Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Apr 2026 Nəşrlər Nəşrlər

“Neftçıxarmada qeyri-səlis məntiq” KİTABI ÇAPDAN ÇIXIB

AZƏRNƏŞRdə “Neftçıxarmada qeyri-səlis məntiq” kitabı çapdan çıxıb. Kitabın müəllifləri AMEA–nın müxbir üzvü professor Rafiq Əliyev və ADNSU nəzdində elmi-tədqiqat İnstitutunun baş elmi işçisi, elmlər doktoru Hacan Hacıyevdir.


Yeni elmi əsər qeyri-səlis məntiq və onun neftçıxarma proseslərinə tətbiqinə həsr olunub. Qeyri-səlis çoxluqların əsas anlayışları və onlar üzərində əməllər, həmçinin qeyri-səlis faydalılıq modelləri və funksiyaları haqqında müfəssəl məlumat verilib və qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə məsələləri geniş şərh edilib. Kitabda qeyri-səlis məntiq nəzəriyyəsi tətbiqinin neftçıxarmada bir çox problemlərin arada qaldırılmasına mümkünlüyü nəzərdən keçirilir. O cümlədən texnoloji proseslərin tənzimlənməsi, lazımi texnoloji əməliyyatların seçilməsi, investisiya qoyuluşu, işlənmə şəbəkəsinin sıxlaşdırılması üçün qazılacaq əlavə quyuların sayının müəyyən edilməsi, bəzi dinamik proseslərin proqnozlaşdırılması və s. kimi məsələlərə baxılıb.


Kitab neft sənayesində çalışan mütəxəssislər, neftçıxarma idarələrində elmi-tədqiqat işləri aparan əməkdaşlar və universitet tələbələri üçün nəzərdə tutulub.

 

“Neftçıxarmada qeyri-səlis məntiq” KİTABI ÇAPDAN ÇIXIB
next
next