Ana Səhifə / Fəaliyyət / Qazaxıstan yataqları timsalında laya və quyudibi zonaya təsirin yeni üsullarının işlənməsi və tətbiqi

Avtoreferatlar

Qazaxıstan yataqları timsalında laya və quyudibi zonaya təsirin yeni üsullarının işlənməsi və tətbiqi

Abitova Ayqul Joldasovna

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı


Uzun illər ərzində Qazaxıstan yataqlarında laya və quyudibi zonaya təsirin müxtəlif üsullarının layihə qərarları, təcrübi-sənaye sınaqları və sənayedə tətbiqi müvəffəqiyyətlə həyata keçirilmişdir. Lakin buna baxmayaraq göstərilən yataqlarda neftvermə əmsalı kiçik olaraq qalır. Bununla əlaqədar laya və quyudibi zonaya təsirin yeni səmərəli üsullarının işlənməsi aktual məsələ olaraq qalır.

Dissertasiyada neft yataqlarına su-qaz təsirinin (SQT) yeni üsulu işlənmişdir. Laboratoriya şəraitində SQT-nin müxtəlif variantları tədqiq edilmişdir. Əldə edilmişdir ki, sulaşmaya nisbətdə sıxışdırma əmsalının artması: metan ilə SQT zamanı – 9,4%; azot ilə SQT zamanı – 7,0%; metan+SAM ilə SQT zamanı – 12,0%; azot+SAM ilə SQT zamanı – 9,0%; polimerlə sulaşdırma zamanı – 2,4% təşkil edir. Laboratoriya işlərinin nəticələri vurulan qaz və su həcminin nisbətinin, işləmənin real şəraitindən asılı olaraq 0,2-0,5 diapazonunda istifadəsini məsləhət görməyə imkan verir.

Karbohidrogen qazlarının təmizlənməsində azotla zənginləşdirilmiş havanın və hidrogen sulfidlə zənginləşdirilmiş suyun əldə edilməsi texnologiyası işlənən neftqaz yataqlarında lay təzyiqinin saxlanılması zaman işçi agent qismində geniş tətbiqini tapa bilər.

Qatılaşmış su haşiyəsinin özlülüyünün tənzimlənməsi əsasında yeni axın istiqamətini dəyişdirən texnologiya (ADT) işlənmişdir. Laboratoriya şəraitində sulaşdırmadan sonra qatılaşmış su haşiyəsinin müxtəlif modifikasiyalarının vurulması ilə qalıq neftin sıxışdırılma əmsalı tədqiq edilmişdir. Göstərilmişdir ki, maksimum əlavə neft hasilatı haşiyənin özlülüyünün sulaşdırma üçün istifadə edilən suyun özlüyündən 45% yüksək olduğu zaman əldə edilir.

Quyunun quyudibi zonasına selektiv təsirin yeni üsulu məhsuldar layın aşağı perforasiya olunmuş intervalının qum stəkanı ilə örtülməsi və qum stəkanının üzərində onun hermetikləşdirilməsi üçün konteynerin kanat texnikasıyla istifadəsi ilə gil tıxacının yaradılması yolu ilə işlənmişdir.

“Kalamkas” yatağının Ю-1С horizontunda, təcrübə sahəsində geoloji modelin qurulması əsasında SQT texnologiyası layihələndirilmişdir. Bununla bərabər SQT texnologiyalarının həyata keçirilməsi laya qaz və SAM ilə işlənmiş suyun birlikdə, köpüyəbənzər sistem şəklində vurulması ilə məsləhət görülmüşdür. Təcrübə sahəsinin Schlumberger şirkətinin «Eclipse-100» proqram dəsti vasitəsi ilə hidrodinamiki model yaradılmış və onun işləmənin faktiki göstəricilərinə uyğunlaşdırıkmsı əsasında SQT texnologiyasının həyata keçirilməsi prosesinin əsas işlənmə göstəricilərinin – (qaz, maye, su və neft hasilat)ı daxil olmaqla, dinamikası əldə edilmişdir. Belə ki, toplam əlavə neft hasilatı 5 il ərzində 2699 min ton təşkil etmişdir. Təklif olunan layihəyə uyğun olaraq yataqda SQT texnologiyasının təcrübisınaq tətbiqinə başlanmışdır.

2013-cü ildə “Uzen” yatağında POLY-T-101, Alkoflad, FP-307 markalı poliakrilamidlərin istifadəsi ilə təklif olunan ADT-nın təcrübi-sənaye sınağı keçirilmişdir. Tədbir 73 quyuda yerinə yetirilmişdir. ADT-nin səmərəliliyinin təhlili göstərmişdir ki, bu texnologiya sulaşmanın aşağı düşməsinə, hasilat quyularının debitinin yüksəlməsinə səbəb olmuşdur. Vurucu quyuların təsiri altında olan 311 ətraf quyudan 171-i təsirə reaksiya göstərmişdir. 2013-cü ildə ümumi toplam əlavə neft hasilatı 103,33 min ton təşkil etmişdir.