Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Dec 2025 İclaslar İclaslar

PREZİDENT İLHAM ƏLİYEVİN AMEA-nın YUBİLEY YIĞINCAĞINDAKI NİTQİNDƏN İRƏLİ GƏLƏRƏK YER ELMLƏRİ BÖLMƏSİNİN QARŞISINDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB

AMEA-nın Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.


AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev iclas iştirakçılarını salamlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn vəzifələr, Yer Elmləri Bölməsinin və bölmənin əhatə etdiyi elmi müəssisələrin gələcək fəaliyyəti ilə bağlı məsələlər barədə danışıb, yubiley münasibətilə və Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevi və professor Adil Əliyevi, “Şöhrət” ordeni ilə təltif edilmiş akademik Əkpər Feyzullayevi bölmənin üzvləri adından bir daha təbrik edib.


Akademik İbrahim Quliyev bildirib ki, illər əvvəl irəli sürdüyü “Neft kapitalının insan kapitalına çevrilməsi” strateji xəttinin davamlığı və ardıcıllığını nümayiş etdirən Prezident İlham Əliyev öz çıxışında təbii sərvətlərdən fərqli olaraq intellektual potensialın tükənməz sərvət olduğunu vurğulayıb, rə­qa­bət­li in­san ka­pi­ta­lı­nın for­ma­laş­dı­rıl­ma­sını, Azərbaycanın intellektual potensialının artırılmasını ölkənin elm ictimaiyyəti, alimlər qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biri hesab edib.

 

AMEA-nın Yer Elmləri Bölməsinin elmi katibi Sadıx Nəbiyev iclas iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkə başçısının çıxışından irəli gələn vəzifələrlə bağlı hazırlanmış təkliflərlə tanış edib. Müzakirələrdə çıxış edən alimlər – AR ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, akademik Əkpər Feyzullayev, akademik Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvləri Çingiz Əliyev, Rauf Qardaşov, Qərib Əfəndiyev, Qurban Yetirmişli, Dadaş Hüseynov, ETN Coğrafiya İnstitutunun direktoru coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani və başqaları müa­sir tex­no­lo­gi­ya­lar­dan, sü­ni in­tel­lekt­dən və kos­mik peyk təs­vir­lə­rin­dən is­ti­fa­də etmək­lə ölkə iqtisadiyyatının ehtiyaclarına yönəlmiş tətbiqi xarakterli fənlərarası el­mi məh­sul­la­rın ya­ra­dıl­ma­sı­nı nə­zər­də tu­tan təd­qi­qat­la­rın genişləndirilməsi, alim­lə­rin bey­nəl­xalq el­mi qrant­lar­da, la­yi­hə və mü­sa­bi­qə­lər­də fə­al iş­ti­ra­k etməsi, ­nüfuzlu beynalxalq elmi jurnallarda çap edilən məqalələrin sayının və keyfiyyətinin artırılması, re­gio­nu­muz üçün hə­ya­ti əhə­miy­yət da­şı­yan Xə­zə­rin sə­viy­yə­si­nin il­bə­il azal­ma­sı­nın ya­rat­dı­ğı prob­lem­lə­rin komp­leks həl­l edilməsi, ekologiya və ət­raf mü­hit­lə bağ­lı risk­lə­rin azal­dıl­ma­sı, öl­kə­nin iç­mə­li və su­var­ma su­yu­na tə­lə­ba­tı­nın ye­ni ya­naş­ma­la­rın tət­bi­qi ilə təhlil olunması və su re­surs­la­rın­dan sə­mə­rə­li is­ti­fa­də edil­məsi, tə­miz ener­ji mən­bə­lə­rin­dən is­ti­fa­də­nin ge­niş­lən­di­ril­mə­si, tul­lan­tı­la­rın tək­rar ema­lı və çirk­lən­miş əra­zi­lə­rin bər­pa­sı, bər­pa olu­nan ener­ji mən­bə­lə­rin­dən is­ti­fa­də­nin, “ya­şıl” tex­no­lo­gi­ya­la­rın tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si və s. ta­le­yük­lü mə­sə­lə­lə­rlə bağlı təkliflərini səsləndiriblər.


Plan­laş­dı­rı­lan təd­qi­qat­lar sı­ra­sın­da bərpa olunan ener­ji mən­bə­lə­ri­nin - Gü­nəş, kü­lək, dal­ğa, geo­ter­mal su­lar, vul­kan­la­rın ener­ji po­ten­sia­lı­nın öy­rə­nil­mə­si, bu mən­bə­lər­dən is­ti­fa­də üsul­la­rı­nın el­mi təh­li­li əsas yer­lər­dən bi­ri­ni tu­tur. Prezident İlham Əliyevin  Azərbaycan alimlərini bərpaolunan enerji məsələləri ilə bağlı fəal olmağa çağırışına cavab olaraq tədbirlər planına Azərbaycanın bərpa olunan enerji növləri ilə bağlı geniş elektron məlumat bazasının yaradılması, AR ETN Geologiya və Geofizika, Radiasiya Problemləri, Fizika, Coğrafiya institutları tərəfindən geotermal sulardan səmərəli istifadə üzrə təkliflərin hazırlanıb dövlət orqanlarına təqdim edilməsi də nəzərdə tutulur. Mütəxəssislər hesab edirlər ki, öl­kə­mi­zin dağ­lıq əra­zi­lə­rin­də, o cüm­lə­dən ye­ni azad edil­miş əra­zi­lər­də çox­say­lı geo­ter­mal mən­bə­lərdən iri is­ti­xa­na­la­rın qız­dı­rıl­ma­sı üçün is­ti­fa­də olun­ma­sı öl­kə­dən ix­rac edi­lən bə­zi kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın is­teh­sal həc­mi­nin ar­tı­rıl­ma­sı­na və ma­ya də­yə­ri­nin aşa­ğı sa­lın­ma­sı­na əhəmiyyətli təsir edə bi­lər.


