Ana Səhifə / Fəaliyyət / Azərbaycanın yanar şistləri: əmələgəlmə şəraiti, yayılma qanunauyğunluqları, geokimyəvi xüsusiyyətləri və proqnoz resurslarının qiymətləndirilməsi

Avtoreferatlar

Azərbaycanın yanar şistləri: əmələgəlmə şəraiti, yayılma qanunauyğunluqları, geokimyəvi xüsusiyyətləri və proqnoz resurslarının qiymətləndirilməsi

İddiaçı: Orxan Rəfael oğlu Abbasov

İxtisas: 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı”

Elm sahəsi: Yer elmləri

 

Möv­zu­nun ak­tu­al­lı­ğı və iş­lən­mə də­rə­cə­si


Uzun il­lər­dir ki, dün­ya­ya neft və qaz ix­rac edən Azər­bay­can­da ha­si­lat di­na­mi­ka­sı­nın gös­tə­ri­ci­lə­ri və ye­ni ya­taq­la­rın aş­kar­lan­ma­sı ilə bağ­lı ha­zır­kı du­rum, həm­çi­nin qlo­bal miq­yas­da kar­bo­hid­ro­gen re­surs­la­rı­na olan da­vam­lı tə­lə­bat res­pub­li­ka­da qey­ri-ənə­nə­vi ya­na­caq-ener­ji mən­bə­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si­ni, on­la­rın təd­qi­qi­ni və is­tis­mar pers­pek­tiv­lik­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­si­ni la­büd edir. Bu ba­xım­dan, öl­kə­miz­də hə­lə XX əs­rin 30-cu il­lə­rin­də möv­cud­lu­ğu mə­lum olan ya­nar şist­lər xü­su­si əhə­miy­yət­li­dir. Sin­te­tik neft və qaz­la ya­na­şı, is­ti­lik-elekt­rik ener­ji­si­nin, tib­bi mə­mu­lat­la­rın, ti­kin­ti ma­te­ri­al­la­rı­nın, üz­vi güb­rə­nin və di­gər məh­sul­la­rın alın­ma­sın­da dün­ya­da (ABŞ-da, Çin­də, Al­ma­ni­ya­da, Ru­si­ya­da və s.) xam­mal ki­mi ge­niş is­ti­fa­də olu­nan bu re­surs­lar­dan in­di­yə­dək Azər­bay­can­da heç bir sa­hə­də ya­rar­lan­mır­lar.

Azər­bay­ca­nın ya­nar şist­lə­ri­nin təd­qi­qi­nə da­ir çap olun­muş əsər­lə­rin təh­lil­lə­ri, da­ha əv­vəl­lər aş­kar­la­nan şist­li açı­lış­lar­dan baş­qa ye­ni sa­hə­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si ki­mi mə­sə­lə­nin ta­ma­mi­lə diq­qət­dən kə­nar­da qal­dı­ğı­nı gös­tə­rir. Ya­nar şist­lə­rin əmə­lə­gəl­mə şə­ra­it­lə­ri­nin öy­rə­nil­mə­si dün­ya üz­rə ye­ri­nə ye­ti­ri­lən müa­sir mi­ne­ra­lo­ji, geo­kim­yə­vi və s. təd­qi­qat­la­rın me­to­do­lo­ji prin­sip­lə­ri əsa­sın­da de­yil, ən yax­şı hal­da li­tost­ra­tiq­ra­fik də­yiş­kən­lik­lə­rin təh­lil­lə­rin­dən irə­li gə­lən mü­la­hi­zə­lə­rə əsas­lan­mış­dır. Möv­cud təd­qi­qat iş­lə­rin­də ya­nar şist­li çö­kün­tü­lə­rin neft-qaz­lı­lıq xü­su­siy­yət­lə­ri­nin araş­dı­rıl­ma­sı mə­sə­lə­si də öz ək­si­ni tap­mır. La­kin xa­ri­ci təd­qi­qat­çı­la­rın yer­li alim­lər­lə bir­gə çap et­dir­dik­lə­ri bir ne­çə əsər­də məh­dud say­da ya­nar şist­sax­la­yan kə­si­liş­lə­rin məq­sə­də­mü­va­fiq təd­qi­qat­la­rı apa­rıl­mış­dır. Hə­min araş­dır­ma­lar­da kə­si­liş­lər üz­rə təd­qiq olu­nan ya­nar şist­lər ya gil­li (və­rəq­li gil), ya da ar­gil­lit­li sü­xur adı al­tın­da öy­rə­nil­miş­dir.

