Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Mar 2026 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCANDA QURBAN BAYRAMI VƏ MÜSTƏQİLLİK GÜNÜ İLƏ ƏLAQƏDAR QEYRİ-İŞ GÜNLƏRİ MÜƏYYƏN EDİLİB

Bu il Qurban bayramı 27 və 28 may tarixlərinə təsadüf edir. Eyni zamanda, 28 may ölkədə Müstəqillik Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü verilib. Beləliklə, 29 may da qeyri-iş günü elan olunub.

Beşgünlük iş həftəsi ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.

Qeyd edək ki, 9 May – Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyinə görə 11 may da qeyri-iş günü elan olunub.

Bundan əlavə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayramqabağı iş günlərində iş vaxtının müddəti bir saat qısaldılır.

Beləliklə, may ayında istirahət günləri nəzərə alınmaqla ümumilikdə 14 qeyri-iş günü olacaq.