Ana Səhifə / Fəaliyyət / Bakı arxipelaqı karbohidrogen sistemlərinin geokimyası, dərin qatlarda neft-qazlılığın proqnozunun meyarı kimi

Avtoreferatlar

Bakı arxipelaqı karbohidrogen sistemlərinin geokimyası, dərin qatlarda neft-qazlılığın proqnozunun meyarı kimi

Cavadova Arzu S.

(2004)

Məlumdur ki, “Əsrin Kontraktı” imzalandıqdan sonra Respublikamızın Xəzər akvatoriyasının neft və qazlılığı bütün dünyanın diqqət mərkəzindədir və Bakı arxipelaqı zonasının dərin qatlarında karbohidrogen yataqlarının axtarışının zəruriliyi haqda Azərbaycan və dünya alimləri tam həmrəydirlər.


Lakin dərin təbəqələrdə karbohidrogen yataqlarının tipinin, faza halının və keyfiyyətinin proqnozlaşdırılması ilk növbədə Bakı arxipelaqı üzrə karbohidrogenlərin komponent tərkiblərinin tam açılmasını, həmçinin karbohidrogen sistemlərinin tam geokimyəvi səciyyəsi, onların mənşəyi, evolyusiya və miqrasiya qanunauyğunluqları haqqindaki məlumatlarının ehtimallıq dərəcəsini bu günki tələbat səviyyəsinə qaldırmağı, onları çatışmayan və Azərbaycanda icrası hələlik mümkün olmayan digər geokimyəvi tədqiqat nəticələrilə zənginləşdirməyi tələb edirdi.


Bakı arxipelaqının dərin qatlarındada neft-qazlılığın proqnozu kimi mühüm və çox mürəkkəb problemin geokimyəvi aspektlərdəki həllinə həsr olunmuş bu dissertasiya işinin analitik bazasını müəllifin ABŞ-da Unokal və Mobil şirkətlərinin elmi-tədqiqat mərkəzlərində (Kaliforniya, Texas) apardığı 150-dən çox tədqiqatlar edir ki, bunlarada onun əldə etdiyi 300-dən çox xromatoqram və xromato-mass-spektoqramların ən müasir üsullarla analiz və interpretasiyası aiddir.


Bu səbəbdən də dissertasiya işinin əsas elmi nəticələri və tövsiyyələri əsasən müəllifin (beynəlxalq səviyyədə qəbul olunmuş Unokal və Mobil şirkətlərinə məxsus) xüsusi analiz metodikaları ilə əldə etdiyi analitik nəticələrə, bunlara əsasən İBM və SUN Work Station sinfinə məxsus EHM-larından və müxtəlif komypyter tədqiqat proqramlarından – Basin Mod (Plate River Assoc. Və s.) istifadə etməklə, həmçinin “neft-ana süxur” korrelyasiyasından və, ümumiyyətlə, biomarker texnologiyasının metodlarından istifadə etməklə apardığı tədqiqatlardan əldə etdiyi nəticələrə əsaslanir.


Bu nəticələr təqdim edilən avtoreferatda və müəllifin burada göstərilmiş elmi məqalələrində ətraflı şərh edilmişdir.