 

Təd­qi­qa­tın ob­yek­ti və pred­me­ti


Spe­si­fik geo­di­na­mik-tek­to­nik, geo­lo­ji, mi­ne­ra­lo­ji və geo­kim­yə­vi xü­su­siy­yət­lər Azər­bay­ca­nın şər­qin­də pal­çıq vul­kan­la­rı, neft çı­xış­la­rı (həm­çi­nin neft­li sü­xur­lar) və zən­gin neft-qaz ya­taq­la­rı ilə bə­ra­bər, həm də ya­nar şist­lə­rin ge­niş­miq­yas­lı tə­ka­mü­lü üçün sə­ciy­yə­vi ol­muş­dur. Ya­nar şist­li çö­kün­tü­lə­rin mə­kan­ca pal­çıq vul­kan­la­rı və neft çı­xış­la­rı tə­za­hür edən tek­to­nik zo­na­lar­da pay­lan­ma nü­ma­yiş et­dir­mə­lə­ri, on­la­rın bir­gə vəh­də­ti­ni şərt­lən­di­rən geo­lo­ji və struk­tur-tek­to­nik amil­lər­lə ya­na­şı, həm də fərq­li geo­lo­ji dövr­lər­lə əla­qə­li be­lə sü­xur­la­rın mi­ne­ra­lo­ji va­ria­si­ya­la­rı­nın, üz­vi mad­də ilə tə­mi­ni­nin və neft­qaz­lı­lıq­la əla­qə­li ge­ne­ra­si­ya is­ti­qa­mət­lə­ri­nin öy­rə­nil­mə­si­ni labüd edir ki, bun­lar ha­zır­kı təd­qi­qa­tın ob­yek­ti­ni və pred­me­ti­ni eh­ti­va edir. Təd­qi­qa­tın pred­me­ti­ni, həm­çi­nin Azər­bay­can üz­rə ya­nar şist­lə­rin ye­ni is­ti­fa­də sa­hə­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si və proq­noz re­surs­la­rı­nın qiy­mət­lən­di­ril­mə­si təş­kil edir.

 

Təd­qi­qa­tın məq­səd və və­zi­fə­lə­ri


Azər­bay­can­da mə­lum və ye­ni aş­kar­lan­mış ya­nar şist­li sa­hə­lə­rin tek­to­nik zo­na­lar üz­rə mə­kan və za­man­ca pay­lan­ma qa­nu­na­uy­ğun­luq­la­rı­nın, ye­rüs­tü və pal­çıq vul­ka­nı tul­lan­tı­la­rı­na aid şist­li sü­xur­la­rın mi­ne­ra­lo­ji, geo­kim­yə­vi və pet­roq­ra­fik sə­ciy­yə­lə­ri­nin araş­dı­rıl­ma­sı, on­la­rın əmə­lə­gəl­mə və neft­qaz­lı­lıq xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si, həm­çi­nin proq­noz re­surs­la­rı­nın qiy­mət­lən­di­ril­mə­si işin ümu­mi məq­sə­di­ni təş­kil edir. Bu­nun­la bağ­lı  mü­əy­yən­ləş­di­ri­lən və­zi­fə­lər aşa­ğı­da­kı­lar­dır:

