eni­nə is­ti­qa­mət­li qı­rıl­ma­lar və qı­rıl­ma­la­rın ay­rı-ay­rı şa­xə­lə­ri ara­sın­da yer­lə­şən sü­xur­lar in­ten­siv şə­kil­də dis­lo­ka­si­ya­ya uğ­ra­mış, güc­lü di­na­mo­me­ta­mor­fiz­mə və şist­ləş­mə­yə mə­ruz qal­mış, qra­fit­ləş­mə, xlo­rit­ləş­mə və li­mo­nit­ləş­mə ki­mi hid­ro­ter­mal də­yi­şil­mə­lə­rə  uğ­ra­mış­dır.

 

Zo­na­nın gil qa­tı­nın kə­si­li­şin­də mü­əy­yən stra­tiq­ra­fik möv­qe    tu­tan, qum­lu-si­de­rit, gil­li-si­de­rit, pi­rit-si­de­rit və əsa­sən pi­rit tər­kib­li konk­re­si­ya­lar və çox­say­lı be­lə konk­re­si­ya­lar sax­la­yan sü­xur tə­bə­qə­lə­ri mü­hüm rol oy­na­yır. Təd­qi­qat­lar kim­yə­vi ele­ment­lə­rin ax­ta­rı­şı­nın pers­pek­tiv­li­li­yi ba­xı­mın­dan da­ha ma­raq­lı or­ta yu­ra­nın alt- və üst aalen yaş­lı as­pid və ter­ri­gen-fli­şo­id for­ma­si­ya­la­rı­nın çö­kün­tü­lə­rin­dən iba­rət olan fi­liz­ləş­mə sa­hə­lə­rin­də - Lə­kit-Qum, Qı­zıl­qa­ya, Ağ­lıq-Fil­-Fil­fil­li və Qa­la­cıq hə­ya­ta ke­çi­ril­miş­dir.

 

Təd­qi­qa­tın məq­səd və və­zi­fə­lə­ri.


İşin ümu­mi məq­sə­di Du­ru­ca struk­tur-for­ma­si­ya zo­na­sı­nın qa­ra şist­lə­rin­də nə­cib, əl­van, ra­di­o­ak­tiv me­tal­la­rın, na­dir və na­dir tor­paq ele­ment­lə­ri­nin pay­lan­ma və top­lan­ma xü­su­siy­yət­lə­ri­nin, on­la­rın rast­gəl­mə for­ma­la­rı­nın təd­qi­qi və giz­li fi­liz­ləş­mə­nin proq­noz-ax­ta­rış kri­te­ri­lə­ri­nin iş­lə­nil­mə­si­dir.


Təd­qi­qat işi­nin əsas və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar­dır:

  1. Du­ru­ca zo­na­sı­nın ter­ri­gen-çök­mə komp­lek­si­nin mad­di tər­ki­bi­nin öy­rə­nil­mə­si;
  2. Fi­liz­lə­rin teks­tur-struk­tur xü­su­siy­yət­lə­ri­nin və mi­ne­ral tər­ki­bi­nin təd­qi­qi;
  3. Re­gio­nun fi­liz və sü­xur­la­rı­nın geo­kim­yə­vi xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si;
  4. Fi­liz- və sü­xu­rə­mə­lə­gə­ti­rən mi­ne­ral­lar­da qa­tı­şıq ele­ment­lə­rin rast­gəl­mə for­ma­la­rı­nın araş­dı­rıl­ma­sı;
  5. Re­gi­on­da fi­liz­top­lan­ma­ya tə­sir edən amil­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si;
  6. Fi­liz mad­də­si­nin mən­bə­yi­nin araş­dı­rıl­ma­sı;
  7. Du­ru­ca zo­na­sı­nın qa­ra şist­lə­rin­də nə­cib, əl­van me­tal­la­rın, na­dir, ra­di­o­ak­tiv və na­dir tor­paq ele­ment­lə­ri­nin pay­lan­ma­sı­nı əks et­di­rən ri­ya­zi-sta­tis­tik və geo­kim­yə­vi mo­del­lə­rin tər­ti­bi;
  8. Təd­qi­qat ob­yek­tin­də geo­kim­yə­vi ano­mal sa­hə­lə­rin ay­rıl­ma­sı və giz­li fi­liz­ləş­mə­nin sə­mə­rə­li geo­kim­yə­vi-mi­ne­ra­lo­ji proq­noz-ax­ta­rış kri­te­ri­lə­ri­nin iş­lə­nil­mə­si.

