Ana Səhifə / Fəaliyyət / İntensiv çökən hövzələrdə subasqılı sistemlərin formalaşması və onların neftqazlılığı (Cənubi Xəzər çökəkliyinin Pliosen kompleksi timsalında)

Avtoreferatlar

İntensiv çökən hövzələrdə subasqılı sistemlərin formalaşması və onların neftqazlılığı (Cənubi Xəzər çökəkliyinin Pliosen kompleksi timsalında)

Mehdiyev Ülvi Ş.

(2009)


CXÇ-nin də aid olduğu intensiv gömülən hövzələrin özünəməxsus çöküntütoplama, litogenez şəraitləri yaranır ki, bu da subasqılı sistemlərin əmələ gəlməsi və KH yataqlarının formalaşması, onların sahə və kəsiliş üzrə paylanmasını şərtləndirir. Dissertasiya işində MQ çöküntülərində neft və qazın axtarış kəşfiyyatının elmi əsaslandırılmış istiqamətlərini və bir sıra neftqazmədən məsələlərini həll etmək məqsədilə CXÇ-nin hidrogeoloji səciyyəsi hərtərəfli öyrənilmişdir. Aparılmış tədqiqatlar nəticəsində Pliosen subasqılı sisteminin hidrokimyəvi, termobarik xüsusiyyətləri, PÜM-un katagenezi öyrənilmiş, KH yataqlarının əmələgəmə sxemi işlənib hazırlanmış, neft, qaz-kondensat yataqlarının ayrılıqda proqnozlaşdırılması, onların işlənilməsinə nəzarət, tənzimlənməsi və s. metodlar təkmilləşdirilmişdir. Müəyyən edilmişdir ki, yeraltı suların ion-duz və mikrokomponent tərkiblərinin formalaşması bir çox proseslərlə, o cümlədən yeraltı suların regional qırılmalar, yüksək çatlılıq zonaları, palçıq vulkanlarının eruptivləri və s. ilə şaquli istiqamətdə hərəkətləri və onların çöküntü qatı kəsilişində müxtəlif nisbətlərdə qarışmaları ilə əlaqədardır.


Geoloji-hidrogeoloji məlumatların kompleks öyrənilməsi axtarış-kəşfiyyat işlərinin ilk növbədə aparılması üçün perspektivli rayonların və strukturların seçilməsinə imkan vermişdir.  

 
Dissertasiya işinin əsas nəticələri və tövsiyyələri “Azneft” İB, Qİİ və ayrı-ayrı neftqazçıxarma müəssisələrində tədbiq edilmişdir.