Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTU ƏMƏKDAŞLARININ TEZİSİ ASİYA SEYSMOLOJİ KOMİSSİYASI BAŞ ASSAMBLEYASININ TOPLUSUNDA
ETN Geologiya İnstitutu Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayevin və şöbənin kiçik elmi işçisi, fəlsəfə doktorluğu iddiaçısı Tural Babayevin təqdim etdikləri tezis Asiya Seysmoloji Komissiyasının 16-cı Baş Assambleyasının tezislər toplusunda dərc olunub.
Tədbir aprel ayının son günlərində Özbəkistanın Daşkənd şəhərində baş tutub.
Dərc olunan tezis “ANN-Based Ground Motion Model for Azerbaijan Using 2022–2024 Earthquake Records” (2022–2024-cü illərin zəlzələ qeydlərinin istifadəsilə Azərbaycan üçün Süni Neyron Şəbəkəsinə əsaslanan qrunt hərəkəti modeli) adlanır.
İnstitut əməkdaşları tezisdə Azərbaycan ərazisində 2022-2024-cü illər ərzində baş vermiş zəlzələlərin stansiya məlumatları əsasında süni neyron şəbəkə adlanan maşın öyrənmə alqoritminin köməkliyi ilə qrunt hərəkətinin modelləşdirilməsi tədqiqatının nəticələrini işıqlandırıblar. Qurulan qrunt hərəkəti modeli Azərbaycanda seysmik təhlükənin qiymətləndirilməsi üçün qabaqcıl vasitə kimi təklif olunur.
Konfransın dərc olunmuş tezislər toplusu ilə tanış olmaq istəyənlər üçün keçid: