Ana Səhifə / Fəaliyyət / Talış zonasının və bitişik akvatoriyanın seysmik təhlükəsinin ehtimal-deterministik təhlili

Avtoreferatlar

Talış zonasının və bitişik akvatoriyanın seysmik təhlükəsinin ehtimal-deterministik təhlili

İddiaçı: Yaşar Namiq oğlu Əliyev

İxtisas: 2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Elm sahəsi: Yer elmləri

 

Möv­zu­nun ak­tu­al­lı­ğı və iş­lən­mə də­rə­cə­si.


Müa­sir seys­mo­lo­ji üsul­lar stan­dart mik­ro­ra­yon­laş­dır­ma­dan tut­muş seys­mik ris­kin qiy­mət­lən­di­ril­mə­si­nə qə­dər həll edil­mə­li olan ge­niş mə­sə­lə­lər­lə xa­rak­te­ri­zə olu­nur. Son za­man­lar­da, seys­mo­lo­gi­ya sa­hə­si­nin mü­tə­xəs­sis­lə­ri müx­tə­lif re­gi­on­la­rın seys­mik təh­lü­kə­si­nin qiy­mət­lən­di­ril­mə­si üçün möv­cud me­tod­la­rın tək­mil­ləş­di­ril­mə­si­nə öz töh­fə­lə­ri­ni ver­miş­lər. Əha­li­nin sıx məs­kun­laş­dı­ğı əra­zi­lər­də bi­na və ti­ki­li­lə­rin konst­ruk­si­ya­sı za­ma­nı seys­mik təh­lü­kə pa­ra­metr­lə­ri­nin nə­zə­rə alın­ma­sı gə­lə­cək­də müm­kün olan bi­na və ti­ki­li­lə­rin həs­sas­lıq də­rə­cə­si­ni mü­əy­yən et­mə­yə im­kan ver­di.


Seys­mik təh­lü­kə­nin qiy­mət­lən­di­ril­mə­si pro­se­sin­də tə­bii və sü­ni amil­lə­rin tə­si­ri al­tın­da müx­tə­lif tə­sir­lə­rə mə­ruz qa­lan geo­lo­ji mü­hit mü­hüm əhə­miy­yət kəsb edir. Nə­zə­rə al­maq la­zım­dır ki, Azər­bay­can əra­zi­si seys­mik ak­tiv re­gi­on, ey­ni za­man­da pal­çıq vul­ka­niz­mi re­gio­nu və neft-qaz ha­sil edən öl­kə­dir. Ta­lış zo­na­sı ta­ri­xi dövr­dən bu gü­nə qə­dər geo­lo­ji və geo­fi­zi­ki pro­ses­lə­rin öy­rə­nil­mə­si ob­yek­ti olub və Azər­bay­ca­nın seys­mik ak­tiv zo­na­la­rı­na aiddir


Son il­lər ər­zin­də re­gi­on­da seys­mik ak­tiv­li­yin art­ma­sı mü­şa­hi­də olu­nur ki, bu­nun da nə­ti­cə­sin­də tə­kan­la­rın maq­ni­tu­da­sı 5.0-a ça­ta bi­lir. Ta­lış zo­na­sı­nın seys­mik təh­lü­kə­si­nin müa­sir mik­ro­ra­yon­laş­dır­ma xə­ri­tə­lə­ri­nin ol­ma­ma­sı gə­lə­cək zəl­zə­lə­lə­rin da­ğın­tı də­rə­cə­si­ni azalt­maq üçün re­gio­nun seys­mik təh­lü­kə­si­nin qiy­mət­lən­di­ril­mə­si­nin zə­ru­ri­li­yi­ni nü­ma­yiş et­di­rir. Bu fak­tı nə­zə­rə ala­raq, seys­mik təh­lü­kə­nin tə­fər­rü­at­lı qiy­mət­lən­di­ril­mə­si­nə və möv­cud xə­ri­tə­lə­rin ye­ni və mo­dern­ləş­di­ril­miş ya­naş­ma­la­ra əsas­la­na­raq ye­ni­dən nə­zər­dən ke­çi­ril­mə­si­nə eh­ti­yac və ak­tu­al ol­du­ğu­nu nü­ma­yış et­di­rir.

 

Təd­qi­qa­tın ob­yek­ti və pred­me­ti.


