Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Haqqımızda / Şöbələr / İctimaiyyətlə əlaqələr şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Şöbə rəhbəri: Nəzərli Şirməmməd Dadaş oğlu
Şöbədə 11 nəfər, o cümlədən 1 elmlər namizədi çalışır.
Telefon: (+99412) 5393962
E-mail: nazarli@yandex.ru
Fəaliyyət istiqamətləri:
- şöbə özünün əsas funksiyası kimi institutda aparılan eilmi-tədqiqat işləri ilə ölkə ictimaiyyətini mütəmadi və operativ məlumatlandırır;
- şöbə fəaliyyətini AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi ilə əlaqələndirir;
- şöbə institutun bütün fəaliyyət sahələrinin KİV-lərdə işıqlandırılması üçün bütün mövcud vasitələrdən istifadə edir: press-relizlər hazırlayır, görülmüş işlər barədə operativ informasiya yayır, planlaşdırılan tədbirlər barədə məlumat hazırlayır, institut alimləri ilə müsahibələr təşkil edir;
- şöbə ictimaiyyətə çatdırılması nəzərdə tutulan informasiyanın vizuallığını maksimum təmin etməyə çalışır: ölkə TV-ləri ilə əlaqələri genişləndirir, yazılı mediada informasiyanın fotolarla müşa- yiət edilməsini reallaşdırır;
- şöbə KİV mənsublarını institutda təşkil edilən tədbirləri işıqlandırmaq üçün səfərbər edir və bu zaman institut alimləri ilə açıqlama, müsahibə və digər jurnalistika janrlarında materiallar hazırlanması işində yaxından iştirak edir;
- şöbə ölkə mətbuatında instituta aid materialların monitorinqini aparır və bu barədə rəhbərliyə məlumat verir; mətbiatda institutun fəaliyyəti ilə bağlı yanlış, təhrif edilmiş və ya qərəzli mülahizələrə cavab hazırlayır, bunların aradan qaldırılması üçün tədbir görür;
- şöbə institutun yubiley tədbirlərinin səmərəli təşkilində öz funksiyasına uyğun fəal iştirak edir.