Ana Səhifə / Fəaliyyət / Bakı şəhəri ərazisi qruntunun güclü titrəyişlərinin mikroseysmik məlumatlara və hiss edilən ssenar zəlzələlərin parametrlərinə əsasən modelləşdirilməsi

Avtoreferatlar

Bakı şəhəri ərazisi qruntunun güclü titrəyişlərinin mikroseysmik məlumatlara və hiss edilən ssenar zəlzələlərin parametrlərinə əsasən modelləşdirilməsi

Babayev Qulam Rüstəm oğlu

2507.01 - Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
(2017) 

Qruntun güclü titrәyişlәrinin öyrәnilmәsi vә qiymәtlәndirilmәsi inteqrasiya olunmuş mәsәlәdir ki, burada seysmogeodinamik, mühәndisi vә geofiziki tәdqiqatların bütün nәticәlәrini nәzәrә almaq zәruridir. Bu zaman makroseysmik vә mikroseysmik parametrlәri nәzәrә almaq, mövcud seysmiklik kataloqları materialları әsasında әrazinin tarixi seysmikliyini öyrәnmәk, zәlzәlәlәrin maksimal mümkün maqnitudalarını qiymәtlәndirmәk vә zәlzәlәlәrin tәkrarlanma periodlarını öyrәnmәk vacibdir. Çünki seysmikliyin öyrәnilmәsindә daha uzun zaman intervalının nәzәrdәn keçirilmәsi zәruridir. Demәli, seysmikliyin qiymәtlәndirilmәsi üçün yalnız instrumental mәlumatlardan istifadә zәrurәti kifayәt deyil. Bütün bunlar qruntun hәrәkәtinin (layın tәcili, sürәti vә yerdәyişmәsi) seysmik intensivliyi vә parametrlәrinin qiymәtlәrindәki seysmik tәsirlәri tәdqiq etmәyә vә nәhayәt, torpağın hәrәkәtinin (qruntun maksimal tәcili, sürәti vә yerdәyişmәsi) güclü titrәmәlәrinin vә seysmik mikrorayonlaşdırılmasının modelinin xәritәlәrini qurmağa imkan verәcәk. Sәmәrәli tәdbirlәrin işlәnilmәsi üçün, gәlәcәkdә ola bilәcәk iri zәlzәlәlәrdәn gәlәn zәrәri minimumlaşdırmaq, ölkә iqtisadiyyatının vә cәmiyyәtinin dayanıqlı inkişafının tәminatı mәqsәdi ilә seysmik tәhlükә vә riskin qiymәtlәndirilmәsi üzrә geniş tәdqiqatlar aparmaq vacibdir. Bu mәsәlәlәrin hәlli aparılmış tәdqiqatın aktuallığını vә onun Azәrbaycanın gәlәcәk davamlı inkişafı üçün vacibliyini müәyyәn edir. Azәrbaycanda güclü zәlzәlәlәr nadir halda aşkarlandığından vә litoloji xüsusiyyәtlәrinә görә müxtәlif olan güclü torpaq titrәmәlәrini qeydә alan monitorinq stansiyaları şәbәkәsi olmadığından, intensiv torpaq sürüşmәlәrini qiymәtlәndirmәk çәtinlәşir ki, bu da bizә empirik yanaşmalardan istifadә etmәk imkanı verir. Tikinti hәcminin, tikilәn hündür binaların sayının, әhali sıxlığının artımı ilә әlaqәdar olaraq Bakı şәhәrinin infrastrukturunun tәhlükәsizliyinin tәmin edilmәsi zәrurәti yaranıb. Mümkün neqativ geodinamik proseslәri nәzәrә almaqla seysmik davamlı inşaatın tәtbiqi Bakı şәhәrinin tikililәrinin etibarlılığının vә әhalisinin tәhlükәsizliyinin artırılması yollarından biridir. Bakı şәhәri Abşeron yarımadasında Әrәb plitәsinin Avrasiya plitәsi ilә aktiv kontinental kolliziya zonasında yerlәşir. Bu deformasiya proseslәrinin fonunda, bu seysmik rayonda dağıdıcı zәlzәlәlәr baş verirdi. Region qәdim dövrlәrdәn tez-tez zәlzәlәlәrә mәruz qalırdı vә Xәzәr dәnizi ilә Abşeron seysmik ocaqlarından ciddi seysmik tәhlükә var.

