Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Dec 2025 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DOKTORANTIN DİSSERTASİYA İŞİNİN İLKİN MÜZAKİRƏSİ OLUB

Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı və Mütəxəssislər şurasının birgə iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru akademik Akif Əlizadə qısa giriş sözündən sonra  bildirib ki, gündəlikdə Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş “Xəzəryanı-Quba rayonunun termal sularının hidrodinamik modelləri və energetik potensialı”mövzusunda dissertasiya işinin ilkin müzakirəsidir. Elmi rəhbəri g.-m.e.d. Abdulvahab Muxtarovdur.

Dissertasiya işinin müzakirəsi üçün söz “Yer təkində istilik-kütlə daşınma” şöbəsinin elmi işçisi, keçmiş doktorant Aygül İslamzadəyə verilib. Gənc alimin təqdimatından sonra c.e.d. Vaqif Məmmədov dissertasiya işinə rəy və təkliflərini bildirib. Daha sonra y.e.f.d. Səadət Ələkbərova tərəfindən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Neftli-qazlı yataqların geofiziki üsullarla birbaşa axtarışı” laboratoriyasının böyük elmi işçisi, g.-m.e.n. Məlahət Mahmudovanın dissertasiya işinə yazdığı rəy səsləndirilib. Akademiklər - Fəxrəddin Qədirov, Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvü  Q.Calalov, g.-m.e.d. Qulam Babayev və b. çıxış edərək dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olan enerji təhlükəsizliyinin təmin olunması və ekoloji cəhətdən təmiz, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi məsələsi qeyd olunub. Bildirilib ki, bu konteksdə geotermal enerji resurslarının öyrənilməsi və istifadəsi strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri kimi önəm daşıyır. Geotermal enerjidən istifadə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməsinə töhfə verə bilər. Bu baxımdan Aygül İslamzadənin "Xəzəryanı-Quba rayonunun termal sularının hidrodinamik modelləri və energetik potensialı" mövzusunda dissertasiya işi aktualdır və həm də onu təkmilləşdirməyə ehtiyac vardır.  

Aygül İslamzadənin təqdimatı ilə bağlı həmçinin iradlar, təkliflər, tövsiyələr səsləndirilib. Qərara alınıb ki, dissertasiya işinin ilkin müzakirəsində irəli sürülən irad və təklifləri nəzərə almaqla dissertasiya işinin növbəti mərhələdə müzakirə olunması dəstəklənsin.

next
next