Təd­qi­qat­da seys­mik ha­di­sə­lə­rin baş ver­di­yi mü­əy­yən müd­dət üçün Ta­lış əra­zi­si­nin seys­mik təh­lü­kə­si­ni qiy­mət­lən­di­ril­mə­si apa­rı­lıb. Təqdim olunan dissertasiya işinin tədqiqat obyekti Talış zonasının və bitişik Xəzər dənizinin seysmik təhlükəsidir. Seys­mik təh­lü­kə­nin qiy­mət­lən­di­ril­mə­si za­ma­nı mü­əy­yən edi­lən seys­mik tə­sir­lər zəl­zə­lə­lə­rin in­ten­siv­li­yi və qrun­tun mak­si­mal tə­ci­li pa­ra­met­ri ilə ifa­də edi­lə bi­lər. Be­lə­lik­lə, təd­qi­qa­tın pred­me­ti bal­lar­la ifa­də olu­nan mak­ro­seys­mik in­ten­siv­lik və qrun­tun tə­ci­li di­na­mik pa­ra­met­ri, yə­ni onun mak­si­mal qiy­mət­lə­ri­dir.

 

Təd­qi­qa­tın məq­səd və və­zi­fə­lə­ri.


Dis­ser­ta­si­ya işi­nin məq­sə­di Ta­lış zo­na­sı­nın və ona bi­ti­şik Xə­zər də­ni­zi­nin li­to­lo­ji-geo­lo­ji, tek­to­nik, seys­mo­lo­ji mə­lu­mat­la­rın və qrunt lay­la­rı­nın me­xa­ni­ki gös­tə­ri­ci­lə­ri təh­li­li for­ma­sın­da möv­cud ya­naş­ma­la­rın, elə­cə də seys­mik tə­si­rin de­ter­mi­nis­tik qiy­mət­lən­di­ril­mə­si ele­ment­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si əsa­sın­da təd­qiq olu­nan əra­zi­nin eh­ti­mal edi­lən seys­mik təh­lü­kə xə­ri­tə­lə­ri­nin iş­lə­nib ha­zır­lan­ma­sın­dan iba­rət­dir.


Təd­qi­qat za­ma­nı aşa­ğı­da­kı və­zi­fə­lər irə­li sü­rü­lür:

  1. Müx­tə­lif mən­bə­lə­rin möv­cud ka­ta­loq­la­rı­na əsa­sən güc­lü və hiss edi­lən zəl­zə­lə­lə­rin tə­za­hü­rü­nün təd­qi­qi əsa­sın­da Ta­lış əra­zi­si­nin seys­mik re­ji­mi­ni təh­lil et­mək və sis­tem­ləş­dir­mək;
  2. Zəl­zə­lə mən­bə­lə­ri­nin baş ver­di­yi zo­na­la­rı mü­əy­yən et­mək, müm­kün zəl­zə­lə­lə­rin mak­si­mal maq­ni­tu­da­sı­nı gös­tər­mək­lə hər bir seys­mo­gen mən­bə (qı­rıl­ma) üçün xa­rak­te­ris­ti­ka­la­rı mü­əy­yən et­mək;
  3. Tek­to­nik ele­ment­lə­rin seys­mik ak­tiv­li­yi­nin təh­li­li əsa­sın­da in­ten­siv­li­yin sön­mə qa­nu­nu­nun ele­ment­lə­rin­dən və mak­ro­seys­mik sa­hə tən­li­yin­dən is­ti­fa­də et­mək­lə zəl­zə­lə­lə­rin müm­kün olan mak­si­mal maq­ni­tu­da­sı­nın qiy­mət­lən­di­ril­mə­si­nin ri­ya­zi me­to­du­nu iş­lə­yib ha­zır­la­maq;
  4. Ri­ya­zi mo­del­ləş­dir­mə­dən is­ti­fa­də et­mək­lə Ta­lış zo­na­sın­da və ona bi­ti­şik Xə­zər də­ni­zi­nin müm­kün güc­lü zəl­zə­lə mən­bə­lə­ri­nin di­fe­ren­si­al­laş­dı­rıl­mış əra­zi­lə­ri­nin xə­ri­tə­lə­ri­nin top­lu­su­nu ya­rat­maq;
  5. Geo­lo­ji-li­to­lo­ji xə­ri­tə­lər­dən və geo­lo­ji pro­fil­lər­dən komp­leks is­ti­fa­də üçün li­to­lo­ji xü­su­siy­yət­lə­ri, lay­la­rın tər­ki­bi­nin fi­zi­ki-me­xa­ni­ki xas­sə­lə­ri nə­zə­rə alın­maq­la ana sü­xur­la­rın və səth sü­xur­la­rı­nın qrunt şə­rai­ti­nin mo­del­lə­ri­nin stan­dart sxem­lə­ri­ni iş­lə­yib ha­zır­la­maq;
  6. Qrunt şə­rai­ti­nin yer sət­hin­də seys­mik tit­rə­yiş­lə­rin sü­rət­lən­di­ril­mə­si­nə mak­si­mal tə­si­ri­ni qiy­mət­lən­dir­mək üçün müa­sir proq­ram tə­mi­na­tın­dan is­ti­fa­də et­mək­lə alt və üst qat­la­rın seys­mik dal­ğa amp­li­tu­da­sı­nın güc­lən­dir­mə əm­sal­la­rı­nı he­sab­la­maq;
  7. Maqnituda və mə­sa­fə pa­ra­metr­lə­ri­nə gö­rə se­çil­miş sse­nar zəl­zə­lə­lə­rin mak­ro­seys­mik pa­ra­metr­lə­ri­nin nə­zə­rə alın­ma­sı əsa­sın­da mak­ro­seys­mik in­ten­siv­lik (bal­lar­la) və qrun­tun mak­si­mal tə­ci­li (Qal ilə) va­hid­lə­rin­də seys­mik tə­si­rin he­sab­lan­ma­sı me­to­do­lo­gi­ya­sı­nın in­teq­ra­si­ya­sı;
  8. De­ter­mi­nis­tik üsu­lu tət­bi­qi ilə Ta­lış zo­na­sın­da və ona bi­ti­şik Xə­zər də­ni­zi­nin seys­mik təh­lü­kə də­rə­cə­si­nin kə­miy­yət qiy­mət­lən­di­ril­mə­si­nin apa­rıl­ma­sı.

