Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
ETN Geologiya və Geofizika İnstitutu Elmi Şurasının növbəti iclası reallaşıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, elmi-tədqiqat işlərində müştərək rol oynayan elmi qurumların nümayəndələri, GGİ Elmi şurasının üzvləri ilə yanaşı şöbə rəhbərləri, doktorant və dissertantlar, magistr və magistrantlar iştirak ediblər.
İclası giriş sözü ilə açan baş direktor akademik Akif Əlizadə elmi-təşkilati məsələlərin üstünlük təşkil etdiyi gündəliyi səsə qoyub. Gündəliyin təsdiqindən sonra 2025-ci ildə tamamlanmış ETİ üzrə hesabatların müzakirəsi dinlənilib. AMEA müxbir üzvü Çingiz Əliyev, texnika elmləri doktoru, professor Fuad Hacizadənin, Yusif Əhədinin “İşğaldan azad edilmiş ərazilərə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” (2023-2025) mövzusu üzrə çıxışları geniş maraq doğurub, bu işlə bağlı çoxsaylı suallar cavablandırılıb və təkliflər irəli sürülüb.
F.-r.e.d. Qalina Martınovanın “Dünya müalicəvi neftlərinin geokimyəvi xüsusiyyətlərinin müqayisəli təhlili (biomarkerlər və adamantoidlər)” (2024–2025)), g.-m.e.n. Rauf Kərimovun “Böyük Qafqazın cənub yamacının kolliziya maqmatizmi və onun filizliliyi” (2023–2025), g.-m.e.n. Şahvələd Köçərlinin “1970-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi. II hissə (1981-2020)” mövzularında təqdimatları da maraqla qarşılanıb, suallara aydınlıq gətirilib.
Y.e.e.d. Qulam Babayev Geologiya və Geofizika İnstitutunun redaksiya-nəşriyyat fəaliyyəti haqqındav“ANAS Transactions, Earth Sciences”; “Stratiqrafiya, neft sedimentologiyası, geokimya”jurnallarının faydalılıq əmsalı barədə geniş təhlil təqdim edib. Alim GGİ nəzdində hazırlanıb çap edilən jurnalların dünyanın çoxsaylı elmi nəşrləri arasında qənaətbəxş mövqeyini xatırlatsa da, alimlərimizin müəllif kimi bir az daha fəal olmalarının vacibliyini dilə gətirib.
“Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin fəaliyyəti haqqında şöbənin rəhbəri Nazim Sadıqovun məmnunluq ifadə olunan çıxışı, İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun yeni yaradılmış “İzotop-geokimyəvi tədqiqatlar” laboratoriyasında mövcud fəaliyyət barədə çıxışları maraqla dinlənilib. D.Hüseynov diqqətə çatdırıb ki, yeni laboratoriya orijinal avadanlıqlarla təchiz edilib, texniki təminat yüksək səviyyədədir, sınaq təcrübələrı yaxşı nəticələr qazanmağa ümid verir, lakin avadanlıqlarda ən xırda detalların çatışmazlığı laboratoriyanın tam gücü ilə işləməsini ləngidə bilər. Amma potensialımıza söykənərək qətiyyələ demək olar ki, laboratoriyamızda aparılacaq kompleks tədqiqatlarımızdan yüksək nəticələr gözləyirik.
Elmi şura iclası gündəliyə uyğun olaraq Geologiya və Geofizika İnstitutunun doktorant və dissertantlarının attestasiyasının yekunları haqqında y.e.f.d. Səadət Ələkbərovanın, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti barədə Şuranın sədri, kiçik elmi işçi Emin Quliyevin çıxışları, həmçinin digər müxtəlif məsələlərlə davam etdirilib.
Sonda Elmi şura iclasının sədri akademik Akif Əlizadə yekun sözü söyləyib, kollektivə yeni uğurlar arzulayıb.