 

Təd­qi­qat me­tod­la­rı.


Dis­ser­ta­si­ya işin­də mü­əl­lif tə­rə­fin­dən gö­tü­rül­müş 1200-dən çox fi­liz, mi­ne­ral və sü­xur nü­mu­nə­si­nin ana­liz­lə­ri­nin nə­ti­cə­lə­ri emal edil­miş­dir. Fi­liz və sü­xur nü­mu­nə­lə­ri rent­gen-flüo­res­sent, emis­si­on spekt­ral, mass-spekt­ro­met­rik, atom-ab­sorb­si­ya, İQ-spekt­ro­met­rik, lo­kal la­zer, pi­ro­liz, ter­mo­liz, ri­ya­zi sta­tis­ti­ka ki­mi müx­tə­lif me­tod­lar­la ana­liz olun­muş­dur. Nü­mu­nə­lər­də qı­zıl, gü­müş, mis və sin­kin tək­rar tə­yin edil­mə­si məq­sə­di­lə “Per­kin El­mer” ato­mik ab­sorb­si­on spekt­ro­met­rin­dən, di­gər ele­ment­lə­rin tə­yi­nin­də isə Agi­lent fir­ma­sı­nın is­teh­sa­lı olan rent­gen-flüo­res­sent mass-spekt­ro­met­rin­dən is­ti­fa­də edil­miş­dir.


Pet­ro­kim­yə­vi mə­lu­mat­lar təh­lil edi­lər­kən müx­tə­lif pet­ro­kim­yə­vi mo­dul­lar­dan, çök­mə sü­xur­la­rın öy­rə­nil­mə­si üçün nə­zər­də tu­tul­muş gös­tə­ri­ci­lər­dən, se­di­men­ta­si­ya höv­zə­si­nə gə­ti­ri­lən sü­xur ma­te­ri­al­la­rı­nın mən­bə və mən­şə­lə­ri­nin araş­dı­rıl­ma­sı üçün P.B.Ro­sen, R.J.Kor­şun, M.P.Bax­ti­nin, С.Mey­nar­dın di­aq­ram­la­rın­dan is­ti­fa­də edil­miş­dir. Sü­xur­la­rın pet­roq­ra­fik və fi­liz­lə­rin mi­ne­ra­lo­ji xü­su­siy­yət­lə­ri 250 şlif və 200 anş­lif  üzə­rin­də uy­ğun ola­raq ke­çən və əks olu­nan şüa­lar­da “Carl Ze­iss”, “MİN-9” və “MİN-8” mar­ka­lı mik­ros­kop­lar va­si­tə­si­lə təd­qiq edil­miş­dir.


MBS-1 mar­ka­lı bi­no­kul­yar mik­ros­kop al­tın­da fi­liz və sü­xur­lar­dan 50-dən çox mo­no­mi­ne­ral nü­mu­nə­lər ay­rıl­mış və “PI­CO­FOX” mar­ka­lı ana­li­za­tor­da on­la­rın ele­ment-qa­rı­şıq­la­rı­nın ana­li­zi rent­gen-flüo­res­sent üsu­lu ilə ye­ri­nə ye­ti­ril­miş­dir.


