Ana Səhifə / Haqqımızda / Şöbələr / Neftin geokimyası laboratoriyası

Neftin geokimyası laboratoriyası

Şöbə rəhbəri: fizika-riyaziyyat elmləri doktoru Martınova Qalina Serqeyevna

Telefon: (+99412) 5100141
Faks: (+99412) 4975285
E-mail: martgs@rambler.ru

Tədqiqat istiqamətləri:

  • neft geokimyası
  • neft biomarkerlərin öyrənilməsi
  • xromatomass-spektrometriya
  • element analizi
  • işığın dinamik paylanması
  • TQA/DSK tədqiqi


Azərbaycan neftlərinin geokimyəvi tədqiqi respublika və xarici alimlərin işlərinə əsaslanır: H.Aşumov, F.Səmədova, İ.Quliyev, A.Hacı-Qasimov, A.Kantorovic, O.Bajenova, Al.A.Petrov, Q.Qordadze, J.Xant, B.Tisso, D.Velte.


Geokimyəvi üsulların tətbiqi, üzvi maddələrin, onların bitum və karbohidrogen tədqiqi və Abşeron arxipelaqının neftqazlılığının  geokimyəvi müəyyən etməsi nəticəsində mühim və maraqlı nəticələr alınmışdır.


Fluidlərin geokimyəvi kriteriyaların öyrənilməsi nəticələri əsas götürülərək şöbə işçiləri tərəfindən karbohidrogenlərin faza vəziyyəti müəyyən edilir.


Bununla əlaqədar aşağıdakı istiqamətlər  üzrə tədqiqat aparılır: neftin xarakteristikası və tipizasiyası; neftin əmələgəlmə mənbəyi; naftidlərin katagenetik qiymətləndirilməsi və müqayisəsi. Bununla yanaşı neftlərdə aşkar edilən mikroelementlərin paylanması öyrənilir.


Vanadium və nikel elementlərinə- biogent element olmaları ilə bağlı daha çox diqqət ayrılır.


Şöbədə neftin komponentləri də tədqiq edilir: alkanlar, tsiklanlar və izoprenoidlər. fraksiya tərkibi C3-C40. n-alkanlar vasitəsilə neftlər geokimyəvi tiplərə ayrılır.


Biomarkerlər- fingerprint olaraq təbii neftləri xarekterizə edən karbohidrogenlərdir. Onların quruluşu və bioloji əsasları nəzərə alınaraq, neftin yetişməsi, kategenez mərhələləri, mühitin oksidləşmə-reduksiya şəraiti və üzvi maddələrin toplanması haqqında fikir söylənilir.


Işığın dinamik paylanması metodu vasitəsilə neftlərdə nanorazmerlik quruluş müəyyən edilir.


“Neft geokimyası” şöbəsində müasir instrumental analiz üsüllari ilə aparılan tədqiqatlar və işləmələr dənizdə və quruda neftgazlılığın prognozı ilə əlagədar mühüm məsələr həllinə öz töhvələrini vərir.


Şöbə əməkdaşları tərəfindən «Azərbaycan Nefti» atlas hazırlanır.


Misal kimi iki yataq nümayiş etdirilir: Neft daşları və Kürovdağ.