  1. Azər­bay­can­da ya­nar şist­lə­rin təd­qi­qi­nə da­ir araş­dır­ma­la­rın təh­lil­lə­ri və ha­zır­kı du­ru­mun qiy­mət­lən­di­ril­mə­si;
  2. Ye­ni ya­nar şist­li sa­hə­lə­rin ax­ta­rı­şı və şist­li fa­si­ya­nın öl­kə əra­zi­sin­də ya­yıl­ma­sı­nın xə­ri­tə­ləş­di­ril­mə­si;
  3. Ya­nar şist­lə­rin pal­çıq vul­kan­la­rı və neft tə­za­hür­lə­ri qey­də alı­nan tek­to­nik zo­na­lar­da pay­lan­ma­sı­na nə­za­rət edən geo­di­na­mik, struk­tur-tek­to­nik, geo­lo­ji amil­lə­rin öy­rə­nil­mə­si və za­man-mə­kan ba­xı­mın­dan ya­yıl­ma ilə əla­qə­li qa­nu­na­uy­ğun­luq­la­rın aş­kar­lan­ma­sı;
  4. Şist­li sü­xur­la­rın mi­ne­ra­lo­ji və kim­yə­vi xü­su­siy­yət­lə­ri­nin di­gər öl­kə­lə­rin ey­ni­ad­lı sü­xur­la­rı ilə mü­qa­yi­sə­li şə­kil­də təd­qi­qi və Azər­bay­ca­nın ya­nar şist­lə­ri­nin mi­ne­ra­lo­ji və geo­kim­yə­vi təs­ni­fat­da yer­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si;
  5. Mi­ne­ra­lo­ji və geo­kim­yə­vi gös­tə­ri­ci­lər əsa­sın­da ya­nar şist­lə­rin se­di­men­to­lo­ji yet­kin­lik, aşın­ma, pro­to­lit, pa­leo­geo­di­na­mik-pa­leo­tek­to­nik, pa­leo­höv­zə, dia­ge­ne­tik və pa­le­o­iq­lim xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si;
  6. Ya­nar şist­lə­rin üz­vi mad­də ilə zən­gin­li­yin­də pa­leo­höv­zə­nin il­kin bio­məh­sul­dar­lı­ğı ilə ya­na­şı, üz­vi mad­də-mi­ne­ral as­so­sia­si­ya­la­rı­nın ro­lu­nun qiy­mət­lən­di­ril­mə­si;
  7. Ekst­rak­si­ya, spekt­ros­ko­pik ana­liz­lər, ter­moq­ra­vi­met­rik, pi­ro­li­tik və pet­roq­ra­fik təd­qi­qat­lar əsa­sın­da ke­ro­ge­nin ti­pi­nin və ter­mal yet­kin­li­yi­nin mü­əy­yən­ləş­di­ril­mə­si, həm­çi­nin Eosen-Mio­sen dia­pa­zo­nu­na aid şist­li sü­xur­la­rın neft və ya­xud qaz kar­bo­hid­ro­gen­lə­ri tö­rət­mə im­kan­la­rı­nın qiy­mət­lən­di­ril­mə­si;
  8. Geo­lo­ji, mi­ne­ra­lo­ji və üz­vi-geo­kim­yə­vi təd­qi­qat iş­lə­ri­nin nə­ti­cə­lə­ri­nə is­ti­na­dən Azər­bay­can­da ya­nar şist­lər­dən sin­te­tik kar­bo­hid­ro­gen­lə­rin (şist qa­zı və nef­ti­nin) alın­ma pers­pek­tiv­lik­lə­ri­nin təd­qi­qi;
  9. Azər­bay­can ya­nar şist­lə­ri­nin tex­no­lo­ji xü­su­siy­yət­lə­ri­lə ya­na­şı, bə­zi ye­ni is­ti­fa­də sa­hə­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si və proq­noz re­surs­la­rı­nın qiy­mət­lən­di­ril­mə­si.

