Ana Səhifə / Fəaliyyət / Azərbaycan telemetrik stansiyalar şəbəkəsinin məlumatları əsasında zəlzələlər zamanı yaranan eninə dalğaların polyarizasiyasının təbiəti.

Avtoreferatlar

Azərbaycan telemetrik stansiyalar şəbəkəsinin məlumatları əsasında zəlzələlər zamanı yaranan eninə dalğaların polyarizasiyasının təbiəti.

Kazımov İlyas E.

(2011)

İşin məqsədi telemetrik stansiyalar şəbəkəsində çoxkanallı qeydiyyat yolu ilə eninə dalğaların polyarizasiya parametrlərinin qiymətləndirilməsi əsasında Böyük Qafqazın cənub yamaclarında yer qaböğönön üçölçülü anizatrop xüsusyyətlərinin öyrənilməsidir.
 
Tədqiqat işlərin nəticəsində aşağıdakı nəticələr alınmışdır:
- Azərbaycanın telemetrik stansiyalarında çoxkanallı qeydiyyat üsulu ilə alınmış rəqəmsal məlumatlara əsasən ilk dəfə olaraq eninə dalğaların polyarizasiya parametrlərinin qiymətləndirilməsi metodu tədbiq edilmişdir.Bu isə eninə dalğa nöqtələrinin hərəkət trayektoriyasını öyrənməyə, həmçinin onların müxtəlif dərinliklərdə istiqamətlərinin dəyişməsini analiz etməyə imkan verir.
- “DİMAS”, “SAC” (Seismic Analysis Code) və SHM (Seismic Handler Motif) proqramlar vasitəsi ilə üçkomponentli çoxkanallı qeydiyyatın sintezi və polyarizasiya-kinematik analiz metodları təkmilləşdirilmişdir.
- Böyük Qafqazın cənub yamaclarında azimut bucaqlarının qeyri-sabitliyi aşkar olunmuşdur. Dərinliyə görə polyarizasiya bucaqlarının artırılması və qeyri-sabit polyarizasiyası  olan dərinliklər müşahidə olunmuşdur.
- Polyarizasiya analizinin nəticələri əsasında, mühitin gərginlik vəziyyətini əks etdirən Svə S dalğaları arasındakı ləngimə vaxtlarını tapmaq üsulu təklif edilmişdir.

- Rəqəmsal məlumatları əsasında “Puasson” əmsalların dərinliyə görə qiymətləndirilməsi təklif olunmuş və tədqiq olunan sahənin gərginlik vəziyyəti ilə əlaqəsi aşkar edilmişdir.