 

Təd­qi­qat me­tod­la­rı.


Dis­ser­ta­si­ya işin­də is­ti­fa­də olu­nan təd­qi­qat me­to­do­lo­gi­ya­sı geo­lo­ji ma­te­ri­al­la­rın, əra­zi­nin to­poq­ra­fik və mü­hən­dis-geo­lo­ji xü­su­siy­yət­lə­ri­nin, geo­mor­fo­lo­ji və li­to­lo­ji mə­lu­mat­la­rın təh­li­li­nə əsas­la­nır. Təd­qi­qat me­to­du­nun əsa­sı­nı təş­kil edən seys­mo­lo­ji mə­lu­mat­lar se­çil­miş sse­nar zəl­zə­lə­lə­rə gö­rə in­ten­siv­li­yi və qrun­tun mak­si­mal tə­ci­li­ni qiy­mət­lən­dir­mək üçün is­ti­fa­də olu­nur. De­ter­mi­nis­tik ya­naş­ma­dan is­ti­fa­də et­mək­lə zəl­zə­lə­lə­rin təh­lü­kə­si­ni qiy­mət­lən­di­rər­kən hər bir xa­na üçün seys­mik ef­fek­ti mü­əy­yən et­mək və təh­lil et­mək üçün təd­qi­qat sa­hə­si­nin ey­ni öl­çü­lü xa­na­la­ra bö­lün­mə­si məq­sə­də­uy­ğun­dur. Təd­qi­qat me­to­do­lo­gi­ya­sı həm­çi­nin qu­yu mə­lu­mat­la­rı­nın və geo­lo­ji pro­fil­lə­rin top­lan­ma­sı və təh­li­lin­dən iba­rət­dir. İn­teq­ra­si­ya bu iş­də təd­qi­qat me­to­du­nun əsa­sı­nı təş­kil edən pro­ses­dir ki, bu­nun nə­ti­cə­sin­də seys­mik təh­lü­kə­nin qiy­mət­lən­di­ril­mə­si me­to­do­lo­gi­ya­sı­na tek­to­nik xas­sə­lər, li­to­lo­ji və geo­lo­ji mə­lu­mat­lar da­xil edi­lir.