“SEM” mar­ka­lı elekt­ron mik­ros­ko­pun­da şlif və anş­lif­lər­də fi­liz və qey­ri-fi­liz mi­ne­ral­la­rı­nın 140 ədəd mo­no­mi­ne­ral də­nə­si­nin sət­hi öl­çü­lə­ri mü­əy­yən edil­miş, on­la­rın mor­fo­lo­ji xü­su­siy­yət­lə­ri öy­rə­nil­miş­dir. 130 nü­mu­nə­də mi­ne­ral­la­rın də­qiq di­aq­nos­ti­ka­sı on­la­rın rent­gen-dif­rak­to­met­rik ana­liz­lə­ri­nin nə­ti­cə­lə­ri əsa­sın­da ye­ri­nə ye­ti­ril­miş­dir.


60 ədəd nü­mu­nə­nin tər­ki­bin­də üz­vi mad­də­nin miq­da­rı ter­mo­liz və pi­ro­liz va­si­tə­si­lə öy­rə­nil­miş, 30 ədəd nü­mu­nə­dən ekst­rak­si­ya olu­na­raq ay­rıl­mış üz­vi mad­də­nin ele­ment tər­ki­bi yük­sək həs­sas­lıq­la        ar­qon plaz­ma­sı ilə in­duk­tiv bağ­la­nan İCP-MS  (Ne­xİ­ON 300D) mass-spekt­ro­met­rin­də mü­əy­yən edil­miş­dir. 30 ədəd nü­mu­nə­nin na­no­his­sə­cik­lə­ri­nin öl­çü­sü “HO­Rİ­BA SZ-100” ci­ha­zın­da tə­yin edil­miş, öl­çü­lə­ri­nə gö­rə çe­şid­lən­miş nü­mu­nə­lə­rin ye­ni­dən mass-spekt­ro­metr­də ana­li­zi apa­rıl­mış­dır. Sul­fid­lə­rin tər­ki­bin­də­ki kü­kür­dün izo­top ana­li­zi lo­kal la­zer me­to­du ilə Qaf­qaz Mi­ne­ral Xam­mal İns­ti­tu­tun­da (Gür­cüs­tan) ye­ri­nə ye­ti­ril­miş­dir..


Alın­mış ana­li­tik mə­lu­mat­la­rın “Statg­raph-18”, “Sta­tis­ti­ca-10” kom­pü­ter proq­ram­la­rın­dan is­ti­fa­də et­mək­lə ri­ya­zi-sta­tis­tik təh­li­li apa­rıl­mış və nəticələr mo­del­ləş­di­ril­miş­dir. Apa­rıl­mış təd­qi­qat­lar nə­ti­cə­sin­də əl­də olun­muş yük­sək kon­sent­ra­si­ya­lar­la sə­ciy­yə­lə­nən ele­ment­lə­rin “Arc GİS” kom­pü­ter proq­ra­mı va­si­tə­si­lə fi­liz­ləş­mə sa­hə­lə­ri üz­rə pay­lan­ma mo­del­lə­ri tər­tib olun­muş və geo­kim­yə­vi ano­mal zo­na­lar ay­rıl­mış­dır.

 

Mü­da­fiə­yə çı­xa­rı­lan əsas müd­dəa­lar:

  1. Du­ru­ca struk­tur-for­ma­si­ya zo­na­sın­da teks­tur-struk­tur tip­lə­ri­nin zən­gin­li­yi ilə sə­ciy­yə­lə­nən sul­fid fi­liz­lə­ri­nin sin­ge­ne­tik və epi­ge­ne­tik pro­ses­lər­lə əla­qə­dar ola­raq iki mi­ne­ral­laş­ma eta­pın­da ya­ran­ma­sı;
  2. Fi­liz­lə­rin for­ma­laş­ma­sın­da re­gio­nun ter­ri­gen-çök­mə komp­lek­si­nin mi­ne­ra­lo­ji xü­su­siy­yət­lə­ri­nin, üz­vi mad­də­nin miq­da­rı­nın, ümum­qaf­qaz və eni­nə is­ti­qa­mət­li qı­rıl­ma­la­rın mü­hüm ro­lu;
  3. Kim­yə­vi ele­ment­lə­rin fi­liz­ləş­mə sa­hə­lə­rin­də pay­lan­ma və top­lan­ma­sı­nı əks et­di­rən mo­del­lər, bu mo­del­lə­rə əsa­sən nə­cib, əl­van, ra­di­o­ak­tiv me­tal­la­rın, na­dir və na­dir tor­paq ele­ment­lə­ri­nin ax­ta­rı­şı üçün ay­rıl­mış ano­mal sa­hə­lər və giz­li fi­liz­ləş­mə­nin geo­kim­yə­vi-mi­ne­ra­lo­ji proq­noz-ax­ta­rış kri­te­ri­lə­ri.