 

Təd­qi­qat me­tod­la­rı


Hə­ya­ta ke­çi­ri­lən araş­dır­ma­lar çox­say­lı ədə­biy­yat ma­te­ri­al­la­rı­nın təh­lil­lə­ri­ni, həm­çi­nin qar­şı­ya qo­yu­lan və­zi­fə­lə­rin müa­sir ya­naş­ma və me­to­do­lo­gi­ya­la­ra, elə­cə də mü­qa­yi­sə­li ana­liz­lə­rə əsas­la­nan həll üsul­la­rı­nın tət­bi­qi­ni özün­də əks et­di­rir. “Mi­niF­lex 600” XRD, “S8 TI­GER Se­ri­es 2 WDXRF”, “Agi­lent 7700 Se­ri­es ICP-MS”, “Carl Ze­iss Mic­ros­copy GmbH”, “Lu­mi­nos­co­pe  Fi­lin”, “Bru­ker TOP SPIN”, ALP­HA FT-IR”, “Jen­way 6850 UV/vi­sib­le”, “Cary Ec­lip­se”, FTIR “Lu­mos”, “STA449F3 Yu­pi­ter”, “Rock-Eval 6” və s. ki­mi müa­sir ana­li­tik ci­haz­lar­da apa­rı­lan mi­ne­ra­lo­ji, geo­kim­yə­vi, pet­roq­ra­fik, bi­tu­mi­no­lo­ji, spekt­ros­ko­pik, ter­moq­ra­vi­met­rik və pi­ro­li­tik təd­qi­qat­la­rın nə­ti­cə­lə­ri­nin in­terp­re­ta­si­ya­sı üçün dün­ya üz­rə geo­lo­ji ədə­biy­yat­lar­da ya­nar şist­lə­rin öy­rə­nil­mə­sin­də ən ge­niş is­ti­fa­də olu­nan mü­tə­rəq­qi ya­naş­ma­lar­dan, o cüm­lə­dən sta­tis­tik kor­rel­ya­si­ya­la­rın, in­deks­lə­rin, düs­tur­la­rın, disk­ri­mi­nant funk­si­ya di­aq­ram­la­rı­nın və s. tət­bi­qin­dən ge­niş is­ti­fa­də olun­muş­dur.

 

Mü­da­fiə­yə çı­xa­rı­lan əsas müd­dəa­lar

  1. Şər­qi Azər­bay­can­da Eosen-Mio­sen yaş­lı ya­nar şist­lə­rin za­man-mə­kan pay­lan­ma qa­nu­na­uy­ğun­luq­la­rı;
  2. Komp­leks mi­ne­ra­lo­ji-geo­kim­yə­vi təd­qi­qat­lar əsa­sın­da ya­nar şist­lə­rin əmə­lə­gəl­mə şə­ra­it­lə­ri;
  3. Tek­to­nik zo­na­lar üz­rə şist qa­zı və nef­ti­nin alın­ma­sı pers­pek­tiv­lə­ri və ya­nar şist­lə­rin proq­noz re­surs­la­rı.

 