Seys­mik təh­lü­kə­nin təh­li­li adə­tən ve­ril­miş yer­də qrunt tit­rə­yiş­lə­rin in­ten­siv­li­yi­ni qiy­mət­lən­dir­mək üçün apa­rı­lır. Mü­əy­yən bir yer­də seys­mik təh­lü­kə təh­li­li­nin apa­rıl­ma­sı üçün iki me­to­do­lo­gi­ya möv­cud­dur: seys­mik təh­lü­kə­nin eh­ti­mal təh­li­li (STET) və seys­mik təh­lü­kə­nin de­ter­mi­nis­tik təh­li­li (STDT). STDT, mak­si­mal eh­ti­mal olu­nan zəl­zə­lə­nin mən­bə­dən müm­kün olan ən ya­xın mə­sa­fə­də baş ver­mə­si­ni eh­ti­mal edə­rək, kri­tik sse­na­ri­ni nə­zər­dən ke­çi­rir. Bu­na gö­rə də, bu tex­ni­ka tez-tez təd­qi­qat sa­hə­sin­də seys­mik təh­lü­kə üçün yu­xa­rı həd­di­nin qiy­mət ve­rir. Seys­mik təh­lü­kə­nin de­ter­mi­nis­tik təh­li­li, xü­su­si­lə yük­sək seys­mik əra­zi­lər­də mü­hən­dis­lik və di­gər tət­biq­lər üçün yer hə­rə­kə­ti pa­ra­metr­lə­ri­ni əl­də et­mək üçün is­ti­fa­də olu­nur.


Seys­mik dal­ğa­nın di­na­mik pa­ra­metr­lə­ri, mə­sə­lən, sü­rət və dal­ğa amp­li­tu­da­sı­nın güc­lən­dir­mə əm­sa­lı bu iş­də seys­mik təh­lü­kə­nin qiy­mət­lən­di­ril­mə­si me­to­dun­dan is­ti­fa­də­nin əsas amil­lə­ri­dir. Be­lə­lik­lə, təd­qi­qat me­tod­la­rı­na aşa­ğı­da­kı­lar da­xil­dir: ədə­bi mən­bə­lə­rin top­lan­ma­sı, təh­li­li və sin­te­zi; kar­toq­ra­fik təh­lil; coğ­ra­fi in­for­ma­si­ya sis­tem­lə­ri­nin (GIS tex­no­lo­gi­ya­la­rı­nın) tət­bi­qi; ana­li­tik təd­qi­qat­lar; proq­ram tə­mi­na­tın­dan is­ti­fa­də et­mək­lə ri­ya­zi və kom­pü­ter mo­del­ləş­dir­mə­si.

 

Mü­da­fiə­yə çı­xa­rı­lan əsas müd­dəa­lar.

  1. Qı­rıl­ma pa­ra­metr­lə­ri, müm­kün olan mak­si­mal maq­ni­tu­da və mak­ro­seys­mik in­ten­siv­liyə əsasən eh­ti­mal zəl­zə­lə ocaq zo­na­la­rı­nın müm­kün di­fe­ren­si­al­laş­dı­rıl­mış sa­hə­lə­ri­nin xə­ri­tə­si.
  2. Təd­qi­qat əra­zi­si­nin qrun­tu­nun di­na­mik xas­sə­lə­ri, seys­mik və tek­to­nik pa­ra­metr­lə­ri nə­zə­rə alın­maq­la seys­mik təh­lü­kə­nin qiy­mət­lən­di­ril­mə­si üçün mo­di­fi­ka­si­ya­laş­dı­rıl­mış ya­naş­ma;

 

Təd­qi­qa­tın el­mi ye­ni­li­yi. Gö­rü­lən işin el­mi ye­ni­li­yi aşa­ğı­da­kı əsas müd­dəa­lar­da təq­dim olu­nur:

