Ana Səhifə / Fəaliyyət / Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS məlumatları əsasında tədqiqi

Avtoreferatlar

Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS məlumatları əsasında tədqiqi

Səfərov Rafiq Tofiq oğlu

2507.01 - Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
(2014)

Azərbaycan Respublikasının ərazisi Avrasiya və Ərəbistan plitələrinin aktiv toqquşma zonasında yerləşir. Bu toqquşma prosesi başlayan zamandan bu günə kimi Ərəbistan plitəsinin şimala tərəf hərəkətinin orta sürəti sabit qalıb və təqribən 20 mm/il olmaqdadır. Bu şərtlər daxilində Ərəbistan plitəsinin Avrasiya qitəsinə tərəf 200-600 km irəlilədiyi hesab edilir. Ərəbistan plitəsinin Avrasiya qitəsinə doрru bu şəkildə davamlı hərəkəti nəticəsində yer qabığında deformasiyalar və yer səthinin xətti ölçülərində qısalmalar baş verir. Bu regionun geodinamik aktivliyinə səbəb olan deformasiya prosesləri zaman-zaman özünü zəlzələlər və palçıq vulkanı püskürmələri ilə büruzə verir. Burada seysmik hadisələrin sayının çox olmasına baxmayaraq güclü daрıdıcı zəlzələlər nadir hallarda baş verir və əksər hiss edilən zəlzələlər regional qırılmalar ətrafında cəmlənmişdir.

Regionda baş verən təhlükəli geoloji proseslərin mexanizmlərinin başa düşülməsi və proqnozu məqsədi ilə yer qabığında baş verən müasir hərəkətlərin öyrənilməsi olduqca vacib problemdir.

Yer qabığında baş verən tektonik hərəkətlərin xüsusiyyətlərinin tədqiqi zəlzələlərin proqnozu və geoloji proseslərin səbəblərinin öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Qafqaz ərazisi intensiv deformasiyalar zonasında yerləşdiyindən bunun dəqiq öyrənilməsi regionun geodinamik şəraitinin tədqiqi üçün böyük töhfə verməkdədir. Yer qabığı hərəkətlərini və deformasiyalarını öyrənmək məqsədi ilə geodeziya və geofizikanın müxtəlif üsulları tətbiq edilir. Müasir üsullar içərisində son illərdə intensiv olaraq kosmik geodeziyanın Qlobal Mövqe Sistemi - GPS (Global Positioning System) tətbiq olunmaqdadır. Ötən əsrin 80-ci illərindən başlayaraq GPS təkrar ölçüləri plitələrin hərəkələrini və plitələrdəki deformasiyaların, koseysmik və postseysmik deformasiyaların, və həmçinin digər tətbiqi geofiziki məsələlərin öyrənilməsində istifadə edilməyə başlanmışdır (K.L.Feigl (2000), J.T.Freymueller (2001), R.Galas (2004), B.H.Hager (2005), T.A.Herring (2011), S.Larsen (2010), K.M.Larson (2004), Ch.Reigber (2004), R.E.Reilinger (2012), Z.K.Shen (2000), McClusky (2012), R.Kinq (2012), A.Barka (2000) və başqaları).

Beləliklə, Azərbaycan ərazisində kosmik geodeziya üsulu ilə geodinamik müşahidələrin aparılması və kinematik xarakteristikaların təyin edilməsi son dərəcə aktual problemdir. Digər tərəfdən ərazidə kinematik parametrlərdən asılı olaraq deformasiya proseslərinin qanunauyрunluqları da bu günə qədər araşdırılmamışdır və bu problemin öyrənilməsi də böyük elmi və təcrübi maraq kəsb edir.

Bu dissertasiya işi Azərbaycan GPS şəbəkəsində aparılan monitorinq məlumatları analiz edilərək ərazinin kinematik xarakteristikalarının və Yer qabığının üfüqi hərəkətlərinin səbəb olduрu deformasiyaların öyrənilməsi kimi aktual problemə həsr edilmişdir.

1998-ci ildən AMEA Geologiya İnstitutu Massaçusets Texnologiya İnstitutu ilə birlikdə Azərbaycan GPS şəbəkəsini qurmuş və yer səthinin üfüqi hərəkətlərinin öyrənilməsi məqsədi ilə monitorinq aparır. Azərbaycan GPS şəbəkəsində və ətraf ərazilərdəki (Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və İran) GPS məlumatları Qafqaz ərazisinin müasir geodinamikasını regional öyrənməyə və deformasiyaları qiymətləndirməyə imkan verir. GPS və seysmoloji məlumatların birlikdə müasir metodlarla interpretasiya edilməsi Azərbaycan və qonşu ərazilərin deformasiya xüsusiyyətlərini dəqiqləşdirmək üçün mühüm məlumat bazasıdır