Ana Səhifə / Fəaliyyət / Qeyribircins layların işlənilməsinin intensivləşdirilməsi əsasında neftçıxarmada texnoloji proseslərin səmərəliyinin artırılması

Avtoreferatlar

Qeyribircins layların işlənilməsinin intensivləşdirilməsi əsasında neftçıxarmada texnoloji proseslərin səmərəliyinin artırılması

Salavatova Raviya Ş.

(2007)

Dissertasiya işində qeyribircins iki ölçülü neft layı modellərində aparılmış eksperimental tədqiqatlar nəticəsində laya su vurulması prosesləri zamanı litoloji tərkib xüsusiyyətlərinin nəzərə alınması vacibliyi və neft vermə əmsalına temperaturun təsiri göstərilmişdir.
 
 
Su vurulması prosesləri zamanı zonalar üzrə qeyribircins laylarda su vurucu quyuların kiçik keçiricikli sahələrdə işə salınması yatağın işlənilməsinin səmərəli olmasına və neft vermə əmsalının artmasına səbəb olmuşdur.

 
Parafinli neft verən qeyribircins, gilli laylarda vurulan suyu HB-3-10 tipli yeni kompozisiyanın əlavə edilməsi tətbiq edilmidir. Bu reagentin tətbiqi “neft-su” sərhədində səthi gərilmə qüvvəsinin azalmasına və neftveriminin əhəmiyyətli artmasına səbəb olur.

 
'Qum-dəniz” yatağı, Balaxanı lay dəstəsi VII, VIII və IX horizontlarının texnoloji göstəricilərinin təhlili nəticəsində VII və VIII horizontların vahid istismar obyektində birləşməsinin mümkünlüyü göstərilmişdir ki, bu da neftçıxarma prosesləri proqnoz göstəricilərinin işlənilmə mərhələlərindən asılı olaraq qiymətləndirilməsi ilə sübuta yetirilmişdir.

 
Laya su təsirinin qiymətləndirilməsi və texnoloji proseslərin tənzimlənməsi “Günəşli” yatağının (3 blok fasilə lay dəstəsi) bir qrup quyusunda aparılmış, korrelyasiya ölçüsü üsulu vasitəsilə su təsirinə məruz qalan quyular müəyyən edilmiş, əhatə olunma zonalar qurulmuş və tənzimləmə işləri aparılmışdır.

 
Nəticədə, 267 və 258 saylı suvurucu quyular ətrafındakı 260, 261 və 265 saylı neftverən quyulaarda hasilat artmışdır.

 
Aparılmış tətbiq tədbirləri nəticəsi 1253 ton əlavə neft alınmış və iqtisadi səmərə 27092 AZN təşkil etmişdir.