Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Haqqımızda / Şöbələr / Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi
Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi
Şöbə rəhbəri: Sadıqov Nazim Məhərrəm oğlu
Telefon: (+99412) 5393440
E-mail: sadikhov.nm@gia.ab.az
Analitik işlər mərkəzi aparıcı dünya istehsalçılarının avadanlıqları ilə təchiz edilmişdir.
Mərkəzin əsas vəzifəsi – analizlərin keyfiyyətli və operativ şəkildə yerinə yetirilməsidir.
Analizlər beynəlxalq (Almaniya, Yaponiya, Rusiya) standartlar və metodlar üzrə aparılır. Tədqiqat obyektləri mineral xammal (filiz və qeyri-filiz), torpaq (kimyəvi tərkib, mikroelementlər), dag-mədən və kənd təsərrüfatı istehsalının tullantıları, eləcə də içməli və texniki sular, istənilən qeyri-üzvi (bərk və maye halda) maddələrdir.
Analitik mərkəzdə aşağıdakı bölmələr yaradılmışdır:
1. Nümunələrin qəbulu və onların analizə hazırlanması (avtomatik “Herzog” kompleksi, avtoklav – Sineo MBES-86 mikrodalğalı soba).
2. Optiki mikroskopiya (skanerli elektron mikroskopu JEOL JSM-6610LV):
- dənələrin forma və ölçülərinin eyni vaxtda tədqiq edilməsi;
- dənə və fazaların ölçülərə görə paylanması;
- tədqiq olunan nümunələrin sahəsi üzrə kimyəvi elementlərin paylanması və faza tərkibinin müəyyən edilməsi.
3. Mass-spektrometrik analiz (İCP-MS 7700e markalı induktiv əlaqəli plazmalı mass-spektrometr). Bu üsul ion mənbəyi kimi induktiv əlaqəli plazmanın istifadəsinə əsaslanıbdır. Bölgü və aşkarlanma üçün spektrometr seçilmiş ionun izotop analizini həyata keçirməyə imkan verir.
4. Atom-absorbsiya və alovlu fotometriya (Agilent technologies 200 series AA).
5. Rentgen-spektral analiz (çoxkanallı rentgen-spektrometr RFA, universal S8 TİGER).
6. Rentgen faza analizi (Rentgen difraktometr Miniflex 600):
- vəsfi və miqdari faza analizi;
- kristallaşma dərəcəsinin təyini;
- kristallitlərin ölçüsünün və kristal qəfəsinin təhriflər səviyyəsinin təyini;
- qəfəsin parametrlərinin dəqiqləşdirilməsi;
- Ritveld üsulu ilə materialın strukturunun dəqiqləşdirilməsi;
- molekulyar strukturun təyini.
Analitik mərkəzdə Geologiya və Geofizika İnstitutu və AMEA-nın institutlarının elmi-tədqiqat işləri üçün lazım olan tam kimyəvi və mineraloji analizlərin yerinə yetirilməsi ilə yanaşı, digər təşkilatların ödənişli sifarişləri də aparılır.