Avtoreferatlar
Abşeron yarımadası yeraltı sularının geoekoloji təhlükəsizliyinin qiymətləndirilməsi və qorunması
Məmmədov İsmayıl Rəşxan oğlu
2518.01 - Hidrogeologiya
Respublikamızda ekoloji tarazlığın ən çox pozulduğu, urbanlaşmanın yüksək dərəcəyə çatdığı, yerli su ehtiyatları az olduğundan içməli suya böyük ehtiyacı olan Abşeron yarımadasında yeraltı su mənbələri və ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, onlardan səmərəli istifadə üsullarının optimallaşdırılması və geoekoloji təhlükəsizliyinin qiymətləndirilməsi işin aktuallığını müəyyənləşdirir.
Abşeronun geoekoloji təhlükəsizliyinin təmini məqsədilə yarımadanın sulu təbəqəsinin məkan-koordinatlar bazası əsasında geofiltrasiyanın geoinformasiya-riyazi kompüter modelinin hazırlanmasıdır.
Abşeron yarımadası yeraltı sularının əmələgəlməsinin konseptual modeli işlənilib və sərhəd şərtləri əsaslandırılıb; yarımadanın aktiv su mübadiləsi zonasının hidrogeoloji şəraiti üçün “MODFLOW” kompüter proqramının uyğunlaşdırılması həyata keçirilib; Abşeron yarımadasının geoekoloji təhlükəsizliyi məsələlərin həlli üçün aktiv su mübadiləsi zonasının geofiltrasiya kompüter modeli hazırlanıb; Abşeron yarımadasının geoekoloji təhlükəsizliyi məqsədilə hidrogeoloji rayonlaşdırma sxemi hazırlanıb;
Aparılan tədqiqatlar əsasında aşağıdakı qrafiki materiallar hazırlanmışdır: qrunt sularının yatma dərinliyi və hidroizohips xəritələri; yeraltı suların su keçiricilik əmsalı xəritəsi; yeraltı suların minerallaşma dərəcəsi xəritəsi və yarımadanın hidrogeoloji rayonlaşdırma xəritəsi.
Alınan nəticələr NATO-nun maliyyələşdirdiyi qrant (№ 981313), Ukrayna Elmi-Texniki Mərkəzin maliyyələşdirdiyi (№ 4802) layihədə və Dübəndi Neft Terminalının su təhçizatı layihəsində (Təsərrüfat müqaviləsi 19.10.2010-cu il, №18) istifadə olunmuşdur