Təd­qi­qa­tın el­mi ye­ni­lik­lə­ri:

  1. İlk də­fə Du­ru­ca struk­tur-for­ma­si­ya zo­na­sı­nın sü­xur­la­rın­da na­dir, na­dir tor­paq ele­ment­lə­ri­nin pay­lan­ma­sı öy­rə­nil­miş, fi­liz və qey­ri-fi­liz mi­ne­ral­la­rın­da qa­tı­şıq ele­ment­lə­ri­n rast­gəl­mə for­ma­la­rı mü­əy­yən edil­miş­dir.
  2. Təd­qi­qat zo­na­sın­da aş­kar olun­muş mi­ne­ral-kon­sent­ra­tor­la­rın və on­lar­da qa­tı­şıq ele­ment­lə­rin pay­lan­ma xü­su­siy­yət­lə­ri­nə go­rə şi­mal-qərb­dən cə­nub-şər­qə doğ­ru mi­ne­ra­lo­ji-geo­kim­yə­vi zo­nal­lıq aş­kar edil­miş­dir.
  3. Fi­liz mad­də­si­nin mən­bə­yi­ni araş­dır­maq üçün ilk də­fə sul­fid­lə­rin tər­ki­bin­də­ki kü­kür­dün izo­top ana­li­zi apa­rıl­mış, fi­liz­ləş­mə­nin bio­gen və man­ti­ya mən­şə­li ol­ma­sı mü­əy­yən­ləş­di­ril­miş­dir.
  4. Du­ru­ca struk­tur-for­ma­si­ya zo­na­sın­da nə­cib, na­dir, na­dir tor­paq, ra­di­o­ak­tiv ele­ment­lə­rin ano­mal zo­na­la­rı ay­rıl­mış, on­la­rın geo­kim­yə­vi, ri­ya­zi-sta­tis­tik mo­del­lə­ri tər­tib olun­muş, giz­li fi­liz­ləş­mə­nin proq­noz-ax­ta­rış kri­te­ri­lə­ri iş­lə­nib ha­zır­lan­mış, qeyd olu­nan ele­ment­lə­rin ax­ta­rı­şı və kəş­fiy­ya­tı üçün pers­pek­tiv­li sa­hə­lər tək­lif edil­miş­dir.

 

Təd­qi­qa­tın nə­zə­ri və prak­ti­ki əhə­miy­yə­ti.


Du­ru­ca zo­na­sı­nın sul­fid fi­liz­lə­ri­nin və on­la­rın yerləşdiyi qa­ra şist qa­tı­nın sü­xur­la­rı­nın mi­ne­ra­lo­ji-geo­kim­yə­vi xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si, fi­liz­top­lan­ma­ya tə­sir edən fak­tor­la­rın mü­əy­yən­ləş­di­ril­mə­si, fi­liz mad­də­si­nin mən­bə­lə­ri­nin araş­dı­rıl­ma­sı mü­hüm el­mi əhə­miy­yət kəsb edir. 


Nə­cib, əl­van, ra­di­o­ak­tiv me­tal­la­rın, həm­çi­nin na­dir və na­dir tor­paq ele­ment­lə­ri­nin ax­ta­rı­şı üçün perspek­tiv­li sa­hə­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si, giz­li fi­liz­ləş­mə­nin aş­kar edil­mə­si və proq­noz-ax­ta­rış kri­te­ri­lə­rin təq­dim olun­ma­sı mü­hüm prak­ti­ki əhə­miy­yə­tə ma­lik­dir.

 

Avtoreferatı yüklə