Təd­qi­qa­tın el­mi ye­ni­li­yi

  1. Uzun­müd­dət­li çöl-təd­qi­qat və ax­ta­rış iş­lə­ri nə­ti­cə­sin­də çox­say­lı ye­ni ya­nar şist­li sa­hə­lər aş­kar­lan­mış və Azər­bay­can­da şist­li fa­si­ya­la­rın ya­yıl­ma əra­zi­lə­ri xə­ri­tə­ləş­di­ril­miş­dir;
  2. Pal­çıq vul­kan­la­rı və neft­li sü­xur­lar qey­də alı­nan tek­to­nik zo­na­lar­da ya­nar şist­li çö­kün­tü­lə­rin pay­lan­ma xü­su­siy­yət­lə­ri öy­rə­nil­miş, on­la­rın sa­hə­lər, struk­tur­lar və kə­si­liş­lər üz­rə ya­yıl­ma qa­nu­na­uy­ğun­luq­la­rı stra­tiq­ra­fik nöq­te­yi-nə­zə­rin­dən qiy­mət­lən­di­ril­miş­dir;
  3. Çox­say­lı nü­mu­nə­lə­rin təd­qi­qat­la­rı əsa­sın­da fərq­li neft­li-qaz­lı ra­yon­la­ra və Eosen-Mio­sen dia­pa­zo­nu­na aid ya­nar şist­lə­rin mi­ne­ra­lo­gi­ya­sı və geo­kim­ya­sı ət­raf­lı araş­dı­rıl­mış, on­la­rın mi­ne­ra­lo­ji və geo­kim­yə­vi təs­ni­fat­la­rı ve­ril­miş­dir. Bun­dan baş­qa, hə­min şist­lə­rin yet­kin­lik­lə­ri, kim­yə­vi aşın­ma­la­rı, ana tər­kib­lə­ri­nin gə­ti­ril­mə mən­bə­lə­ri, o cüm­lə­dən şist­li sü­xur­la­rın for­ma­laş­ma­sın­da püs­kür­mə maq­ma­tik məh­sul­la­rın, vul­kan kül­lə­ri­nin və hid­ro­ter­mal mən­bə­lə­rin rol­la­rı da öy­rə­nil­miş­dir;
  4. Geo­kim­yə­vi və mi­ne­ra­lo­ji gös­tə­ri­ci­lər əsa­sın­da şist­li sü­xur­la­rın pa­leo­geo­di­na­mik, pa­leo­tek­to­nik, pa­leo­höv­zə, pa­le­o­iq­lim əmə­lə­gəl­mə şə­ra­it­lə­ri re­konst­ruk­si­ya olun­muş, nə­ti­cə eti­ba­rı ilə ge­ne­zis­lə əla­qə­li mə­kan və za­man üz­rə qa­nu­na­uy­ğun­luq­lar mü­əy­yən­ləş­di­ril­miş­dir;
  5. Ya­nar şist­lə­rin tə­ka­mü­lü üçün sə­ciy­yə­vi he­sab olu­nan il­kin ana tər­kib­lər­lə ya­na­şı, pa­leo­geo­di­na­mik və pa­leo­tek­to­nik şə­rai­tin bər­pa­sı ilə əla­qə­li əl­də olu­nan ye­ni­lik­lər, öy­rə­ni­lən re­gio­nun mü­əy­yən geo­lo­ji dövr­lə­rə aid geo­di­na­mik və geo­tek­to­nik xü­su­siy­yət­lə­ri, o cüm­lə­dən baş ver­miş vul­ka­nizm­lə­rə da­ir çap olun­muş ədə­biy­yat ma­te­ri­al­la­rı­nın nə­ti­cə­lə­ri ilə uz­laş­dı­rıl­mış və on­lar ara­sın­da as­so­sia­tiv əla­qə­lər qiy­mət­lən­di­ril­miş­dir;
  6. Şist­li sü­xur­la­rın üz­vi mad­də ilə zən­gin­ləş­mə­sin­də və ke­ro­gen tip­lə­ri­nin for­ma­laş­ma­sın­da mi­ne­ra­lo­ji müx­tə­lif­li­yin, kim­yə­vi aşın­ma tem­pi­nin, vul­kan kü­lü­nün, həm­çi­nin pa­leo­höv­zə­nin tro­fik ti­pi­nin, də­rin­li­yi­nin, duz­lu­lu­ğu­nun və qi­da mad­də­si ilə tə­mi­ni­nin, o cüm­lə­dən bio­gen se­di­men­ta­si­ya­nın, xü­su­si­lə pa­leo­höv­zə­də çö­kün­tü­top­lan­ma sa­hə­si­nin yer­ləş­mə möv­qe­yi­nin və re­doks şə­rai­ti­nin müm­kün tə­sir­lə­ri araş­dı­rıl­mış, ya­nar şist­lə­rin aid ol­du­ğu hər bir stra­tiq­ra­fik va­hid üçün spe­si­fik xü­su­siy­yət­lər mü­əy­yən­ləş­di­ril­miş­dir;
  7. Üz­vi mad­də­nin bi­tum və ke­ro­gen tər­kib­lə­ri­nin müa­sir təd­qi­qat üsul­la­rı ilə araş­dı­rıl­ma­sı, ana sü­xur ki­mi şist­lə­rin po­ten­si­al­la­rı­nın və ter­mal yet­kin­lik­lə­ri­nin öy­rə­nil­mə­si­nə, ey­ni za­man­da tek­to­nik zo­na­lar və geo­lo­ji dövr­lər­lə əla­qə­li mü­əy­yən qa­nu­na­uy­ğun­luq­la­rın aş­kar­lan­ma­sı­na im­kan ver­miş­dir;
  8. Eosen-Mio­sen yaş­lı ya­nar şist­lə­rin geo­lo­ji və mi­ne­ra­lo­ji təd­qi­qat nə­ti­cə­lə­ri ilə ya­na­şı, həm­çi­nin on­la­rın neft və ya­xud qaz kar­bo­hid­ro­gen­lə­ri­nə ge­ne­ra­si­ya is­ti­qa­mət­lə­ri diq­qə­tə alın­maq­la, tek­to­nik zo­na­lar üz­rə şist qa­zı və nef­ti­nə gö­rə pers­pek­tiv­lər qiy­mət­lən­di­ril­miş­dir;
  9. Stra­tiq­ra­fik va­hid­lər üz­rə ya­nar şist­lə­rin tex­no­lo­ji xü­su­siy­yət­lə­ri təh­lil olun­muş, on­la­rın bir ne­çə ye­ni is­ti­qa­mət­də müm­kün is­ti­fa­də­lə­ri­nə da­ir tək­lif­lər irə­li sü­rül­müş və proq­noz re­surs­la­rı he­sab­lan­mış­dır.

