Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
ETN GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ AVROPA AZƏRBAYCAN MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ÜÇÜN MAARİFLƏNDİRİCİ EKSKURSİYA TƏŞKİL OLUNUB
Geologiya İnstitutunda Avropa Azərbaycan Məktəbinin 4-cü sinif şagirdləri üçün iki gün davam edən maarifləndirici ekskursiya keçirilib. Tədbirdə ümumilikdə 180 şagird iştirak edib.
Ekskursiyanın əsas məqsədi məktəblilərdə Yer elmlərinə marağın artırılması, geologiya sahəsi ilə ilkin tanışlığın yaradılması və təbiət elmləri üzrə biliklərinin genişləndirilməsi olub. İnstitut əməkdaşları - Yer elmləri üzrə fəlsəfə doktorları Tellər Qədirova və Samir Zeynalov, dissertant Elnarə Rzayeva və doktorant Tural Babayev şagirdlərə Yer kürəsinin quruluşu, faydalı qazıntılar, süxurlar və minerallar haqqında sadə və maraqlı çıxışlar təqdim ediblər.
Məktəblilər həmçinin İnstitutun “Geoloji-mineraloji” muzeyində olublar. Muzeyin rəhbəri Əbülfət İmanov minerallar, süxurlar, fauna və flora nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verərək onların çoxsaylı suallarını cavablandırıb. Uşaqlar İnstitutun laboratoriyaları, sərgi guşələri ilə də tanış olublar. Onlara geoloqların fəaliyyəti, aparılan elmi tədqiqatlar və bu sahənin ölkə üçün əhəmiyyəti barədə məlumat verilib.
Tədbir interaktiv formada təşkil olunub, şagirdlərin sualları cavablandırılıb, sonda xatirə fotoları çəkilib.