Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Haqqımızda / Şöbələr / Seysmogeoloji tədqiqatlar şöbəsi
Seysmogeoloji tədqiqatlar şöbəsi
Şöbə rəhbəri: AMEA-nın həqiqi üzvü Məmmədov Pərviz Ziya oğlu
Telefon: (+99412) 5100141
Faks: (+99412) 5375285
E-mail: parviz08@list.ru
Tədqiqatların istiqamətləri:
- Cənubi Xəzər Hövzəsinin (CXH) litosferində əksetdirici və sındırıcı seysmik sərhədlərin geoloji mənşəyi;
- CXH-də konsolidə olunmuş yer qabığının tədqiqi;
- çöküntü qatının seysmostratiqrafik və sekvens stratiqrafik vahidləri;
- CXH-nin böyük dərinliklərə sürətlə çökməsinin tektonik və geodinamik səbəbləri;
- CXH-nin təkamülünün mərhələləri;
- Azərbaycanın neftli-qazlı Məhsuldar qatının (erkən pliosen) mənşəyi və yaranmasının paleotektonik, sedimentoloji və evstatik şəraitlərinin tədqiqi.
Şöbədə CXH-nin dərinlik quruluşu, onun konsolidə olunmuş qabığı və çöküntü qatı daxilində seysmostratiqrafik vahidlər öyrənilir.
Tədqiqatlar nəticəsində təsbit olunmuşdur:
- Cənubi Xəzər Hövzəsi kənar dənizin qalığıdır və okean tipli qabıq üzərində inkişaf etmişdir;
- orta miosendən başlayaraq, xüsusilə pliosenin sonunda hövzənin okean qabığı platforma altına subduksiya edir;
- çöküntü qatında regional izlənilən seysmik horizontlar və uyğunsuzluq səthləri aşkarlanmışdır. Bunlar çöküntü qatını 10 seysmostratiqrafik vahidə ayırır;
- Orta xəzərdə metamorfik substrat üzərində qırışıq keçid kompleksi və plitə kompleksləri ayrılır;
- CXH-nin yer qabığının çox böyük dərinliklərə çökmısindı subduksiyanın rolu aşkarlanmışdır;
- Neftli-qazlı Məhsuldar qatın flüvial-delta mənşəyi və yaranma şəraiti öyrənilmişdir. Məhsuldar qatın lay dəstələri və horizontlarının pazlaşma zonaları aşkarlanmış və xəritələnmişdir.