Prezident İlham Əliyevin Azərbaycan alimlərini Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük geoloji işlərə qoşulmağa dəvət etməsi bu istiqamətdə bir sıra təşəbbüsün formalaşmasına təkan verib. Bölmənin elmi müəssisələri tərəfindən Gəncədə alüminium istehsalı prosesində yaranmış və ekoloji təhlükə mənbəyi olan 21 milyon tona yaxın alunit və boksit tullantılarından, Ordubaddakı Parağaçay molibden yatağının istismar tullantılarından qalıq kobalt, molibden və bəzi nadir yer metallarının əldə edilməsi imkanlarının dərindən araşdırılması təklif edilib, qarşıdakı illərdə stra­te­ji əhə­miy­yət­li fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın proq­noz­laş­dı­rıl­ma­sı, ax­ta­rı­şı və iş­lə­nil­mə­si­nin el­mi əsas­la­rı­nın ha­zır­lan­ma­sı, Azər­bay­can əra­zi­sin­də ko­balt və mo­lib­de­nin, tə­bii fos­fo­rit­lər­də, habelə palçıq vulkanlarında na­dir tor­paq me­tal­la­rı (lan­tan, sa­ma­ri­um, auro­pi­um və s.) təzahürlərinin də­qiq qiy­mət­lən­di­ril­mə­si planlaşdırılıb.


Prezident İlham Əliyevin AMEA-dakı çıxışında müasir texnologiyalardan, peyk tədqiqatları və zondlamadan istifadə etməklə geoloji kəşfiyyat işlərinin genişləndirilməsinə, xüsusilə bu işlərin Qarabağda və Şərqi Zəngəzurda təşkil olunmasına xüsusi diqqət ayrılıb. Yer Elmləri Bölməsinin alimləri bununla əlaqədar “Azərkosmos” agentliyi, AR ETSN Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və digər dövlət orqanları ilə birgə Qarabağda və Şərqi Zəngəzurda artıq öyrənilmiş və istismara yararlı yataqların istifadəsi haqqında məlumatlar əsasında onların istifadə səmərəliliyinin qiymətləndirilməsi və ehtiyatlarının dəqiqləşdirilməsi məqsədi ilə ekspedisiyaların təşkil olunmasını, ölkə ərazisinin, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun kompleks şəkildə yeni metodlarla - kosmik peyklərdən alınan şəkillər, PUA-lar ilə əldə edilən geoloji radar məlumatları və yerdəki ekspedisiyalar vasitəsilə öyrənilməsi üçün xüsusi proqramın hazırlanmasını zəruri hesab ediblər.


Məlum olduğu kimi, Xə­zər də­ni­zi­nin sə­viy­yə tə­rəd­düd­lə­ri öl­kə­mi­zin qar­şı­sın­da du­ran ən cid­di prob­lem­lər­dən bi­ri­dir. Yer Elm­lə­ri Böl­mə­si­nin el­mi mü­əs­si­sə­lə­rin­də bu is­ti­qa­mət­də bir sı­ra təd­qi­qat­la­rın apa­rıl­ma­sı, o cüm­lə­dən Xə­zə­rin eko­sis­te­mi, sə­viy­yə tə­rəd­düd­lə­ri­nin di­na­mi­ka­sı və tə­sir­lə­ri ilə bağ­lı komp­leks təd­qi­qat­la­rın apa­rıl­ma­sı, də­ni­zin sə­viy­yə tə­rəd­düd­lə­ri nə­ti­cə­sin­də sa­hil xət­ti­nin də­yiş­mə­si­nin ri­ya­zi mo­del­lə­ri­nin ya­ra­dıl­ma­sı plan­laş­dı­rı­lır.


Araş­dı­rıl­ma­sı tövsiyyə olunan mü­hüm el­mi mə­sə­lə­lər ara­sın­da Azər­bay­ca­nın su eh­tiy­at­la­rı­nın və öl­kə­nin dağ çay­la­rı­nın sülb axı­mı­nın müa­sir və­ziy­yə­ti­ni­nin qiy­mət­lən­di­ril­mə­si, ye­ral­tı su mən­bə­lə­ri­nin ax­ta­rı­şı və qiy­mət­lən­di­ril­mə­si­nə müa­sir ya­naş­ma­la­rın iş­lən­mə­si, su eh­ti­yat­la­rın­dan sə­mə­rə­li is­ti­fa­də edil­mə­si ki­mi prob­lem­lər var­dır.


Müzakirələrdən sonra “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə bağli AMEA Yer Elmləri Bölməsinin təklifləri” təsdiq edilib.


İclasda, həmçinin Yer Elmləri Bölməsinin və bölmənin elmi müəssisələrinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları və əldə olunmuş mühüm elmi nəticələr haqqında məlumatların toplanılması və ümumiləşdirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.

PREZİDENT İLHAM ƏLİYEVİN AMEA-nın YUBİLEY YIĞINCAĞINDAKI NİTQİNDƏN İRƏLİ GƏLƏRƏK YER ELMLƏRİ BÖLMƏSİNİN QARŞISINDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA-nın YUBİLEY YIĞINCAĞINDAKI NİTQİNDƏN İRƏLİ GƏLƏRƏK YER ELMLƏRİ BÖLMƏSİNİN QARŞISINDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB
next
next