Ana Səhifə / Fəaliyyət / Şamaxı-Qobustan rayonunun maykop çöküntülərinin spor-tozcuq kompleksləri və onların stratiqrafik əhəmiyyəti

Avtoreferatlar

Şamaxı-Qobustan rayonunun maykop çöküntülərinin spor-tozcuq kompleksləri və onların stratiqrafik əhəmiyyəti

Bayramova Şəfəq Şəmsəddin qızı

2512.01 – Ümumi və regional geologiya

Şamaxı-Qobustan rayonunun maykop çöküntülərində aparılan sportozcuq tədqiqatlarına görə aşağıdakı nəticələr əldə olunub:

Öyrənilən rayonun maykop çöküntülərində üstünlük təşkil edən tozcuq qrupu meşəlik tozcuğudur. Çılpaqtoxumlular qrupunda Taxodiaceae tozcuqları çoxluq təşkil edir. Spektrlarda şam ağacının tozcuqları azlıq təşkil edir onun yeganə maksimal (9%) göstəricisi xatt mərtəbəsinin orta qatlarına düşür.

Rupel mərtəbəsinin yuxarı qatları istisna olmaqla maykopu bütovlükdə Şamaxı-Qobustan rayonu üçün palinostratiqrafik sxem və 14 palinostratiqrafik kompleks xarakterizə edir. Aşağı maykop üçün bunlar I, II – rupel; III, IV, V, VI – xatt; yuxarı maykop üçün VII, VIII, IX –qafqaz; Х, XI, XII - sakaraul, XIII, XIV –kotsaxurdur.

Yuxarı maykop (qafqaz, sakaraul, kotsaxur) palinokomplekslərinin floristik tərkibi komplekslərdə tozcuqların çoxluğunun azlıqla (ancaq iynəyarpaqlılar təşkil edir) nöbələşməsi ilə fərqlənir. Bunun sedimentasiya prosesi ilə əlaqədar olması güman edilir.

Maykop seriyasının palinoloji öyrənilən kəsilişlərində (Pirəkişkül, İslamdağ, Şıhzahırlı, Xilmili “poltav” parotropik eosen florası (palma, siyateylilər) həmişəyaşıl aralıqdənizi (maqnoliya, sərv, şabalıd, qoz) elementləri, və “turqay” tipli (fıstıq, vələs, qarağac, cökə, fındıq) mülayim yarpağı tökülən florasına xas olan əlamətlərlə xarakterizə olunur. Bu da həmin rayonda öyrənilən zaman kəsiyində nəm subtropik iqlim şəraitini göstərir.

Tozağacının əmələgəlməsi ilə müşahidə olunan maykop zamanında ilk soyuqlaşma prosesi ruppelin əvvəllərində qeyd olunur. Maykop dövrünün ən soyuq şəraiti – aralıqdənizi kserofil və ponqolarktik mülayim soyuğadavamlı floranın nümayəndələrinin maksimal mövcudluğu xatt mərtəbəsinin ikinci yarısında qeyd olunur.

Aşağı maykopdan yuxarı maykopa doğru spektrların tərkibində tozağacının və sərv ağacının tozcuqları artır. Poltav (Palmae, Ginkgo, Cyatheaceae) və araliqdənizi florası nümayəndələrinin tozcuqları ilə birgə tozağacının tozcuqlarının 20%-dək, qızılağacın 9%-dək və sərv ağacının 11% -dək olması yuxarı maykop (aşağı miosen) çöküntülərini aşağı maykop (oliqosen) çöküntülərindən fərqləndirmək üçün yaxşı palinostratiqrafik meyardır.

Beləliklə, Böyük Qafqazın Cənubi-Şərq qutaracağının (ŞamaxıQobustan rayonu) maykop seriyasının Azərbaycanın ən yeni tarixində ilk dəfə aparılmış palinoloji araşdırmaların nəticəsində maykop çöküntülərinin Azərbaycanın digər bölgələrində də palinostratiqrafik araşdırılması zərurətini ortaya çıxarır. Bu zərurət maykop çöküntülərinin altda və üstə yatan qatların öyrənilməsinə də aiddir ki, bu da öz növbəsində digər paleontoloji araşdırmalarla bərabər Böyük Qafqazda gələcək geoloji-kəşfiyyat işlərinin palinostratiqrafik əsasını qoymağa imkan yaradacaqdır.