 

Təd­qi­qa­tın nə­zə­ri və prak­ti­ki əhə­miy­yə­ti

İş­də is­ti­fa­də olu­nan qey­ri-ənə­nə­vi ya­naş­ma və me­to­do­lo­gi­ya­lar, həm­çi­nin təd­qi­qat möv­zu­su­nun ye­ri­nə ye­ti­ril­mə­si üçün mü­əy­yən­ləş­di­ri­lən məq­səd və və­zi­fə­lər, ümu­mi­lik­də Azər­bay­can­da çök­mə sü­xur­la­rın mi­ne­ra­lo­ji və geo­kim­yə­vi xü­su­siy­yət­lə­ri­nin, ge­ne­zi­si­nin və neft­qaz­lı­lıq pers­pek­tiv­lik­lə­ri­nin öy­rə­nil­mə­si üçün is­ti­fa­də olu­na bi­lər. Fərq­li geo­lo­ji ra­yon­la­ra və ya­şa aid şist­lə­rin təd­qi­qat nə­ti­cə­lə­rin­dən Azər­bay­can­da Eosen-Mio­sen yaş­lı di­gər çök­mə mən­şə­li li­to­tip­lə­rin öy­rə­nil­mə­si üçün is­ti­nad və mü­qa­yi­sə məq­sə­di ilə is­ti­fa­də edi­lə bi­lər. İn­di­yə­dək Azər­bay­can­da is­ti­fa­də olun­ma­yan ya­nar şist­lə­rin ye­ni çox­say­lı sa­hə­lə­ri­nin aş­kar­lan­ma­sı, şist­li fa­si­ya­la­rın ya­yıl­ma zo­na­la­rı­nın xə­ri­tə­ləş­di­ril­mə­si, on­la­rın zən­gin üz­vi və mi­ne­ral tər­kib­lə­ri­nin tex­no­lo­ji is­ti­qa­mət­lər və neft­qaz­lı­lıq baş­da ol­maq­la, xü­su­sən üz­vi lü­mi­no­fer­lə­rin və üz­vi güb­rə­nin alın­ma­sı məq­sə­di­lə pers­pek­tiv­lik­lə­ri­nin el­mi əsas­lan­dı­rıl­ma­sı, res­pub­li­ka­da neft-qaz  sə­na­ye­si­nin və di­gər sa­hə­lə­rin in­ki­şa­fı­na gə­lə­cək­də ge­niş töh­fə ver­mək­lə ya­na­şı, şist sə­na­ye­si­nin təş­ki­li­ni sti­mul­laş­dı­ra­caq­dır.


Avtoreferatı yüklə