  1. Zəl­zə­lə­lə­rin mak­si­mal maq­ni­tu­da­sı­nın, qı­rıl­ma­la­rın uzun­lu­ğu­nun, seys­mo­gen hə­rə­kət­lə­rin miq­ya­sı­nın və epi­sent­ral mə­sa­fə­nin nis­bə­ti nə­zə­rə alın­maq­la mak­ro­sey­mik in­ten­siv­li­yin de­tal­lı qiy­mət­lən­di­ril­mə­si­nə di­fe­ren­si­al­laş­dı­rıl­mış ya­naş­ma iş­lə­nib ha­zır­lan­mış­dır;
  2. Zəl­zə­lə oca­ğı­nın də­rin­li­yi və qı­rıl­ma­la­rın uzun­lu­ğu ara­sın­da em­pi­rik əla­qə­dən is­ti­fa­də et­mək­lə Ta­lış zo­na­sın­da zəl­zə­lə­lə­rin ocaq in­ten­siv­li­yi­nin və mak­si­mal maq­ni­tu­da­sı­nın (Mmax) he­sab­lan­mış qiy­mət­lə­ri­nin va­hid xə­ri­tə­lə­ri qu­rul­muş­dur;
  3. Li­to­lo­ji mə­lu­mat­lar, fi­zi­ki pa­ra­metr­lər (elas­tik dal­ğa­nın sü­rə­ti, sıx­lıq, tit­rə­yiş­lə­rin in­ten­siv­li­yi­nin zə­if­lə­mə sa­bi­ti) və mü­hi­tin hən­də­si xa­rak­te­ris­ti­ka­la­rı (qa­lın­lıq və lay­lan­ma) nə­zə­rə alın­maq­la 5000 metr və yu­xa­rı də­rin­lik­lər­də yer­lə­şən ana sü­xur­lar­dan yer sət­hi­nə qə­dər təh­li­lin əsa­sın­da qrunt şə­rai­ti­nin ti­pik mo­del­lə­ri qu­rul­muş­dur;
  4. Ri­ya­zi sta­tis­ti­ka üsul­la­rın­da və proq­ram tə­mi­na­tı im­kan­la­rın­dan is­ti­fa­də et­mək­lə çap olun­muş əsər­lər­dən əl­də edil­miş li­to­lo­ji mə­lu­mat­lar əsa­sın­da seys­mik tit­rə­yiş­lə­rin amp­li­tu­da­sı­nın güc­lən­dir­mə qiy­mət­lə­ri he­sab­lan­mış­dır;
  5. Qrunt şə­rai­ti­ni nə­zə­rə al­maq­la Ta­lış zo­na­sı­nın və bi­ti­şik Xə­zər də­ni­zi ak­va­to­ri­ya­sı­nın seys­mik təh­lü­kə­si­nin in­teq­rə de­ter­mi­nis­tik qiy­mət­lən­di­ril­mə­si apa­rıl­mış, bu­nun əsa­sın­da zəl­zə­lə ka­ta­loq­la­rın­dan se­çil­miş və təd­qi­qat­da sse­nar seys­mik ha­di­sə­lər ki­mi qə­bul edil­miş (Le­rik, 1998; Xə­zər, 2000; İran, 1980; Oğuz, 2015) mak­ro­seys­mik mə­lu­mat­la­ra gö­rə tit­rə­yiş­lə­rin in­ten­siv­li­yi və qrun­tun mak­si­mal tə­ci­li də­yər­lə­rin­də göz­lə­ni­lən seys­mik ef­fek­tin bir sı­ra xə­ri­tə­lə­ri ya­ra­dıl­mış­dır.

 

Təd­qi­qa­tın nə­zə­ri və prak­ti­ki əhə­miy­yə­ti.


Dis­ser­ta­si­ya işin­də əl­də edil­miş ana sü­xur­lar və səth sü­xur­la­rı üçün qrun­tun mak­si­mal tə­ci­li xə­ri­tə­lə­rin­dən, həm­çi­nin in­ten­siv­lik (mak­ro­seys­mik) va­hid­lə­rin­də göz­lə­ni­lən qrunt tit­rə­yiş­lə­rin xə­ri­tə­si is­ti­fa­də et­mək­lə təd­qi­qat sa­hə­si­nin de­tal­lı seys­mik ra­yon­laş­dı­rıl­ma­sı­nın (DSR) apa­rıl­ma­sı, zəl­zə­lə­lər­dən müm­kün so­si­al-iq­ti­sa­di zə­rə­rin qiy­mət­lən­di­ril­mə­si, bi­na­la­rın, ti­ki­li­lə­rin la­yi­hə­lən­di­ril­mə­si za­ma­nı, stra­te­ji əhə­miy­yət­li ob­yekt­lə­rin və tu­ris­tik tə­yi­nat­lı əra­zi­lə­rin ti­kin­ti­si za­ma­nı is­ti­fa­də olu­na bi­lər. Dün­ya təc­rü­bə­si­nə əsa­sən, zəl­zə­lə­yə da­vam­lı bi­na­la­rın la­yi­hə­lən­di­ril­mə­si bir­ba­şa təd­qi­qat əra­zi­si­nin mik­ro­ra­yon­laş­dı­rıl­ma­sın­dan baş­la­yır.

 

Avtoreferatı yüklə