Tarixi zaman dövrlәrindә Abşeron yarımadası, hәmçinin dә Bakı, 1842- ci il M=5,0 ilә Maştağa zәlzәlәsi, 1983-cü il M=5,0 ilә Nardaran zәlzәlәsi, 1986, 1989-cu illәrin M=6.0-6.5 Xәzәr dәnizi zәlzәlәlәri, nisbәtәn yaxında baş vermiş 2000-ci il M=6.2, 6.7 ilә Xәzәr (Bakı) kimi bir sıra seysmik hadisәlәrin tәzahürü ilә titrәyişlәrә mәruz qalmışdı. Tarixi dövr әrzindә Bakı şәhәri 1667, 1902-ci illәrin güclü Şamaxı zәlzәlәlәrinin, 1895-ci ilin Krasnovodsk (hazırda Türkmәnbaşı) zәlzәlәsinin nәticәsindә dә titrәyişlәrә mәruz qalmışdı.

Aparılmış tәdqiqat dissertasiya işinin aktuallığı, son onillik әrzindә seysmik aktivliyin artımı şәraitindә Bakı şәhәri әrazisinin seysmik mikrorayonlaşdırılma mәsәlәlәrinin yenidәn nәzәrdәn keçirilmәsidir. Mәlum olduğu kimi seysmik mikrorayonlaşdırmanın әsas mәqsәdi – tәdqiq olunan seysmik reqionda müxtәlif torpaq şәraitlәri (sıx, mәsamәli, su tәrkibli torpaq) olan sahәlәr üçün hesabat balın tәyin edilmәsidir. Seysmik mikrorayonlaşdırma – son mәqsәdi seysmik mikrorayonlaşdırmanın xәritәsinin qurulması olmaqla, bu seysmik-aktiv regionda lokal şәraiti nәzәrә almaq şәrti ilә potensial seysmik tәhlükәnin qiymәtlәndirilmәsidir.

Azәrbaycan әrazisinin mikroseysmik vә makroseysmik tәdqiqatları tarixinin müfәssәl tәhlili belә bir nәticәyә gәlmәyә imkan verdi ki, 1989-cu ilin son seysmik rayonlaşdırılma xәritәsi vә keçmiş SSRİ-nın bütün seysmik aktiv sahәlәri üçün analoji xәritәlәr sürәtlә, 1988-ci ilin Spitak zәlzәlәsindәn sonra tәlәskәnliklә tәrtib edilmişdir ki, bu da qısamüddәtli ümumilәşdirmәlәrin keyfiyyәtindә öz әksini tapmağa bilmәzdi.

Nakamura metodu ilә seysmometrik tәdqiqatlar әvvәllәr dә, indi dә, o cümlәdәn İtaliyada (Kolizey, Piza qüllәsi), Yunanıstanda Salonik tarixi şәhәri, Yaponiyada Tokio vә Yokoqama şәhәrlәrinin, Rusiyada Kalininqradın, Kaliforniyada San-Fransiskonun bir çox inzibati binaları kimi memarlıq abidәlәrinin zәrәr görmә dәrәcәsinin qiymәtlәndirilmәsi üçün müvәffәqiyyәtlә istifadә edilmәkdәdir. Bu metodikanın tәtbiq olunduğu bütün regionlar bu vә ya digәr dәrәcәdә seysmik aktiv zonalardır. Nakamura metodu ilә üfüqi vә şaquli spektral komponentlәrin nisbәti üsulunun seysmik mikrorayonlaşdırma mәqsәdlәri üçün istifadә edilmә tәcrübәsi göstәrir ki, bu üsul digәr üsullardan nisbәtәn sadәliyi, operativliyi ilә fәrqlәnir ki, bu da işi böyük әrazilәrdә nisbәtәn qısa müddәtә daha az vәsaitlә icra etmәyә imkan verirdi.