Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ İLƏ “AZƏRKOSMOS” ARASINDA TƏQDİMAT GÖRÜŞÜ KEÇİRİLİB
ETN Geologiya və Geofizika İnstitutu və Azərbaycan Respublikası Kosmik Agentliyi (“Azərkosmos”) arasında birgə əməkdaşlığın nəticələrinə dair “Land-Mark” Biznes Mərkəzində təqdimat görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Kosmik Agentliyi İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov Agentliklə İnstitut arasında mövcud əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, iki müəssisənin birgə səyləri nəticəsində Böyük Qafqaz ərazisində seysmik və ekzogen proseslərin müasir texnologiyaların tətbiqi ilə öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
ETN Geologiya və Geofizika İnstitutunun İcraçı direktoru Dadaş Hüseynov öz çıxışında Azərkosmosla birgə qət edilən yola nəzər salaraq əməkdaşlığın ilkin mərhələsinin uğurla həyata keçdiyini vurğulayıb. D.Hüseynov həmçinin gələcəkdə işlənilə biləcək ortaq layihələrin ilkin planını da təqdim edib.
Ardınca layihə rəhbəri AMEA-nın müxbir üzvü, geoloji dinamika şəbəsinin rəhbəri Tələt Kəngərli və şöbənin elmi işçisi, layihə iştirakçısı Fuad Əliyev tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının şimal-qərb və şimal-şərq ərazilərində (Böyük Qafqazın Azərbaycan hissəsi) seysmikliyin və digər geoloji proseslərin lineament tektonikası ilə əlaqələrinin peyk məlumatları əsasında tədqiqi” adlı elmi tədqiqat işinin nəticələri maraqla dinlənilib. Təqdimatda layihə dövrü boyunca görülən işlər, əldə olunmuş nəticələr haqqında fotoların, diaqramların, qrafik əkslərin müşayiətilə təqdim edilib.
Geologiya və Geofizika İnstitutunu təmsil edən məruzəçilər iştirakçıların tədqiqatın nəticələrinə aid suallarını ətraflı cavablandırıblar. Faydalı fikir mübadiləsindən sonra tərəflər arasında əməkdaşlığın daha səmərəli davam etdirilməsi barədə fikirlər səsləndirilib.