Ana Səhifə / Fəaliyyət / Misxan-Zəngəzur zonasının kollizion inkişaf mərhələsinin nəcib metal filizləşməsinin endogen minerageniyasi və proqnozu (Mehri-Ordubad qranitoid intruzivinin cənub-qərb təmas zolağı)

Avtoreferatlar

Misxan-Zəngəzur zonasının kollizion inkişaf mərhələsinin nəcib metal filizləşməsinin endogen minerageniyasi və proqnozu (Mehri-Ordubad qranitoid intruzivinin cənub-qərb təmas zolağı)

Kərimli Ülkər İbrahim qızı

2520.01 – Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya

İlk dəfə olaraq Misxan-Zəngəzur zonasının kollizion inkişaf mərhələsinin Mehri-Ordubad qranitoid intruzivinin cənub-qərb təmas zolağı timsalında nəcib metal filizləşməsinin endogen minerageniyası və proqnozu öyrənilmişdir. Nəcib metal filizləşməsinin bütün amilləri öyrənilmişdir və bunun əsasında Mehri-Ordubad batolitinin endo- və ekzokontakt zolağının qızıllılığının axtarış və proqnoz qiymətləndirilməsi üçün etibarlı kriteriyalar tərtib edilmişdir. Metallogenik yüklü geoloji-struktur xəritələr Mehri-Ordubad qranitoid intruzivinin cənub-qərb təmas zolağının yataqlarının yerləşməsini və proqnoz qiymətləndirilməsini müəyyən edən əsas faktorların təhlili üçün əsas olmuşlar. Filizləşmənin yerləşməsində və lokallaşmasında iri, xüsusən şimal-qərb (enlik dairəsinə yaxın) istiqamətli iri pozulmaların mühüm rolu göstərilmişdir, uzun müddətli inkişaf tarixinə malik olan bu strukturlar maqma- və filizötürücü kanal rolunu oynamaqla, qranitoidlərin və filizləşmənin eyni bir mənbədən qidalandığını göstərir. İlk dəfə olaraq qızıldaşıyan Misxan-Zəngəzur zonasının yataqlarının strukturu dəqiq tədqiq edilmiş, blok tektonikasına baxılmış və paz şəkilli qaldırılmış blokların qızıl filizləşməsi ilə əlaqəsi izah edilmişdir. Yataqların hidrotermal mənşəyi əsaslandırılır, süxurların hidrotermal dəyişmə intensivliyi ilə filizləşmənin bilavasitə əlaqəli olması göstərilir, filizlərin mineraloji xüsusiyyəti təsvir edilir, xüsusən geniş yayılmış sulfidlərin (pirit, xalkopirit) qızıldaşıması sübut edilir, müxtəlif tip yataqların yerləşmə qanunauyğunluqları və axtarış kriteriyaları dəqiqləşdirilir. Region üçün qızıl-mis-molibden, qızıl-mis-porfir, qızıl-sulfid-kvars yataqlarının yayılması və mühüm praktiki əhəmiyyət daşıması əsaslandırılır. Mehri-Ordubad batolitinin endo- və ekzokontakt zolağının daha yaxşı öyrənilmiş geoloji-sənaye tip yataqları üçün axtarışproqnoz modelləri tərtib edilmişdir. Bütün göstərilmələrin nəticəsi olaraq, axtarış və kəşfiyyat işlərinin aparılmasında birinci, ikinci və üçüncü dərəcəli obyektlər ayrılmışdır.